2024-cü ildə kriptovalyuta sahəsində daha geniş yayılmış DƏLƏDUZLUQLAR
Ekskluziv
Oxunub: 1516
19 Sep 2024 | 17:18
2024-cü ildə kriptovalyuta sahəsində daha geniş yayılmış DƏLƏDUZLUQLAR
 
Sürətlə inkişaf edən kriptovalyuta aləmi təkcə investorları deyil, dələduzları da özünə cəlb edir. Belə ki, kriptovalyuta sahəsi pul qazanmaq baxımından geniş imkanlar təqdim etməklə yanaşı, həm də kifayət qədər təhlükəli təhdidləri özündə ehtiva edir. Bundan başqa, cinayətkarlar insanları aldatmaq və onların aktivlərini oğurlamaq məqsədilə müxtəlif üsullardan istifadə edirlər. Pulları və ya qeydiyyat yazılarını itirməmək üçün ən son dələduzluq tendensiyalarından xəbərdar olmaq və onlardan qorunmaq yollarını bilmək vacibdir. Müxtəlif ölkələrdə kriptovalyuta investorlarına təsir edən daha geniş yayılmış dələduzluq növlərindən bəhs edəcəyik. Bu cür dələduzluq növlərinin necə işlədiyini və onları aşkar etmək üçün hansı əlamətləri axtarmağın lazım olduğunu anlamaq istifadəçilərə bu cür cinayətkarlara qarşı müdafiələrini gücləndirməyə yardımçı olacaq.
 
Qeydiyyat yazılarının satışı vasitəsilə dələduzluqlar
 
Dələduzlar, adətən, istifadəçiləri qeydiyyat yazısı ilə bağlı məlumatlarını onlara verməyə inandırır və bunun üçün böyük məbləğdə pul vəd edirlər. Onlar bunun müqabilində kriptovalyutalardakı qeydiyyat yazılarına və əlaqəli bank hesablarına giriş əldə edirlər. Daha sonra dələduzlar özlərini satıcı kimi qələmə verərək mövcud olmayan məhsul və ya xidmətlər təklif edirlər. Dələduzlar onlara verilmiş qeydiyyat yazıları ilə bağlı olan bank hesablarına ödənişlər əldə edirlər və bu vəsaitləri elə həmin birjada kriptovalyuta almaq məqsədilə istifadə edirlər. Qurbanlar aldadıldıqlarını, heç bir mal əldə etmədiklərini başa düşdükdə və dələduzluq barədə məlumat verdikdə həmin qeydiyyat yazısı ilə əlaqəli bank hesabı dondurulur. Bu, qeydiyyat yazısı və hesab sahibi üçün kritik ola bilər, belə ki, ona qarşı dələduzluq barədə cinayət işi açıla bilər. Bundan başqa, hüquqi fəsadlarla yanaşı, maliyyə fəsadları da olacaq, nəticədə aktivlər itiriləcək.
 
Necə qorunmalı? Yadda saxlamaq lazımdır ki, kriptovalyuta birjalarında pul kisələrinin, habelə bank hesablarının məlumatlarını paylaşmaq və ya onları vermək olmaz. İstifadəçilər özlərini qorumaq üçün bank hesablarından və kriptovalyuta birjaları hesablarından istifadə qaydaları haqqında biliklərini artırmalı, şübhəli transaksiyalar üçün hesablarına nəzarət etməli, mütəmadi olaraq parollarını dəyişdirməli və iki faktorlu autentifikasiyadan istifadə etməlidir. Qeydiyyat yazısının etibardan salınmasına dair hər hansı bir əlamət olduqda istifadəçilər dərhal şəxsi bankı və kriptovalyuta birjası ilə əlaqə saxlamalı, həmçinin müştəri dəstək xidmətinə müraciət etməlidirlər.
 
SMS vasitəsilə dələduzluqlar
 
Sözügedən dələduzluq növü saxta SMS-mesaj göndərərək qurbanı aldatmaqdan, istifadəçini transaksiyaya görə vəsait əldə etdiyinə və onun həyata keçirildiyinə inandırmaqdan ibarətdir. Dələduzlar mesajı bankdan və ya rəqəmsal pul kisəsi üçün tətbiqdən gələn həqiqi bildiriş kimi göstərə bilərlər. Bu, istifadəçiləri aldada bilər, belə ki, onlar düşünə bilərlər ki, onların bank hesablarına həqiqətən pul daxil olub. Nəticədə bu, sifarişlərin ləğvinə səbəb ola bilər.
 
