1917
05 Oct 2024 | 16:17

"Kaşpirovskinin metodları mütləq fantastika və saxta elmi nəzəriyyədir..."

 
"Yenidənqurmanın rəmzlərindən olan məşhur ekstrasens 40 ildən sonra yenidən müalicə seanslarına başlayıb..."
 
Anatoli Kaşpirovskinin metodlarının elmi əsası yoxdur. Buna birmənalı olaraq mütləq saxta elmdən başqa yanaşmaq olmaz.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasından "RİA Novosti" agentliyinə bəyan edilib. 
 
Bu zaman agentlik Elmlər Akademiyasının tanınmış psixoterapevtin fəaliyyətinə qəti şəkildə qiymət verən konkret nümayəndəsinin adını açıqlamır.
 
"Burada iki fikir ola bilməz. Bunlar mütləq fantastika və saxta elmi nəzəriyyələrdir", - Rusiya Elmlər Akademiyası bəyan edib.
 
Sentyabrın əvvəlində 1990-cı illərdə məşhurlaşan Anatoli Kaşpirovskinin Moskvaya dönüşü, yenidən müalicə seansları apardığı və dörd gün ərzində, guya, 6 milyon rubl (təxminən 62 763 dollar) qazandığı barədə məlumat verilib.
 
Bundan öncə Anatoli Kaşpirovski alim-psixolinqvist Taryana Çerniqovadan 15 min dollar tələb edib.
 
77 yaşlı Tatyana Çerniqovskaya beyin tədqiqatları ilə məşğul olan Natalya Bexterevanın sözlərinə istinadən bəyan edib ki, Kaşpirovskinin fəaliyyətini öyrənən mütəxəssislər burada heç bir elmi aspekt aşkar etməyib.
 
Kaşpirovskinin özü isə iddia edir ki, guya, Bextereva onun "qeyri-adi qabiliyyətindən" danışıb və onları elmi cəhətdən əsaslı hesab edib.
 
Ekstrasens 77 yaşlı Çerniqovskayanın açıq şəkildə üzr istəməsini və onun işində elmə aid heç nəyin olmadığı barədə sözlərinin təkzib edilməsini istəyir.
 
Anatoli Kaşpirovski yenidənqurmanın rəmzlərindən biri, sovet və rusiyalı psixoterapevt, teleaparıcıdır, televiziyada distant müalicə seansları aparıb. 
 
1993-1995-ci illərdə Rusiya Dövlət Dumasının  1-ci çağırışının RLDP-dən olan deputatıdır. 1995-ci ildə o, ABŞ-a gedib, orada keçmiş SSRİ ölkələrindən olan immiqrantların müalicəsi ilə məşğul olub.
 
2020-ci ildə Anatoli Kaşpirovski özünün "YouTube" kanalını açaraq "sağlamlaşdırıcı seanslar" aparmağa başlayıb.
 
O, tamaşaçılara artıq çəki və ürək problemlərindən yaxa qurtarmağı, sonsuzluqdan, xərçəngdən müalicə olunmağı, potensiyanı bərpa etməyi vəd edir. 
 
Seansın birinin qiyməti 3500-9000 rubl (36-94 dollar) arasındadır. Fərdi formatda Kaşpirovskinin şəxsi qəbulu 25 min rubla (260 dollar) başa gələcək.
 
Seansların birində ekstrasens həyat yoldaşı və assistentləri ilə birgə baş verənlərə aydınlıq gətirilməsi üçün onunla ünsiyyətdə olmaq istəyən jurnalistlərə hücum edib. Digər tədbirdə seansa gələn qadınlarla ekstrasensin işinə mane olmağa cəhd göstərən fəallar arasında dava düşüb.
Link kopyalandı!
Son xəbərlər