1853
21 Sep 2024 | 01:33

"Qiyamət günü buzlağı" nə zaman dağılacaq?" - Alimlərdən proqnoz

"Buzlağın uzunluğu 120 km, qalınlığı 2 km təşkil edir, onun dağılması ümumdünya daşqınına səbəb olacaq..."
 
Qərbi Antarktidada yerləşən Tueyts buzlağı "Qiyamət günü buzlağı" adlanır. Mütəxəssislər hesab edir ki, onun dağılması dünya okeanı səviyyəsinin xeyli yüksəlməsinə, digər buzlaqların əriməsinə, böyük sahilyanı ərazilərin su basmasına, yəni praktiki olaraq ümumdünya daşqınına gətirib çıxaracaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "mir24.tv" nəşri yazıb.
 
Tueyts buzlağının uzunluğu 120 km, qalınlığı iki km-ə çatır. Buzlaq öz yerləşməsinə görə "istisnasız olaraq" həssasdır. O, dəniz səviyyəsindən xeyli aşağıda dibə söykənir və Qərbi Antarktidanın mərkəzinə enir. O, 80 il ərzində əriyir və son 30 ildə bu proses xeyli sürətlənib.
 
Buzlaq daima müşahidə altındadır. Yeni tədqiqatların nəticələri göstərib ki, gələcəkdə o, isti dəniz suyunun çatlarına daxil olması hesabına getdikcə daha sürətlə geri çəkiləcək.
 
Bir çox alimlər "qaranlıq perspektivlərdən" danışır. Buzlaq tez ya gec qitədən qoparaq sərbəst üzməyə və tezliklə dağılmağa məhkumdur. Mütəxəssislər təxminən 200 ildən sonra Tuyetsin, ardınca isə bütün Antarktik buz qalxanının yoxa çıxacağını proqnozlaşdırır.
 
Bu zaman "Qiyamət günü buzlağə"nın dağılması yaxın 5-10 ildə başlaya bilər, bu hadisə dünya okeanı səviyyəsinin 65 sm yüksəlməsinə gətirib çıxaracaq.
 
Əgər dünya okeanının səviyyəsi 60 sm-dən çox olarsa, bu, həm Cənub, həm də Şimal yarımkürəsində digər buzlaqların tez bir zamanda əriməsinə gətirib çıxaracaq, nəticədə, alimlərin proqnozuna görə, dünya okeanı səviyyəsini 6-7sm yüksəldəcək.
Link kopyalandı!
Son xəbərlər