Ekskluziv
1592
01 Oct 2024 | 15:38

"Ukrayna suveren ölkədir və onun bizim icazəmizə ehtiyacı yoxdur" - Metyu Miller

 
"Biz yeni silahlar sistemi və yeni taktikanı təsdiq edəndə bunun bütün döyüş meydanına və Ukraynanın bütün strategiyasına necə təsir edəcəyinə baxırıq..."
 
Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün Ukraynanın ABŞ-dan icazə almasına ehtiyacı yoxdur, o, öz silahından uğurla istifadə edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departametinin spikeri Metyu Miller brifinqdə bəyan edib. Məlumatı "dailymoscow.ru" nəşri yayıb.
 
O, deyib ki, Ukraynanın "özünümüdafiə üçün böyük miqdarda vasitələri var".
 
"Rusiyadakı hədəflərə cavab zərbələri endirmək üçün Ukraynaya icazə lazım deyil. O, suveren ölkədir və özü müstəqil şəkildə istehsal etdiyi silahdan istifadə edə bilər. Belə silahlar çoxdur, son ildə onların tətbiq etdikləri proqramlara baxmaq kifayətdir".
 
ABŞ-ın verdiyi silahla bağlı o, deyib ki, "biz bu silahlardan sərhəddən Rusiya obyektlərinə cavab zərbəsi endirmək üçün istifadə edə biləcəkləri ilə bağlı aydın şəkildə anlatmışıq".
 
"Nədən Ukraynaya Amerika silahından Rusiyanın dərinliklərinə cavab zərbəsi endirməyə icazə verilməsin?" birbaşa suala cavabında Miller qeyd edib ki, ABŞ "Ukraynaya göstərilən bütün imkanları, bütün taktikaları və bütün dəstəyi bütövlükdə nəzərdən keçirir".
 
"Biz istənilən yeni silah sistemini və ya yeni taktikanı təsdiq edəndə, bunun bütün döyüş meydanına və Ukraynanın bütün strategiyasına necə təsir edəcəyinə baxırıq", - o, bəyan edib.
 
Rusiya ərazisinin dərinliyinə zərbələr üçün ABŞ-ın icazəsi
 
Bundan öncə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib ki, Rusiya ərazisinin dərinliklərinə Qərbin uzaqvuran silahları ilə zərbələr endirilməsinə icazə haqqında ilk olaraq rusiyalılar biləcək. Artıq bundan sonra bu barədə rəsmən elan ediləcək.
 
Eyni zamanda "The New York Times" nəşri yazıb ki, Amerika kəşfiyyatının dəyərləndirməsinə görə, əgər ABŞ və tərəfdaşları Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya icazə verərsə, Kreml "daha güclü cavab tədbirləri" tətbiq edə bilər.
 
O cümlədən, Rusiya Avropadakı obyektlərdə diversiyaların sayını artıra bilər və potensial olaraq Amerika və Avropanın hərbi bazalarına ölümcül zərbələr endirə bilər.
Link kopyalandı!
Son xəbərlər