Qulamhüseyn Əlibəyli: “Minsk qrupunu saxlamaq ölünü xortlatmaq cəhdi qədər mənasızdır”
“Beynəlxalq güclərin Minsk qrupunu saxlaması ölünü xortlatmaq cəhdi qədər mənasızdır”.
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. O, qeyd edib ki, Minsk qrupunun hələ də ləğv edilməməsi bəzi qüvvələrin Cənubi qafqazda vəziyyəti yenidən gərginləşdirmək arzusundan xəbər verir:
“Minsk qrupunun yaradılmasında məqsəd Qarabağ probleminin diplomatik yolla həllini təmin etmək idi. Lakin uzun illər ərzində Minsk qrupunun ortaya qoyduğu fəaliyyətsizlik göstərdi ki, bu qurum problemi həll etmək iqtidarında deyil. Onların belə bir niyyəti də yoxdur. Biz onlara dedik ki, problemi həll edin, onlar isə yeyib-içəmklə, eyş-işrətlə məşğul oldular. Nəhayətdə, Azərbaycan BMT-nin Təhlüksəzilik Şurasının qətnamələrini özü güc yolu ilə həll etmək məcburiyyəti qarşısında qaldı.
Bu gün Qarabağ münaqişəsi öz həllini tapıb. Odur ki, Minsk qrupuna heç bir ehtiyac yoxdur. Lakin Vətən müharibəsinin başa çatmasından 4 il ötsə də, Minsk qrupu hələ də ləğv edilməyib. Bu fakt bir daha göstərir ki, bəzi güclər Cənubi Qafqzda yeni bir qarşıdurmanın yaradılmasıdna maraqlıdır və onlar bu məsələdə Minsk qrupunun da işlərinə yaraya biləcəyinə ümid edir”.
Seymur ƏLİYEV