Necə qorunmalı? Həmişə hər hansı bir transaksiyanı həyata keçirməzdən əvvəl bankda və ya elektron pul kisəsində ödənişə dair təsdiqi yoxlamaq lazımdır (iki dəfə yoxlamaq tövsiyə olunur). Ehtiyatla davranmaq, eləcə də ödənişə dair məlumatı yalnız SMS bildirişi ilə deyil, birbaşa şəxsi bankda və ya elektron pul kisəsində yoxlamaq lazımdır.
 
Elektron poçt vasitəsilə dələduzluqlar
 
Bu sxemə uyğun olaraq, dələduzlar sosial mühəndislikdən istifadə edərək istifadəçiləri aldadırlar və onları real pullarının kriptovalyuta birjasının eskrou-hesabında olduğuna inandırmağa məcbur edirlər. Onlar rəsmi mesajlara oxşayan və pulların artıq eskrou-servisdə gözləməsindən bəhs edən saxta məktublar göndərirlər. Dələduzlar həmçinin istifadəçilərin şəxsi rəqəmsal valyutalarını onlara göndərmədikləri halda hesabları bağlamaqla hədələyə bilərlər. Dələduzların məqsədi istifadəçilərin şəxsi hesablarında real pul olmadığını başa düşməzdən əvvəl rəqəmsal valyutaları əldə etməkdir.
 
Necə qorunmalı? İlk növbədə, istifadə edilən servisin eskrou-hesablarda vəsait saxlayıb-saxlamadığını öyrənmək lazımdır. Məsələn, «Binance P2P» belə bir seçim təqdim etmir. Elektron poçt ünvanlarını və digər qeydiyyat məlumatlarını yoxlamaq məqsədilə xüsusi xidmətlərdən istifadə etmək olar (bir sıra rəqəmsal kriptovalyuta platformalarında bunlar var). Həmçinin gözlənilən transaksiyalar üzrə tam ödənişin olması üçün şəxsi bank hesabını və ya pul kisəsini mütəmadi olaraq yoxlamaq tövsiyə olunur.
 
«Telegram»da dələduzluqlar
 
Bu mesencer kriptovalyuta investorları arasında çox məşhurdur, buna görə də istifadəçiləri aldatmaq məqsədilə onun alətlərindən istifadə etməyə çalışan bir sıra dələduzlara rast gəlinir. Bir neçə geniş yayılmış sxem mövcuddur ki, onlara nəzər salmaqda fayda var.
 
1-ci sxem. Cinayətkar özünü kriptovalyuta birjasının nümayəndəsi kimi təqdim edir. Məsələn, onlar özlərini maliyyə məsləhətçisi kimi göstərə və saxta təşkilatçının dolandırıcı «airdropu»nda iştirak edərək pul qazanmağa yardımla bağlı təklif irəli sürə bilərlər. Bəzi hallarda özünü rəqəmsal kriptovalyuta platformasının əməkdaşları kimi təqdim edən cinayətkarlar istifadəçiyə vergi rüsumunu ödəməli olduğunu bildirirlər və ödəniş üçün fişinq linkini təqdim edirlər. 
 
2-ci sxem. Dələduzlar özlərini kriptovalyuta birjasının dəstək xidmətinin botu kimi qələmə verirlər və onlarla əlaqə saxlayarkən sosial mühəndislikdən istifadə yolu ilə istifadəçini aldadıb onun bütün məlumatlarını (qeydiyyat yazısı və bank hesabları üzrə) əldə edirlər.
 
3-cü sxem. Cinayətkarlar kriptovalyuta birjasının saxta qruplarını yaradaraq istifadəçilərin razılığı olmadan onları həmin qruplara əlavə edirlər. Daha sonra qrup iştirakçılarına saxta mayninq təklif edilir və fişinq linkindən istifadə edərək iştirak üçün ödəniş tələb olunur.
 
