Rusiya eyni anda Qərbdəki onlarla beyin mərkəzinə hücum etdi
Ekskluziv
1714
04 Oct 2024 | 21:36

Rusiya eyni anda Qərbdəki onlarla beyin mərkəzinə hücum etdi

Rusiyaya bağlı haker qrupları Qərbdə yerləşən onlarla beyin mərkəzinə, habelə jurnalist, hərbçi, siyasətçi kateqoriyasından olan çoxlu sayda şəxsin elektron poçtuna hücum edib, ordakı məlumatları oğurlamağa çalışıb.

 

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, məlum şəxslərin elektron poçtlarına nizə fişinqi metodu ilə hücum edən hakerlər, qurbanlarının daxili sisteminə giriş əldə etməyə cəhd edilər. Hücumla bağlı açıqlama verən Microsoft şirkəti ABŞ hərbi podratçılları və şikətlərinin də hədəfdə olduğunu vurğulayıb.

 

Rusiya hakerlərinin hücumlarının dəf edildiyi bildirilir. Bununla yanaşı, şirkət mütəxəssisləri şirkət və fərdləri ehtiyatlı olmağa, gələn elektron məktublarla diqqətli davranmağa səsləyib.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər