"Ötən altı yüzillikdə Britaniya adaları dənizin dibinə gömülsəydi, dünyadakı problemlər kəskin şəkildə azalardı..."
Rusiya Xizəksürmə Federasiyasının sədri Yelena Vyalbe Londonun bombardman edilməsi barədə fikir söyləyib.
Moderator.az xəbər verir ki, bu barədə o, Rusiyanın "news.ru" nəşrinə müsahibəsində bəyan edib.
"Əgər biz Londonun mərkəzinə ciddi olaraq bomba atsaydıq, hər şey bitəcəkdi və bizi hər yerə buraxacaqdılar. Rusiyanın xarici aləmlə mübarizəsi əsrlər boyu davam edib. Bizi heç vaxt sevməyib. Hətta görüntü xatirinə bunu edən zaman bizi sevməyib. Onlar hər zaman bizə arxadan zərbə vurmağa hazır olub. Ölkəmiz güclü olanda xoşuma gəlir, bizim gücümüz bütün dünyanı qıcıqlandırır", - məşhur rusiyalı xizəkçi elan edib.
Xizəksürmə Federasiyasının prezidenti həmçinin əmin olduğunu bildirib ki, gec ya tez Rusiya beynəlxalq idman yarışlarına dönəcək, amma bu, tezliklə baş verməyəcək.
Vyalbenin sözlərini tanınmış boksçu, Rusiya Dövlət Dumasının "Vahid Rusiya" partiyaslndan olan deputatı Nikolay Valuyev şərh edib.
O, məsələyə daha ölçülüb-biçilmiş yanaşıb və Vyalbenin fikirlərini emosional adlandırıb. O, bütövlükdə Britaniyanın dünya xəritəsində mövcud olmadığı fikrinə dəstək verib, lakin qeyd edib ki, o zaman onun rolunu kimsə icra edəcəkdi.
"Əgər təsəvvür etsək ki, bundan əvvəlki istənilən altı yüzilliyin birində Britaniya adaları dənizin dibinə gömülüb, o zaman dünyanın qalan hissəsi üçün müəyyən zaman kəsiyində həqiqətən də problemlər kəskin şəkildə azalardı, burada Vyalbe haqlıdır. Lakin insan təbiəti və kainatın təbiəti boşluğa dözmür. Boşalan yerə başqaları gəlir. Biz axı yaşa dolmuş insanlarıq", - Valuyev Rudiyanın "sport-24" nəşrinin müxbirinə deyib.
Dövlət Dumasının deputatı Svetlana Jurova hesab edir ki, Vyalbenin sözlərini zarafat kimi qəbul etmək lazımdır. Lakin o, əlavə edib ki, ifadələrdə ehtiyatlı olmaq gərəkdir, çünki belə sözlər Qərbdə birmənalı qarşılanmır.