Necə qorunmalı? İlk növbədə, «Telegram»da əlaqə məlumatlarını diqqətlə yoxlamaq lazımdır. Qeydiyyat yazısının müvafiq məlumatlarını onların profil səhifəsində tapmaq mümkündür. İstifadəçi adının sahəsinə xüsusilə diqqət yetirmək və «Tərcümeyi-hal» bölməsində verilən məlumatlara etibar etməmək lazımdır. Qeydiyyat yazısının adına xüsusilə diqqət yetirmək lazımdır: dələduzlar çox vaxt oxşar simvollardan istifadə edirlər, sətri hərfləri böyük hərflərlə və əksinə əvəz edirlər və s. bu kimi addımlar atırlar ki, bu da qeydiyyat yazısını əslinə çox bənzədir. Bundan əlavə, qeydiyyat yazılarının əslinin yoxlanılması üçün «Binance Verify» kimi xüsusi servislərdən istifadə etmək olar.
 
Sosial şəbəkələrdə fişinq
 
Fişinq və zərərli linklərin çoxdan məlum olmasına baxmayaraq, onların səmərəliliyi azalmır və bu səbəbdən də dələduzlar tez-tez onlardan istifadə edirlər. Məsələn, yükləmək üçün soft axtararkən asanlıqla fişinq linki və ya zərərli funksiyaları olan yenidən paketlənmiş real proqram təminatı ilə rastlaşmaq mümkündür. Son zamanlar bu kimi dələduzluq halları sosial şəbəkələri də fəal şəkildə cənginə alıb.
 
Bu kateqoriyadan olan və son zamanların məşhur sxemlərindən biri belədir: istifadəçi az məbləğdə ödəniş müqabilində sosial şəbəkə və ya mesencer vasitəsilə kriptovalyuta paylanmasında iştirak etmək üçün dəvət alır. Şərtlər çox vaxt o qədər cəlbedici olur ki, ondan imtina etməkdə istifadəçi çətinlik çəkir. Doğrudur, mükafatı əldə etmək üçün müəyyən qədər ödəniş etmək tələb olunur. Təbii ki, ödəniş heç də gerçək kriptovalyuta ilə deyil, fişinq linki vasitəsilə edilməlidir.
 
Saxta «Airdrop» və ya tokenlərlə həyata keçirilən dələduzluq əməlləri xüsusilə diqqəti cəlb edir. Bu da istifadəçiləri ödəniş etməyə, pul kisələrini zərərli smart-müqavilələrə qoşmağa və ya onların şəxsi açarlarını təqdim etməyə inandırmaqla istifadəçiləri aldatmaq məqsədi daşıyan fişinq hücumlarıdır. Nəticədə istifadəçilər şəxsi məlumatlarını və şəxsi aktivlərini itirirlər.
 
Necə qorunmalı? Çox vaxt bu cür paylamalar gerçək ola bilməyəcək qədər yaxşı sövdələşmələrdir. Təklif olunanların gerçəkliyini qiymətləndirmək lazımdır. Etibarsız mənbələrdən daxil olan linklərə baş vurmamaq və ya QR-kodları oxutmamaq tövsiyə edilir.  Linklərə daxil olmaq və ya məxfi şəxsi məlumatları təqdim etmək şəxsi məlumatların və şəxsi vəsaitlərin itirilməsi ilə nəticələnə bilər.
 
Brauzer plaginləri vasitəsilə dələduzluqlar
 
Brauzer plaginləri (genişlənmələri) onlayn təcrübəni təkmilləşdirmək, kontentlə işi optimallaşdırmaq və yeni funksiyalar təqdim etmək baxımından populyarlıq qazanıb. Lakin heç də bütün plaginlər təhlükəsiz deyil, belə ki, bəziləri cinayətkarlar tərəfindən pis niyyət məqsədilə istifadə edilə bilər. Dələduzlar brauzer plaginləri və genişlənmələr vasitəsilə istifadəçiləri aldatmaq məqsədilə müxtəlif sxemlərdən istifadə edirlər. Onlar klaviş sıxılmalarını ələ keçirmək və brauzerdə aktivliyi izləmək yolu ilə parol və qeydiyyat yazısı kimi məxfi məlumatları oğurlaya bilərlər. Plaginlər həmçinin veb-səhifələrə zərərli kodu sala bilər ki, bu da fişinq hücumlarına və ya zərərli proqram təminatının quraşdırılmasına səbəb ola bilər. Cinayətkarlar həmçinin istifadəçi hesablarına daxil olmaq üçün giriş seanslarını ələ keçirə bilərlər. Bundan əlavə, zərərli genişləndirmələr mübadilə buferinin məzmununu oxuya və yaza bilər ki, bu da maliyyə platformalarında vəsait qoyarkən və ya çıxararkən istifadəçinin ünvanının saxtalaşdırılmasına və pul itkisinə səbəb ola bilər.
 
