Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
Ekskluziv
1550
01 Oct 2024 | 23:33

Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər

"Təkcə dərslər və tənəffüslər zamanı deyil, həm də məktəblərin ərazisində şagird və müəllimlər Ukrayna dilində danışmalı olacaq..."
 
Ukrayna Ali Radasına məktəblərin ərazisində yalnız Ukrayna dilində danışmaq barədə qanun layihəsi təqdim edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Hromadske" nəşri məlumat yayıb.
 
Dərslərdə rus dilində danışmaq çoxdan qadağan edilib, bu qadağanı həm də tənəffüslər zamanı ünsiyyətə də şamil etmək istəyirlər. Bu qanun layihəsinə görə, təkcə məşğələlər zamanı deyil, həm də məktəblərin ərazisində şagird və müəllimlər Ukrayna dilində danışmalı olacaq.
 
Bu barədə xalq deputatı Natalya Pipa məlumat verib. Qanun layihəsində "Təhsil haqqında" Qanuna "Ukraynadilli mühit" anlayışı daxil edilməsi təklif edilir və tədris müəssisələri təsisçiləri, rəhbər və işçilərin üzərinə Ukraynadilli mühitə dəstək verilməsi öhdəliyi qoyulur.
 
Yəni müəllimlər tənəffüslərdə, yeməkxanalarda və məktəbin ərazisində ünsiyyət zanmanı rus dilində danışa bilməyəcək. Bundan başqa, onlar rusca danışan uşaqlara irad tutacaq və Ukrayna dilində danışmağa çağırış edəcək.
 
Onun sözlərinə görə, dəyişikliklər o cümlədən Ukraynadilli uşaqlara təzyiq edilməsi, dil zəminində münaqişələr və bununla bağlı təqiblər səbəbindən gərəkdir. 
 
Bundan başqa, deputat əmindir ki, Ukrayna dilini pis bilən uşaqlar məktəblərdə tədrislə bağlı çətinliklərlə üzləşir, sonradan Xarici müstəqil dəyərləndirmə/Milli multifənn testində pis nəticələr göstərir. 
 
"Ukrayna dilindən istifadə edilməsi 45 dəqiqəlik dərslərlə məhdudlaşdırılmamalıdır. Biz peqadoq, şagird və valideynlərin beyinlərində "zəng vurulan kimi istənilən dildə (biz anlaylırıq ki, bu, nədənsə rus dilidir) danışmaq olar" şərti qaydadan xilas olmalıyıq. Yeni qayda formalaşmalıdır: "İstimai və publik yerlərdə dövlət dilində danışmaq lazımdır", - Pipa izah edib.
 
Ukrayna Dövlət Təhsilin Keyfiyyəti Xidmətinin 2024-cü ilin iyul ayında keçirdiyi sorğunun nəticələrinə görə, dərslərdə müəllimlərin 78 faizi yalnız Ukrayna dilində danışır, amma ötən ildə bu göstərici 83 faiz olub. Respondentlərin 69 faizi qeyd edib ki, tənəffüslər zamanı da Ukrayna dilində ünsiyyətdə olur. Müqayisə üçün ötən ildə bu göstərici 74 faiz təşkil edib.
 
Şagirdlər arasında yalnız Ukrayna dilində danışan respondentlərin sayı dərslər və tənəffüslərdə 8 faiz azalıb, tənəffüslərdə respondentlərin 41 faizi, dərslərdə isə 50 faizi yalnız Ukrayna dilində ünsiyyətdə olur.
 
Yuxarı sinif şagirdlərinin üçdə bir hissəsi qeyd edib ki, tənəffüslər zamanı həm Ukrayna, həm də rus dilində danışır, rusca danışmağa daha çox üstünlük verir. Ötən ildə bu göstərici 21 faiz təşkil edib.
Link kopyalandı!
Son xəbərlər