“Suriya məsələsinin həmin yaxınlaşmadan sonra xeyli dərəcədə müsbət həllini tapdığı kimi, İsrailin Qəzzada “HƏMAS”, Livanda “Hizbullah”la qarşıdurmalarının həll yolu da məhz Türkiyə-İran yaxınlaşmasından asılıdır. Çünki Rusiya da bu məsələlərə ciddi müdaxilə edə bilmir, birtərəfli mövqe ortalığa qoyur. ABŞ isə...”
“Zənnimcə, Suriya məsələsinin həmin yaxınlaşmadan sonra xeyli dərəcədə müsbət həllini tapdığı kimi, İsrailin Qəzzada “HƏMAS”, Livanda “Hizbullah”la qarşıdurmalarının həll yolu da məhz Türkiyə-İran yaxınlaşmasından asılıdır. Çünki Rusiya da bu məsələlərə ciddi müdaxilə edə bilmir, birtərəfli mövqe ortalığa qoyur. ABŞ isə sözdə sülh tərəfdarı olduğunu göstərir, İsrailə qarşı hansısa mövqe ifadə edir, amma reallıqda onun hərəkəti Netanyahu rejiminin addımlarının qarşısını almağa yönəlməyib”
Bu fikri Moderator.az-a açıqlamasında ““İsraillə “Hizbullah” arasındakı qarşıdurmanın pik həddə çatdığı, Həsən Nəsrullahın da qətlə yetirildiyi bir ərəfədə İran prezidenti Məsud Pezeşkian ABŞ-də regionun digər aparıcı müsəlman dövləti – Türkiyənin lideri Ərdoğanla görüşüb və qapalı formatda da müzakirələr aparıb. Sizcə, bu görüş Yaxın Şərqdə gərginliyin azaldılması üçün müsbət rol oynaya bilərmi?” sualını cavablandıran Azad Vətən Partiyasnın sədri Akif Nağı ifadə edib.
“İran prezidenti Məsud Pezeşkianın Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşü də göstərdi ki, Türkiyə ilə İran arasında münasibətlərin normallaşması çox ciddi əhəmiyyətə malikdir. Bu, regionda Azərbaycan üçün də əhəmiyyətli bir hadisədir. Əvvəlki onilliklərdə uzun müddət İran və Türkiyə arasında qarşıdurma prosesi yaşanıb, yaxınlaşmadan söhbət belə getməyib. Hətta 2012-2013-cü illərdə Suriya məsələsində Türkiyə ilə İran tamamilə əks qütbdə idilər və bir-birinə düşmən mövqedən yanaşırdılar. Sonra tədricən başa düşdülər ki, müəyyən məsələlərdə eyni mövqedən çıxış etmək lazımdır. Və iki ölkə eyni mövqe sərgilədikdən sonra Suriyada maraqları olan digər ölkələr, xüsusən də ABŞ və Rusiya onlarla hesablaşmağa başladılar. Və məhz həmin Türkiyə-İran yaxınlaşmasından sonra Suriya məsələsi bəzi komromislərlə öz həllini müəyyən dərəcədə tapdı. İndi də eyni proses davam edir. Deyək ki, orada hakimiyyətdə olan, müxalifətdə olan qüvvələrə qarşı artıq razılaşdırılmış mövqe sərgilənir”, - deyə davamında həmsöhbətimiz nəzərə çatdırıb.
“Hesab edirəm ki, bu gün də, xüsusən İsrailin Livanda “Hizbullah”a qarşı keçirdiyi, digər liderlərlə yanaşı, Həsən Nəsrullahın da qətli ilə nəticələnmiş hərbi əməliyyatların bütövlükdə Yaxın Şərqdə vəziyyəti pik həddə gərginləşdirməsindən sonra İran və Türkiyənin yaxınlaşmasına ehtiyac var. Və zənnimcə, Suriya məsələsinin həmin yaxınlaşmadan sonra xeyli dərəcədə müsbət həllini tapdığı kimi, İsrailin Qəzzada “HƏMAS”, Livanda “Hizbullah”la qarşıdurmalarının həll yolu da məhz Türkiyə-İran yaxınlaşmasından asılıdır. Çünki Rusiya da bu məsələlərə ciddi müdaxilə edə bilmir, birtərəfli mövqe ortalığa qoyur. ABŞ isə sözdə sülh tərəfdarı olduğunu göstərir, İsrailə qarşı hansısa mövqe ifadə edir, amma reallıqda onun hərəkəti Netanyahu rejiminin addımlarının qarşısını almağa yönəlməyib. Ona görə də qanlı münaqişə hələ davam edir. Ancaq belə düşünürəm ki, İran və Türkiyə bir yerə gəlsələr, vahid bir mövqe ortalığa qoysalar, onların mövqeyi ilə Yaxın Şərqdəki münaqişə tərəfləri: “HƏMAS”, bütövlükdə Fələstin də, həmçinin “Hizbullah” da və sonda İsrail də hesablaşacaqdır. Əgər iki müsəlman ölkəsi arasındakı bu yaxınlaşma davam etsə, real müstəvidə danışıqlar aparsalar və ümumi bir mövqe formalaşdıra bilsələr, bu münaqişənin həll olunmasında da Türkiyə-İran yaxınlaşması həlledici rol oynayacaq”, - deyə partiya sədri vurğulayıb.
Sultan Laçın