Ekskluziv
1618
20 Sep 2024 | 17:39

"Biz tezliklə qaniçən və cinayətkar sionist rejiminin məhvinin şahidəri olacağıq " - SEPAH komandanı

 
"Livanda baş verən terror aktları, heç şübhəsiz, sionist rejiminin çarəsizliyi və ardıcıl uğursuzluqlarının nəticəsidir..."
 
İran İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Salami "bütün müqavimət oxu" adından Livanda iki günlük kiberhücuma görə İsrailə "sarsıdıcı cavab veriləcəyi" ilə təhdid edib.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın İRNA dövlət informasiya agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu hücum nəticəsində Livanda "Hizbullah" döyüşçüləri və funksionerləri, habelə Suriyada SEPAH hərbi qulluqçularının mobil rabitə vasitələri partladılıb, Livan, Suriya və İran vətəndaşlarının həyatlarına son qoyulub.
 
İsrailin ünvanına təhdidlər Salaminin "Hizbullah" lideri şeyx Həsən Həsrullaha müraciətində səsləndirilib.
 
Salami ilk öncə şeyxi bu günlər İslam dünyasında qeyd edilən Məhəmməd Peyğəmbərin mövlud günü, həmçinin İranda sünni və şiələrin birliyi günü ilə əlaqədar olaraq təbrik edib. Daha sonra sionist rejiminin ünvanına təhdidlər yağdırıb.
 
"Belə terror aktları, heç şübhəsiz, sionist rejiminin çarəsizliyi və ardıcıl uğursuzluqlarının nəticəsidir", - Salami Nəsrullaya məktubunda bəyan edib.
 
"Bu, tezliklə müqavimət oxu tərəfindən sarsıdıcı cavab törədəcək və biz bu qaniçən və cinayətkar rejimin məhv edilməsinin şahidləri olacağıq", - o, vurğulayıb.
 
Xəbər verildiyi kimi, sentyabrın 17-də Livanda peycerlərin detonasiyası zamanı İran səfiri bir gözünü itirib, digər gözü ciddi zədələnib.
 
Bu barədə "The New York Times" nəşri SEHAP-ın iki üzvünə istinadən yazıb. Nəşrin məlumatına görə, səfirlə yanaşı, İran səfirliyinin digər əməkdaşları da yaralanıb.
Link kopyalandı!
Son xəbərlər