Rusiya işğalçı qüvvələri bu yaxınlarda Donetsk vilayətinin Toretsk şəhərində kiçik uğurlar əldə edib, həmçinin Donetskdən cənub-qərbə və Vodyanoyenin şimalına doğru irəliləyib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun ("ISW") analitikləri bildiriblər.
Sentyabrın 18-nə olan geolokasiya kadrlarından aydın olur ki, işğalçılar Toretskayanın şərq hissəsindəki Tsentralnaya küçəsi ilə irəliləyiblər. Bundan əlavə, rusiyalı blogerlər şəhərin şərq kənarlarında daha da şimala və qərbə doğru irəlilədiklərini iddia edirlər. Həmçinin, bir "hərbi müxbir" işğalçıların Toretskin cənub-şərqindəki meşəlik ərazilərdə irəlilədiyini iddia edib. Ancaq "ISW" bunun təsdiqini tapmayıb.
Rusiya işğalçıları sentyabrın 17-də və 18-də Daçnı bölgəsində, Nelipovka və Nyu-York, Aleksandropol və Toretsk yaxınlığında Şerbinovka istiqamətində, habelə Vremennıy Yar yaxınlığında, Stupoçek, Belaya Qora və Kleşçiyevkada hücum əməliyyatlarını davam etdiriblər, lakin təsdiq edilmiş uğurları əldə etməyiblər.
Bildirilib ki, işğalçılar Pokrovskdan cənub-şərq və şərq istiqamətində irəliləməyə davam ediblər. Lakin buna heç bir təsdiq yoxdur. Rusiyalı blogerlər və qondarma “hərbi müxbirlər” rus qoşunlarının Qrodovka daxilində Juravka çayı ilə qərbə və bu kəndin şimal hissəsində, həmçinin Selidovoyenin şimal-şərq hissəsindəki Qoqol küçəsinə və Qornyakın şimal kənarına doğru irəlilədiklərini bildiriblər.
Bundan əlavə, başqa bir rusiyalı bloger sentyabrın 18-də iddia etməyə davam edib ki, rus qoşunları Qrodovkanı ələ keçiriblər və şəhəri təmizləyirlər. Bununla belə, "ISW" Rusiyanın bu iddialarının heç bir təsdiqini tapmayıb.
Sentyabrın 17-də Rusiya işğalçıları Novoaleksandrovka, Novotoretskoye, Zelyonoye Pole, Vozdvijenka, Qrodovka, Krasnıy Yar, Novoqrodovka, Orlovka, Selidovoye, Mixaylovka, Nikolayevka, Marinovka, Jelane Pervoye, Ukrainskoye və Tsukurinoye ərazilərində hücum əməliyyatlarını davam etdiriblər.
Xəbər verdiyimiz kimi, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj Rusiya Federasiyasının yaxın gələcəkdə Pokrovski ələ keçirə biləcəyini dəyərləndirib. İşğalçılar bütün gücləri ilə şəhərə girməyə çalışır, eyni zamanda Pokrovsk istiqamətində ehtiyat qüvvələr də çəkirlər.
S.Laçın