“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”...- Ona görə də...”
Ekskluziv
Oxunub: 305
12:15, Bu gün
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”...- Ona görə də...”
“Ölkə elə bir vəziyyətdədir ki, öncə hələ daxili problemlərini həll etməlidir. Və bunu xalq tələb edir. İşsizlik və inflyasiya dəhşətli bir həddə gəlib çatıb – bundan o tərəfi yoxdur. Məhz bu cür kəskin problemləri də həll etmək üçün rəsmi Tehran mülayim xarici siyasətə keçməyə məcburdur...”
 
“Məsələyə daha geniş prizmadan baxsaq, görərik ki, hal-hazırda dünyada XXI əsrin ən azı 60-70 ili üçün geo-siyasi düzən müəyyənləşdirilir və hazırlanır. Bu prosesin və onun arxasında duran güclərin qarşısında dayanmaq  “çətindi” desəm, az demiş olaram,  gəlin həqiqəti açıq etiraf edək: mümkün deyil... Başa düşməliyik ki, ayrı-ayrı dövlətlərin bu qlobal dəyişiklik etmək istəyən mərkəzlərin qabağında nəsə edə bilməsi mümkünsüzdür. Bu mənada Yaxın Şərqdə gedən proseslər də göstərir ki, burada böyük dəyişikliklər olacaq”.
 
Bu fikri Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov “ “Hizbullah” lideri H. Nəsrullahın da qətlindən sonra, sizcə, İran hansı yolla gedəcək; əvvəlki kəskin ritorikanı, İraqdakı, Yəməndəki proksiləri vasitəsilə radikal siyasi kursunu davam etdirəcək, yoxsa İsraillə danışıqlar masasına əyləşəcək?” sualını cavablandırarkən ifadə edib. 
 
“Aydın görürük ki, son aylar İranın proksi qüvvələrinin, onların müxtəlif qurumlarının liderləri bir-bir, iki-iki aradan götürülür. Özü də elə götürülür ki, sanki bunu təşkil edənlər onları öz əlləri ilə vurulduqları yerlərə qoyub. Yəni həmin liderlərin harada oturduğu, yaşadığı, yatdığını və s. dəqiq müəyyənləşdirərək onları zərərsizləşdirirlər. Və həmin sarsıdılmaqda olan proksi qüvvələr İranın faktiki olaraq xarici siyasətində bir qoludur. Deməli, dolayısıyla məhz bu siyasətə güclü zərbələr endirilir. İranın daxili siyasətinə gəldikdə, ötən söhbətlərimizdə də qeyd etdiyimiz kimi, ölkədə əhalinin iqtisadi-sosial durumu çox ağırdır. Sosial problemlər həddən artıq çoxdur. Bunu İran mediasının yazdıqlarının əsasında deyirəm. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki,  yerli əhali bunu açıq şəkildə söyləyir ki, İran dövləti xaricdəki qüvvələrə milyardlarla xərclədiyi halda daxildə insanların tələbatlarını ödəyə bilmir”, -deyə davamında sabiq səfir bildirib.
 
“İranın bir neçə aydır ki, fəaliyyət göstərən yeni prezidenti Məsud Pezeşkian isə Amerikada BMT-nin Baş Assambelyasındakı çıxışında, həmin çıxışdan əvvəl və sonra müxtəlif dünya agentliklərinə verdiyi müsahibələrdə açıq-aydın deyir ki, biz Şərqlə də, Qərblə də, bütün qonşularla da danışıqlara getməyə, ziddiyyətli məsələlərdə dil tapmağa hazırıq. Yəni artıq köhnə ritorika yoxdur və yanaşmalar dəyişib. İndi İran rəhbərliyində də yaxşı başa düşürlər ki, dünya ilə gərək yola gedəsən, müxtəlif ölkələrlə əlaqələr qurasan. Əlaqələr, münasibətlər qurmağın da bir yolu var – danışıqlar... Eyni zamanda  elə daxili və xarici siyasət yürütməlidirlər ki, ölkəni bu vəziyyətdən çıxarsınlar.  