“ABŞ və ədalət? – Bu ki, cəfəngiyyatdır”
Ekskluziv
1713
04 Oct 2024 | 18:24

“ABŞ və ədalət? – Bu ki, cəfəngiyyatdır”

Prezident İlham Əliyev cari ilin 4 oktyabr tarixində Cəbrayıl şəhərində sakinlərlə görüşündə ABŞ-ın ünvanına ciddi tənqidlər səsləndirib. Dövlət başçısı ABŞ-ı ölkəmizə qarşı əsassız sanksiya tətbiq etməkdə ittiham edib: “Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?”

 

Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“ABŞ siyasətinin mahiyyətini anlamaq üçün yaxın tariximizə nəzər salmaq kifayətdir. 1992-ci ildə Ermənistan xalqımıza qarşı Xocalıda soyqırımı törətdi. Torpaqlarımız işğal olundu. ABŞ həmin vaxt işğalçı dövlətə qarşı yox, soyqırımı məruz qalmış, torpaqları işğal olunan Azəırbaycana qarşı 907-ci düzəlişi tətbiq elədi. Bu fakt ABŞ-ın ədalətsizliyə nümunədir.

 

ABŞ bu gün Ermənistanın silahlandırılmasını həyata keçirir. Çoxlu sayda hərbi təlimatçıları müharibəyə hazırlayır. Ermənistana hər cür yardımlar göstərir və eyni zamanda ədalətdən, sülhün vacibliyindən danışır. Həmçinin, bizi sanksiyalarla hədələyir. Bu, ABŞ-ın öz maraqlaırnı həyat keçirmək üçün tarix boyu həyata keçirdiyi ənənəvi metodlardan biridir. Buna görə Prezident İlham Əliyev ABŞ-ı haqlı olaraq tənqid edir, onun siyasətindəki təzadlı məqamlara diqqət çəkir. Ümumiyyətlə, ABŞ kimi bir ölknin ədalətdən danışması cəfəngiyyatdır”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər