“Əgər 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı olmasaydı, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə yarımçıq qalacaqdı”.
Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki, Vətən müharibəsindən sonra bri neçə rayon hələ də düşmən işğalı altında qalmışdı ki, bu torpaqların azad edilməsi, suverenliyimizin bərpası zəruri idi:
“Müharibədən sonra dörd rayonumuz – Xankəndi, Xocalı Xocavənd və Ağdərə ermənilərin nəzarəti altında idi. Bu rayonlarda isə 15 min nəfərə qədər terrorist qalmışdı. Bu, Azərbaycan üçün ciddi problemlər yaradacaqdı. 44 günlük Vətən müharibəsi nəticəsində bizim ərazi bütövlüyümüz bərpa olunmuşdu, amma suverenliyimiz bərpa olunmamışdı. Azərbaycanın bu əməliyyatı keçirmək üçün cəmi bir gün vaxtı var idi. Çünki bu əməliyyat 24 saat ərzində tamamlanmasaydı, o zaman Azərbaycanın məsələsi BMT-nin Təhlükəsizlik Şurasına çıxacaqdı.
Azərbaycan Ordusu bunu bacardı. Biz 24 saatdan az bir vaxtda ərazimizi terrorçulardan təmizlədi. Ermənilər birmənalı şəkildə təslim oldu. Buna görə də cənab Prezidentin bugünkü sərəncamı ilə 20 sentyabr tarixi “Dövlət Suverenliyi Günü” elan edildi.
Əminliklə deyə bilərik ki, antiterror əməliyyatı Azərbaycanın hərb tarixində şanlı səhifələrdən biridir və bu əməlyyat bizim siyasi nüfuzumun artmasına böyük töhfə verdi”.
Seymur ƏLİYEV