Yetərincə zəngin təbii sərvətlərə, neft-qaz potensialına malik, hər cür nemət verilmiş bir ölkə, təəssüf ki, həmin varidatdan, potensialdan səmərəli istifadə edərək xalqının rifah içində yaşamasına nail olmur. Bu da o deməkdir ki, siyasətdə qüsurlar var. Və həmin qüsurları da, bu gün aparılan siyasəti də təhlil etdikdən sonra İranı nə gözlədiyini və onun hansı yolla getməli olduğunu söyləmək mümkündür. Sualınızda qeyd etdiyiniz kimi, bu dövlət İsraillə danışıqlar masasına əyləşməli, yoxsa, ölkənin bu ağır durumunda xaricdəki digər qüvvələrlə birgə mübarizəni davam etdirməlidir.  Buna cavab olaraq yenə deməyə məcburam, İran elə bir vəziyyətdədir ki, öncə hələ daxili problemlərini həll etməlidir. Və bunu xalq tələb edir. İşsizlik və inflyasiya dəhşətli bir həddə gəlib çatıb – bundan o tərəfi yoxdur. Məhz bu cür kəskin problemləri də həll etmək üçün rəsmi Tehran mülayim xarici siyasətə keçməyə məcburdur.  Bütün ziddiyyətləri yalnız danışıqlar yolu ilə, diplomatiya ilə həll etməyə çalışmalıdır. Heç bir dövlətlə kəllə-kəlləyə gəlməməlidir. Bu cür siyasətin effekti və perspektivi yoxdur və olmayacaq. Zəmanə dəyişdiyi üçün ritorika da dəyişməlidir. Belə düşünürəm ki, onsuz da bundan sonra regionda böyük, qlobal layihələrin həyata keçirilməsi üçün danışıqlar başlayacaq. Çünki başqa yol yoxdur. Hər hansı dövlət özünü dünyadan təcrid edərək, təklikdə region ölkələri  ilə ziddiyyətlər yaradıb uğur əldə etməyə çalışmamalıdır. Bütün bunlar onu göstərir ki, İran real vəziyyəti nəzərə alaraq siyasətini, bir qədər də olsa, dəyişməyə məcburdur. Başqa yol İranın xeyrinə deyil. Müharibə nə İrana, nə də region ölkələrinə xeyir gətirməyəcək.  Müharibəni başlamaq asandır, ancaq həmin savaşın neçə ilə bitəcəyi, necə bitəcəyini, nəticələrinin necə olacağını heç bir kəs dəqiq, düzgün deyə bilməz. Və o da açıq aydın oldu ki, İranın köhnə siyasi dəsti-xətti özünü qətiyyən doğrultmadı. Və bu istiqamətdə xərclənmiş milyardların “səmərəsi” də göz qabağındadır”, -deyə diplomat vurğulayıb.
 
Sultan Laçın
 
Oxşar xəbərlər
15:16, Bu gün
Gülər Mübarizin “İkinci həyat” kitabının təqdimat mərasimi keçirildi – FOTO/VİDEO
15:11, Bu gün
Vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər elektron formada həyata keçiriləcək
15:05, Bu gün
Bakıdan daha üç rayona onlayn bilet satışına başlanılır
15:00, Bu gün
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
14:55, Bu gün
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi - SİYAHI
14:51, Bu gün
İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanladı
14:47, Bu gün
"Eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik" - Dövlət başçısı
14:43, Bu gün
İlham Əliyev XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalardan DANIŞDI
14:39, Bu gün
Prezident: "Aşıq Ələsgərin abidəsinin açılması doğrudan da çox gözəl hadisədir"
14:35, Bu gün
Bəşəriyyətin ortaq dili
14:30, Bu gün
"Zelenski dəstəyin gücləndirilməsini istəyir, ABŞ gözləmə mövqeyindədir" - "The Wall Street Journal"
14:26, Bu gün
Gənc atıcılarımız dünya çempionatında ilkə imza atdı
14:21, Bu gün
İşdən gələn kişi arvadının xəyanət etməsindən şübhələndi: "Həyətə qaçdım..." – ŞOK
14:19, Bu gün
Diplom üçün tələbələrdən rüşvət aldığı iddia edilən müəllim QOVULDU
14:16, Bu gün
Prezident Slutskini qəbul etdi
14:12, Bu gün
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB
14:07, Bu gün
Zahid Oruc: "Çevrilişin ləkəsi hələ də..."
