"İsrailin Hərbi Hava Qüvvələri ABŞ-ın köməyi olmadan İranın nüvə infrastrukturunu məhv edə bilməyəcək..."
İsrail İrandakı nüvə obyektlərinə zərbə endirməlidir. Bundan sonra başqa şeylər barədə narahat olmaq lazımdır.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Şimali Karolinada seçkiöncəki mitinqdə çıxışı zamanı bəyan edib. Məlumatı "news.obozrevatel.com" nəşri yayıb.
Bundan öncə ABŞ prezidenti Co Bayden bəyan edib ki, İsrail tərəfindən İran ərazisindəki nüvə obyektlərinə zərbələr endirilməsini məqsədəuyğun hesab etmir. Məhz Amerika liderinin bu məsələdə ehtiyat etməsi İsrailin oktyabrın 1-də İranın raket hücumuna ehtimal edilən cavabı ilə bağlı birtərəfli diskusiyalara səbəb olub.
"Düşünürəm ki, Bayden haqlı deyil, - Tramp deyib. - Məgər bu, sizin zərbə endirəcəyiniz hədəf deyil? Nüvə silahı çox böyük riskdir. O, bununla bağlı suala cavabında deyib ki, əvvəlcə nüvə obyektlərinə zərbə vurmaq, başqa şeylər barədə sonradan narahat olmaq lazımdır".
Eyni zamanda, Tramp ümid edir ki, İsrailin cavab tədbirləri Yaxın Şərqdə tammiqyaslı müharibəyə gətirib çıxarmayacaq. Bu zaman Tramp vurğulayıb ki, ABŞ hər halda hadisələrin bu cür inkişafına hazır olmalıdır.
Bu arada isə Amerikanın "The New Yorker" jurnalı belə bir fikir ifadə edib ki, İsrailin Hərbi-Hava Qüvvələri ABŞ-ın köməyi olmadan İranın nüvə infrastrukturunu məhv edə bilməyəcək. Bu, xususilə uranın zənginləşdirilməsi üzrə Tehrandan cənubda Fordoda yerləşən yeraltı obyektə aiddir.
Amerika ekspertləri hesab edir ki, bu obyekti yalnız Amerikanın HHQ məhv edə bilər. Bu zaman nəşr, görünür, Amerikanın artıq İsrail HHQ silahlanmasında olan və Beyrutda son uğurlu əməliyyatlarlnda tətbiq edilən ağır tonnajlı bombalarını nəzərə almayıb.
Qeyd edək ki, İsrailə güclü raket zərbəsindən sonra ABŞ prezidenti Co Baydən İsrail Müdafiə Ordusunun "ölçülüb-biçilmiş yanaşma" sərgiləyəcəyinə ümid etdiyini ifadə edib.
"İsrail bununla həm cavab zərbəsi endirmək hüququnu özündə saxlayacaq, həm də bundan sonra qisasa və regionda tammiyaslı müharibəyə sövq edəcək hərəkətlərdən yan keçə biləcək", - Bayden əlavə edib.