"Uqledarın itirilməsi həm də Qərbin Rusiyaya zərbələr endirilməsinə qadağanı götürmək istəyinin olmaması səbəbindən baş verib..."
Ukraynalı hərbçilər Uqledarın xarabalıqlarından geri çəkilib. Şəhər, demək olar ki, üç il ərzində Ukrayna üçün müdafiə istehkamı olub, indi ona nəzarət edəcək işğalçılqar bundan faydalanacaq.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Uqledarın itirilməsi Ukrayna ordusu tərəfindən Donetsk vilayətinin cənub-qərb hissəsinin müdafiəsini çətinləşdirəcək. Amma Rusiya Pokrovsk istiqamətində yeni hücum vektorunu əldə edəcək.
Ukrayna Silahlı Qüvvələri (USQ) üçün Uqledar müdafiə istehkamı olub. Bu şəhərdən şimala və qərbə doğru Ukraynanın müdafiəsi üçün yalnız kiçik kəndlər və çox az sayda coğrafi obyektlər var.
USQ-nin bu şəhəri tərk etməsi, ehtimal ki, Donbasın işğal edilmiş hissəsi ilə Krım arasında Rusiyanın təchizat xətlərinə təzyiqi azaldacaq, çünki Ukrayna qüvvələri indi işğal edilmiş ərazilərdə kritik mühüm dəmiryol və avtomobil yollarından uzaqda olacaq.
Mariupol merinin sürgündə olan müşaviri Pyotr Andryuşşenko hesab edir ki, Uqledarın əldə saxlanılması rusiyalılara Ukraynanın cənubunda öz logistikasını bərpa etməyə imkan verəcək. Onun sözlərinə görə, bu, Rusiyadan Mariupol limanına "dəmir yolun müntəzəm işləməsi" deməkdir.
Uqledar uğrunda döyüş-son xəbərlər
Xəbər verildiyi kimi, oktyabrın 2-də USQ Uqledar şəhərindən onun müsafiəçilərinin birdəfəlik çıxması barədə bəyan edib. Bu, bir neçə həftə ərzində davam edən şiddətli döyüşlərdən, bu zaman rusiyalıların cinahlarda xeyli irəliləməsi və şəhərin mühasirəyə düşməsi təhlükəsindən sonra baş verib.
Uqledarın itirilməsi müharibənin gedişini dəyişməyəcək, lakin bu, Ukrayna üçün vəziyyətin pisləşməsi deməkdir. O cümlədən bu, Qərbin Rusiyaya zərbələr endirilməsinə qadağanı götürmək istəyinin olmaması səbəbindən baş verib.