14:01, Bu gün
“İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq
13:56, Bu gün
"Naxçıvan canavarı" ləqəbli şəhid Vəlinin anası: "Ən yaxın sirdaşımı itirdim" - VİDEO
13:51, Bu gün
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
13:46, Bu gün
Azərbaycanda məktəb və universitetlərdə dərslərin başlama saatı dəyişdirilir? - AÇIQLAMA
13:40, Bu gün
Milli Məclisin komitələri formalaşdırıldı
13:35, Bu gün
Varlılar niyə milyonluq tablolar alır? – Zənginlərin vergi hiyləsi
13:29, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi seminar keçiriləcək
13:23, Bu gün
Yüzlərlə yaralını həyata qaytaran həkim: "Dedi ki, canımı Azərbaycana fəda etdim" - VİDEO
13:18, Bu gün
Sabah bu ərazilərdə qar yağacaq - PROQNOZ
13:12, Bu gün
“Bir-birimizə uyğun olmamışıq” - Çinarədən Əlibəyə - VİDEO
13:06, Bu gün
"Putin heç də həmişə adekvat deyil" - Zelenski
13:00, Bu gün
Məşhur aparıcı Amerikadakı həyatından DANIŞDI
12:55, Bu gün
“Turistik Kənd” layihəsinə start verilib
12:50, Bu gün
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
12:45, Bu gün
İsrail ordusunun hücumu nəticəsində Bəşər Əsədin general qardaşı öldü
12:40, Bu gün
İranda bir gündə iki dəfə polis məntəqəsinə hücum olub - FOTO
12:35, Bu gün
"COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələr hücumlarını intensivləşdiriblər" - İcma
12:30, Bu gün
Azərbaycan millisi Avropa Kubokunu dördüncü pillədə başa vurdu
12:25, Bu gün
Bu xanımlara kolleclərdə vəzifə verildi
12:20, Bu gün
“Azərbaycanın milli parklarının tanıtımı” bu dəfə Gəncədə - FOTO
12:15, Bu gün
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”...- Ona görə də...”
12:13, Bu gün
Kiber ordular yaradılır, insanlar kütləvi hədəfdə - Ekspertdən həyəcanlı açıqlama
12:08, Bu gün
Milli Məclisin ilk plenar iclası başladı
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
11:58, Bu gün
Bakıda 5 nəfərdən 13 kq narkotik aşkarlandı - VİDEO
11:54, Bu gün
Əjdər İsmayılov VƏFAT ETDİ
11:50, Bu gün
Aysel boşandığı birinci əri ilə bir arada - VİDEO
11:46, Bu gün
İşdə məhəbbət macərası, başgicəlləndirici uğur vədi və... - Sentyabrın 30-nun ULDUZ FALI
11:40, Bu gün
“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi - FOTO
11:35, Bu gün
Nazir müavini: İqlim dəyişikliyi ilə mübarizədə ölkələr və icmalar birgə adaptasiya tədbirləri görməlidir
11:33, Bu gün
Azərbaycanlı milyarder Rusiyadan deport edilir
11:30, Bu gün
Əsl zeytun yağını necə tanıyaq?
11:27, Bu gün
Xankəndidə qapalı tipli yeni yarımstansiya tikilir - VİDEO
11:24, Bu gün
Şəhid övladları Palçıq Vulkanları Turizm Kompleksini ziyarət etdi - FOTO
11:21, Bu gün
UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
11:18, Bu gün
Facebook-dan istifadə edənlərə XƏBƏRDARLIQ - Bu yolla sizi aldada bilərlər
11:15, Bu gün
"İqlim dəyişikliyinin mənfi təsirləri dünyanın hər nöqtəsində hiss olunur"
11:11, Bu gün
DYP sürücülərə MÜRACİƏT EDİB 
11:09, Bu gün
Azərbaycan Premyer Liqasında mövsümün rekordu
11:04, Bu gün
Quranda İslam dialektika qanunu - Görəsən Hegelin xəbəri olubmu?
11:00, Bu gün
Sarımsaq və bal ilə qəhvə içməyin FAYDASI
10:53, Bu gün
Mikayıl Cabbarov: "2011-2023-cü illərdə orta illik iqtisadi artım 1,5 % olub"
10:46, Bu gün
Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? – Rəsmi açıqlama
10:38, Bu gün
HAMAS Livandakı hərakatın liderinin öldüyünü açıqlayıb
10:26, Bu gün
İsrail kəşfiyyatı “Hizbullah”ın daxilinə necə nüfuz edib? - Təfərrüatlar açıqlandı
10:21, Bu gün
Qudalar əlbəyaxa oldu, toy ləğv edildi - VİDEO - FOTO
10:21, Bu gün
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...
