Ekskluziv
1665
20 Sep 2024 | 14:45

"Ukrayna elə indi NATO-ya qəbul edilməlidir" - Boris Conson

 
"Kremlin heç bir "qırmızı xətləri" yoxdur, Putinin hay-küyü və qılınc oynatması cəfəngiyyatdır, çünki əslində məhz özü eskalasiyadan çəkinir...
 
Böyük Britaniyanın sabiq baş naziri Ukraynanın qələbəsi üçün üç addımı açıqlayıb
 
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Ukraynaya Rusiya ərazisinə uzaqvuran silahlarla zərbələr endirməyə icazə verilməsinə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "The Spectator" nəşrində köşə yazısında bəyan edib.
 
O, Qərb ölkələrinə Kremlin "qırmızı xətləri"ndən çəkinməməyə çağırış edib və Ukraynanın qələbə qazanmağa imkan verən üç addımı açıqlayıb.
 
Conson qeyd edib ki, müharibənin hər bir mərhələsində Qərb tanklar, təyyarələr və ya raketlər kimi silahları Ukraynaya verməkdən bir dəlillə imtina edib, bu da eskalasiya qorxusudur. Lakin müharibə illəri göstərib ki, Kremlin heç bir "qırmızı xətləri" yoxdur", - o, yazıb.
 
"Putinin hay-küyü və qılınc oynatması cəfəngiyyat imiş, çünki əslində məhz onun özü eskalasiyadan çəkinir. Əgər siz "eskalasiyadan" narahatsınızsa, o zaman Ukraynanın bu savaşda məğlub olacağı təqdirdə nə baş verəcəyini təsəvvür edin, eskalasiya məhz o zaman başlayacaq.
 
Ukrayna məğlub olmayacaq, amma məğlub olarsa, biz  Polşa sərhəddi də daxil olmaqla keçmiş sovet imperiyasının bütün periferiyası boyunca eskalasiya riskinə məruz qalacağıq. Putinin təcavüzün nəticə verəcəyini hesab etdiyi hər yerdə belə olacaq", - Conson qeyd edib.
 
O, həmçinin vurğulayıb ki, Ukraynanın məğlubiyyəti NATO üçün fəlakətli məğlubiyyət olacaq və buna yol verməməyə çağırıb.
 
"Biz ciddi olmalı və gerçəyə dönməliyik. Sağlam düşüncəyə birinci addım olaraq Putinlə heç bir güzəştə nail olmağın mümkün olmadığını anlamaqdır. Yalnız bir alternativ mövcuddur və bu, mənəvi cəhətdən düzgündür. Bu, Ukraynanın qələbə planının gerçəkləşdirilməsidir, mən inanıram ki, bu planı Vladimir Zelenski yaxın bir neçə gün ərzində ABŞ-a təqdim edəcək", - Conson yazıb.
 
Consonun fikrincə, ikinci addım Qərbin, ilk növbədə ABŞ-ın Rusiya ərazisinə uzaqvuran silahlarla zərbələr endirməyə icazə verməsi, habelə yarım trilyon və ya hətta bir trilyon dollar məbləğində lend-liz üzrə kreditlər paketinin hazırlanmasıdır.
 
"Üçüncüsü və ən vacibi, biz Ukraynanı "soyuq müharibə" bitdiyi dönəmdən bəri təqib edən qeyri-müəyyənliyə son qoymalı və Ukrayna xalqının seçdiyi taleyinin son istitusional ifadəsini verməliyik. Biz Ukraynanı elə indi, məhz indi NATO-ya qəbul etməliyik", - Conson əlavə edib.
 
Onun sözlərinə görə, Ukrayna hələ müharibə bitmədən NATO-ya qəbul edilməlidir, çünki 6-cı maddədə deyilir ki, hətta  təhlükəsizlik zəmanətləri ölkənin beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin hamısına şamil edilmədikdə bu ölkə Alyansın üzvü ola bilər.
 
"Biz yaxın bir neçə ay ərzində bunu etməliyik, çünki bu, dəhşətli müharibəyə son qoymaq üçün ata biləcəyimiz ən böyük addımdır. Ukraynanı NATO-ya qəbul etməklə biz Kremlə rusiyalıların eşitməli olacağı vacib siqnal göndərəcəyik", - Conson izah edib.
Link kopyalandı!
Son xəbərlər