Ekskluziv
1812
20 Sep 2024 | 15:50

"Bayden Putini ruhlandırır, Şolts kimi "əsəbi zəif olanları" qorxudur" - "The Economist"

 
"ABŞ tərəfindən Ukraynanın çəkindirilməsi NATO-nu parçalayır və Rusiyanın Avropada təcavüzünə yalnız kömək edir..."
 
Rusiyaya ərazisinin dərinliklərinə zərbələrə qadağa qoyulması əsassızdır, çünki Rusiya əslində kiçik iyrəncliklərdən savayı buna heç nə ilə cavab verə bilməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə nüfuzlu "The Economist" jurnalının redaksiya məqaləsində deyilir.
 
Məqalədə deyilir ki, Amerikanın Rusiya ərsazisinin dərinliklərinə zərbələrə qoyduğu veto Vladimir Putini təcavüzünü davam etdirməyə ruhlandırır, eyni zamanda Ukraynanın tərəfdaşlarının yardımı davam etdirmək istəyini soyudur.
 
Nəşr qeyd edir ki, Rusiya hər gün Ukraynanı raket və bombalarla terror edərək qış ərəfəsində onun energetika sistemini məhv etməyə cəhd göstərir. Ukrayna "bu qanunsuz hücumlara mütənasib cavab", yəni Qərb raketlərindən Rusiyada atəşlərin həyata keçirldiyi hərbi obyektləri məhv etmək üçün istifadə etməyi təklif edib. Hazırda Amerika "bu ağlabatan xahişi" rədd edir.
 
Nəşr qeyd edir ki, Amerika nəinki Rusiyaya özünün ATACMS raketlərilə zərbələr üçün istifadə etməyə imkan vermir, həm də Avropanın "Storm Shadow" və SCALP raketlərindən onlarda Amerikanın kompletləşdirici hissələri olduğuna görə istifadə edilməsini bloklayır.
 
"Cənab Bayden yox deyir. O, fikrindən dönməlidir. Təəssüf ki, Amerika eskalasiya qarşısında qorxu səbəbindən yersiz çəkinməyə yol verir. Rusiya orada nüvə silahından istifadə edilməsindən başqa, mümkün olan hər şeyi edir, bu həddin keçilməsi isə o cümlədən Çin kimi
müttəfiqləri arasında etiraza səbəb olacaq", - nəşr yazıb.
 
Müəlliflərin fikrincə, əgər Ukraynaya Rusiyanın dərinliyinə zərbələrə icazə verilsə, Putinin maksimum cavab verəcəyi Qərbin digər yerlərdə maraqlarına ziyan vurması, məsələn, İrana və ya husilərə silah verməsi olacaq. Bu, müəyyən problemlər yarada bilər, lakin sonucda Ukraynanın çəkindirilməsi Rusiyanın Avropada təcavüzünə yalnız kömək edir, nəşr hesab edir.
 
"Baydenin ehtiyatlılığı Putinin ağılsızlığını mükafatlandırır. Üstəlik, bu, Almaniya kansleri Olaf Şolts kimi zəif iradəlilərə təsir edir, beləliklə, NATO-nu parçalayır. Cənab Putin belə fikir ayrılığını görür və bu nəticəyə gəlir ki, Qərb müharibədən yorulub və onun xeyrinə olacaq sövdələşmə bağlamağa çalışır", - nəşr xəbərdarlıq edir.
Link kopyalandı!
Son xəbərlər