Necə qorunmalı? Zərərli plaginlərin qurbanına çevrilməmək üçün «Binance» mütəxəssisləri bir sıra ehtiyat tədbirləri görməyi məsləhət görürlər. Birincisi, plaginlərin sayını məhdudlaşdırmaq, yalnız həqiqətən lazım olan və etibarlı olan plaginləri quraşdırmaq tövsiyə edilir. Nə qədər çox plagin quraşdırılsa, zərərli proqram təminatları ilə qarşılaşma riski bir o qədər yüksək olar. İkincisi, plagini quraşdırmadan əvvəl onu diqqətlə araşdırmaq, rəyləri, tərtibatçı haqqında məlumatları və onun tələb etdiyi icazələri yoxlamaq lazımdır. Giriş üçün lazımsız icazələr verməmək məsləhət görülür. Üçüncüsü, potensial hücum səthini azaltmaq məqsədilə artıq istifadə edilməyən plaginləri mütəmadi olaraq yoxlamaq və silmək tövsiyə edilir. Eyni zamanda, brauzer və quraşdırılmış plaginlər də daxil olmaqla, bütün proqram təminatı mütəmadi olaraq yenilənməlidir. Antivirus proqramlarının istifadəsinə laqeyd yanaşmaq olmaz. Bundan əlavə, pul kisəsinə daxil olmaq üçün təcrid olunmuş brauzer istifadəçi profili yaratmaq və ona plaginlər quraşdırmamaq məqsədəuyğundur. Pulla əlaqəli bütün tətbiqlərdən istifadə etdikdən sonra dərhal çıxmaq və cookie fayllarını aktiv qoymamaq məsləhət görülür, belə ki, bu, tətbiqlərin öz parametrlərində təyin edilə bilər. Maliyyə əməliyyatlarını həyata keçirmək üçün xüsusi qurğudan istifadə etmək ideal olardı.
 
Xülasə
 
Dələduzlara qarşı mübarizədə ən mühüm amil bayağı rəqəmsal savaddır. Açıq-aydın və olduqca əlverişli sövdələşmə şərtləri təklif edən yad insanlara etibar etmək olmaz. Eyni zamanda, rəqəmsal gigiyenaya riayət etmək lazımdır, yəni göndərilən linklərə daxil olmamaq, naməlum şəxslərdən daxil olan məktubları açmamaq, sosial şəbəkələrdə haqqında məlumat olmayan qruplara qoşulmamaq, şəxsi və ödəniş məlumatlarını üçüncü şəxslərə verməmək tövsiyə edilir. Rəqəmsal məkanda işə bu cür mülahizə edilmiş və məntiqə uyğun şəkildə yanaşma aktivlərin etibarlı şəkildə qorunmasının və təhlükəsizliyinin 90%-ni təşkil edir.
 
 
 