10:15, Bu gün
Vidadi İsgəndərli bıçaqlandı - SON DƏQİQƏ
10:11, Bu gün
Azərbaycan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün müraciət edib
10:09, Bu gün
Azərbaycanda pensiyaçılar üçün hansı GÜZƏŞTLƏR VAR?
10:00, Bu gün
Xəzər dənizinin səviyyəsinin enməsindən ən çox ziyan çəkən Azərbaycandır - VİDEO
09:52, Bu gün
“Bozbaş” Picturesin Şirini bacısından imtina edibmiş – BACISI GÖRÜN KİM İMİŞ
09:49, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir
09:37, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət veriləcək - Məbləğ
09:27, Bu gün
“Hizbullah” yeni baş katibini seçib
09:25, Bu gün
Fulya Öztürkə Livanda hücum etdilər: yoxa çıxdı - VİDEO
09:19, Bu gün
Gəncədə əməliyyat olunan şəxs xəstəxanada ölüb
09:10, Bu gün
Britaniya mətbuatı: Makronun adamları Bakıda istintaqa cəlb olunub - ŞOK FAKTLAR
09:07, Bu gün
Zukerberq altı dəfə zənginləşib
09:01, Bu gün
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
08:54, Bu gün
Nepalda son 50 ilin fəlakəti: Azı 112 nəfər öldü
08:51, Bu gün
Bakı metrosunda PROBLEM YARANDI
07:54, Bu gün
Alimlər 1-ci tip şəkərli diabet xəstəsini sağalda bildilər... -DÜNYADA İLK DƏFƏ
07:15, Bu gün
Moskvada yaşayış binasında 8 partlayışdan sonra güclü yanğın başladı...
02:06, Bu gün
Bayden Livandakı vəziyyəti nəzərə alaraq Netanyahu ilə danışmaq niyyətindədir
02:04, Bu gün
Hizbullahın nüfuzlu şəxsi 5 milyonla İsrailə qaçdı
02:03, Bu gün
“Cəzamı verdi” - Qurban Qurbanov
02:02, Bu gün
Rusiyada onlarla sərnişinin olduğu avtobus qəzaya uğradı: Sürücü diri-diri yandı
02:01, Bu gün
Bakıda dava düşüb: Bıçaqlananlar var
01:42, Bu gün
Rusiyanın Baş naziri Ermənistana işgüzar səfərə gedəcək
29 Sep 2024 | 22:47
"Ən qanlı cinayətlər dünyanın susduğu zaman baş verir" - Zelenski
29 Sep 2024 | 22:41
UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi
29 Sep 2024 | 22:39
Eyni internet üçün niyə artıq pul ödəyirik?
29 Sep 2024 | 22:38
DİN-dən XƏBƏRDARLIQ! CİDDİ YANAŞIN!
29 Sep 2024 | 22:37
Bu ölkə də sərhəddə hasar çəkmək istəyir
29 Sep 2024 | 22:33
Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi
29 Sep 2024 | 22:32
"Mançester Yunayted" böyük fərqlə "Tottenhem"ə məğlub oldu
29 Sep 2024 | 22:09
İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq?
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 21:55
Sakinlərin DİQQƏTİNƏ: Sabah Bakının üç rayonunda qaz olmayacaq
29 Sep 2024 | 21:31
İsrail “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb
29 Sep 2024 | 21:24
Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB
29 Sep 2024 | 21:12
Meymunçiçəyi epidemiyası sürətlə yayılır
GÜNLÜK
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 16:53
Siqaretdən daha təhlükəli 5 qida
29 Sep 2024 | 17:52
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
29 Sep 2024 | 15:36
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
29 Sep 2024 | 16:28
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
29 Sep 2024 | 17:20
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
29 Sep 2024 | 15:28
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
29 Sep 2024 | 19:53
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
24 Sep 2024 | 14:09
Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
AYLIQ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 16:53
Siqaretdən daha təhlükəli 5 qida
29 Sep 2024 | 17:52
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
29 Sep 2024 | 15:36
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
29 Sep 2024 | 16:28
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
29 Sep 2024 | 17:20
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
29 Sep 2024 | 15:28
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
29 Sep 2024 | 19:53
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA