“Küləkli havada qayıqla təhlükəli vəziyyətə düşmüşük, yaxşı balıqçı ona deyərəm ki..”- qızıl balıq tutub onu suya buraxan balıqçı-FOTO+ÖZƏL
Ekskluziv
2032
20 Sep 2024 | 22:16

“Küləkli havada qayıqla təhlükəli vəziyyətə düşmüşük, yaxşı balıqçı ona deyərəm ki..”- qızıl balıq tutub onu suya buraxan balıqçı-FOTO+ÖZƏL

“Hazırda balıq mövsümü başlayıb. Sentyabr ayından aprel ayına qədər balıq mövsümü hesab olunur. Aprel ayında balığı tutmaq olmaz, çünki kürü tökən vaxtıdır. O vaxt Neftçala rayon Bankə qəsəbəsindəki balıq kombinatında belə bir adət var idi. Balığı tuturdunsa da belə, görürdün ki, kürülüdür, bunu kombinata təhvil verirdilər, kürüsünü götürəndən sonra balığı təkrarən suya salırdılar kı, yenidən kürü versin. Ələxsus da bu ağ balıq, nərə, bölgə, şip növlərinə aiddir. Çünki bu balıqlar 25-27 ildən bir kürü verir. Yaxşı balıqçı kürü tökən vaxtı balığı tutmamalıdır. Yaxşı balıqçı bildiyini bilmədiyi balıqçıya deməlidir. Babam və atam peşəkar balıqçı olublar. Elə uşaq olandan mən də onlara qoşulub balığa gedirdim. Təxminən 7 yaşım vardı. İndi özüm də bu sənətlə peşəkar məşğul oluram”
 
Bunu Moderator.az-a açıqlamasında 30 ilə yaxındır balıqçılıqla məşğul olan Kamran Məmmədov deyib. O daha sonra bilməli olduğumuz, vacib məqamları deyib.
 
“Əsl yeyilməli olan balıqlar kütüm, kifal, sudak, xəşəmdir. Bunlar təbiidir, bunları göldə yetişdirmirlər. Azov dənizindən kifal gəlir, kütüm balığı İrandan gəlir. Bəzi balıqlar var ki, onların xüsusi təmizlənmə qaydası var. Belə ki, ağ balığın, nərə və bölgə balığının onurğa sümüyünün içində iliyi var, onu çıxartmasan o balığın bədəninə siflis verir və bu da zəhərlənməyə gətirib çıxarır. Bundan başqa balığın ödü də əzilməməlidir. Bəzən balığı təmizləyəndə ödünü partladırlar. O acı olur və zəhərlənmə verir. Balığın təzə olub-olmadığını ilk növbədə ətindən bilmək olar. Təzə balığın əti bərk olmalıdır. Sonra isə qulağına baxmaq lazımdır. Sümüksüz balıqlar tez xarab olur. Ona görə də zəhərlənmə verə bilər” deyə o bildirib.
 
Kamran Məmmədov balıq tutarkən yaşadığı çətinliklərdən də danışıb.
 
“Qızıl balıq tutmuşam. Balacasını suya buraxmışam. Böyüklərini isə götürmüşəm. Qızıl balıqla bağlı deyilənlər ancaq nağıllarda ola bilər. Əsasən balığa küləkli havada gedirik. Balıq küləkli havada üzə çıxır. Əlbəttə ki, bu riskdir. Çünki qayıq aşa bilər. Dəfələrlə təhlükəli vəziyyətlərlə üz-üzə qalmışıq” deyə balıqçı bildirib.
Link kopyalandı!
Son xəbərlər