Oxşar xəbərlər
02:06, Bu gün
Bayden Livandakı vəziyyəti nəzərə alaraq Netanyahu ilə danışmaq niyyətindədir
02:04, Bu gün
Hizbullahın nüfuzlu şəxsi 5 milyonla İsrailə qaçdı
02:03, Bu gün
“Cəzamı verdi” - Qurban Qurbanov
02:02, Bu gün
Rusiyada onlarla sərnişinin olduğu avtobus qəzaya uğradı: Sürücü diri-diri yandı
02:01, Bu gün
Bakıda dava düşüb: Bıçaqlananlar var
01:42, Bu gün
Rusiyanın Baş naziri Ermənistana işgüzar səfərə gedəcək
29 Sep 2024 | 22:47
"Ən qanlı cinayətlər dünyanın susduğu zaman baş verir" - Zelenski
29 Sep 2024 | 22:41
UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi
29 Sep 2024 | 22:39
Eyni internet üçün niyə artıq pul ödəyirik?
29 Sep 2024 | 22:38
DİN-dən XƏBƏRDARLIQ! CİDDİ YANAŞIN!
29 Sep 2024 | 22:37
Bu ölkə də sərhəddə hasar çəkmək istəyir
29 Sep 2024 | 22:33
Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi
29 Sep 2024 | 22:32
"Mançester Yunayted" böyük fərqlə "Tottenhem"ə məğlub oldu
29 Sep 2024 | 22:09
İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq?
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 21:55
Sakinlərin DİQQƏTİNƏ: Sabah Bakının üç rayonunda qaz olmayacaq
29 Sep 2024 | 21:31
İsrail “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb
29 Sep 2024 | 21:24
Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB
29 Sep 2024 | 21:12
Meymunçiçəyi epidemiyası sürətlə yayılır
29 Sep 2024 | 21:08
“Bayden administrasiyası Ermənistanı məğlubiyyətə hazırlayır”
29 Sep 2024 | 20:52
"Trampın Putinin niyyətlərini düzgün anlamaması yaxşı heç nə vəd etmir" - "Der Spiegel"
29 Sep 2024 | 20:34
“Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır” - Prezident
29 Sep 2024 | 20:26
ABŞ ordusu Suriyada 37 terrorçu məhv edib
29 Sep 2024 | 20:23
İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
29 Sep 2024 | 19:56
İsrail Yəmənə yenidən zərbələr endirib
29 Sep 2024 | 19:53
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
29 Sep 2024 | 19:52
Cəbrayıl şəhərinə növbəti köç olacaq
29 Sep 2024 | 19:51
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür
29 Sep 2024 | 19:50
Ceyhun Bayramovun BMT-nin Baş katibi ilə görüşüb, postmünaqişə dövründə vəziyyət müzakirə olunub
29 Sep 2024 | 19:49
"Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur"
29 Sep 2024 | 19:23
Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi
29 Sep 2024 | 19:22
İlham Əliyev: "Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"
29 Sep 2024 | 18:50
Moskva ətrafında rusiyalı zabit qətlə yetirildi
29 Sep 2024 | 18:38
İran XİN İsraili təhdid etdi: "Qisas alınacaq"
29 Sep 2024 | 18:34
Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı
29 Sep 2024 | 18:24
İsrail niyə 27 sentyabrda hücum etdi? – Ovannisyandan ilginc versiya
29 Sep 2024 | 18:05
Yeni qarğıdalının fayda və zərərləri nələrdir?
29 Sep 2024 | 18:05
Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
29 Sep 2024 | 18:00
Marketdə baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi
29 Sep 2024 | 17:52
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
29 Sep 2024 | 17:51
Tərtər sakinləri erməni vandallığından danışdılar: "Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb" (VİDEO)
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 17:45
Sevgilisi ayrılmaq istədi, maşında qumbara partlatdı
29 Sep 2024 | 17:40
Məşhur aparıcının sümükləri əriyir
29 Sep 2024 | 17:35
"Tərəqqi" medalına layiq görülən təcrübəli dənizçi vəfat edib
29 Sep 2024 | 17:30
İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!
29 Sep 2024 | 17:26
Nəsrullahı İran casusu satıb - ŞOK İDDİA
29 Sep 2024 | 17:23
"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken
29 Sep 2024 | 17:20
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
29 Sep 2024 | 17:00
Nəsrullahın meyiti dağıntılar altından çıxarıldı-YENİLƏNİB
29 Sep 2024 | 16:53
Siqaretdən daha təhlükəli 5 qida
29 Sep 2024 | 16:45
42 xarici ölkədə seçki məntəqəsi yaradılacaq - Gürcüstan MSK
29 Sep 2024 | 16:36
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
29 Sep 2024 | 16:28
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
29 Sep 2024 | 16:20
THY Brüsselə uçuşlarını təxirə salır
29 Sep 2024 | 16:13
Qulaqlarınızı bunlarla təmizləməyin
29 Sep 2024 | 16:05
Bu balqabaq çantası fantastik qiymətə satıldı – REKORD
29 Sep 2024 | 15:45
İsrail Hizbullahın Suriyadakı mövqelərini də vurdu
29 Sep 2024 | 15:36
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
29 Sep 2024 | 15:28
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
29 Sep 2024 | 15:20
Goranboyda 28 yaşlı qadın bıçaqlandı
29 Sep 2024 | 15:08
Yaşlı insanların yuxu keyfiyyətini yaxşılaşdıran içki
29 Sep 2024 | 15:00
Ağ idman ayaqqabılarını necə təmizləmək olar? – Yeni görünəcəklər
29 Sep 2024 | 14:50
Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq
29 Sep 2024 | 14:43
Rusiya NATO zabitlərinin olduğu binanı vurdu: 15 ölü
29 Sep 2024 | 14:35
Rusiyanın hərbi aerodromuna hücum edildi - VİDEO
29 Sep 2024 | 14:34
Yarımçıq sülh başa çatmayan münaqişə deməkdir
29 Sep 2024 | 14:28
Hamilə qadınlar bu qidaları yesin
29 Sep 2024 | 14:20
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı - FOTO
29 Sep 2024 | 14:16
İran Nəsrullaha görə BMT-yə çağırış etdi
29 Sep 2024 | 14:08
Bu aktyor Namiq Qaraçuxurlunun qardaşı imiş - VİDEO
29 Sep 2024 | 14:00
Pulunuzun oğurlanmasını istəmirsizsə, bunları etməyin!
29 Sep 2024 | 13:54
“Deyirdi ki, ana, təsəvvür etmirəm, nə vaxtsa sən olmayacaqsan, insanın ölümündən reklam qazanmazlar”- Rəhimin anası göz yaşı tökdü-ÖZƏL+MÜSAHİBƏ
29 Sep 2024 | 13:45
Renkanın tədbirdə paltarı yandı - FOTO
29 Sep 2024 | 13:37
Sürücülərə XƏBƏRDARLIQ
29 Sep 2024 | 13:29
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - İTTİHAM
29 Sep 2024 | 13:18
İsrail Livanda quru əməliyyatına hazırlaşır
29 Sep 2024 | 13:10
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür
29 Sep 2024 | 13:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
29 Sep 2024 | 12:56
Nikah pozulmadan belə aliment almaq olur - VİDEO
29 Sep 2024 | 12:48
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - SƏBƏBLƏR
29 Sep 2024 | 12:40
“İkinci Ay”ın Yerə yaxınlaşması ilə bağlı şayiələr təkzib edildi
29 Sep 2024 | 12:33
Cazibədar aktrisaya 25 milyonluq TƏKLİF
29 Sep 2024 | 12:25
Sabahın hava proqnozu açıqlandı
29 Sep 2024 | 12:18
İsrail ABŞ-a son anda məlumat verib, Ostin qəzəblənib
29 Sep 2024 | 12:10
“iPhone 16 Pro Max” betonun üzərinə düşərsə, nə baş verər? - VİDEO
29 Sep 2024 | 12:00
Bakıda avtomobilin bir neçə gün əvvəl vurduğu 3 yaşlı uşaq ÖLÜB
29 Sep 2024 | 11:46
Gözlərin altındakı torbaları aradan qaldırmağın təsirli yolları
29 Sep 2024 | 11:39
Ukrayna dronları Volqoqradda İran raketlərinin saxlanıla biləcəyi sursat anbarını da vurdu...
29 Sep 2024 | 11:39
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
29 Sep 2024 | 11:38
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
29 Sep 2024 | 11:30
Mövqelərimiz yenidən atəşə tutuldu
29 Sep 2024 | 11:23
9 nəfəri daşqın apardı
29 Sep 2024 | 11:15
İsrailin növbəti planı məlum oldu
29 Sep 2024 | 11:08
Tualetdə meyit tapıldı, təyyarə təcili eniş etdi
29 Sep 2024 | 10:57
Ronaldo işçi axtarır, vakansiya elan etdi - Bu qədər məvacib verəcək
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 10:46
NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlayacağı TARİX BƏLLİ OLDU
29 Sep 2024 | 10:39
Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
GÜNLÜK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
29 Sep 2024 | 08:40
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 06:47
Kompüterdə işləyərkən gözləri belə qorumaq lazımdır
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 08:51
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
29 Sep 2024 | 08:40
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 06:47
Kompüterdə işləyərkən gözləri belə qorumaq lazımdır
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 08:51
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?