"Amerika raketlərinin Rusiya ərazisinin dərinliyinə buraxılması ilə qarşılıqlı nüvə zərbələri arasında bir addım da qalmayıb, biz bu həddə heç vaxt indikindən yaxın olmamışıq..."
"Bu münaqişənin deeskalasiyasının zamanı yetişib, bu, ölkəmizin mübahisə etdiyi istənilən siyasi məsələdən daha vacibdir..."
Trampın ətrafı hesab edir ki, onun ikinci dəfə prezident olmasını gözləməyə zaman yoxdur və Bayden və Harrisdən Rusiya ilə danışıqlara başlamağı tələb edir.
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri yazıb.
Amerikalı hüquqşünas oğul Robert Kennedi və atası Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədin oğlu Donald Tramp "The Hill" nəşrində köşə yazısı ilə çıxış edərək Vaşinqton və Moskva arasında birbaşa danışıqlara başlamağı tələb edib.
Məqalədə onlar Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putinin Ukraynaya Amerikanın uzaqvuran raketləri ilə Rusiya ərazisinə zərbələrə icazə verilməsinin, guya, NATO ölkələrinin müharibədə birbaşa iştirakı demək olacağı barədə bəyanatını xatırıadıb.
Onların fikrincə, Putinin blef etməsini deyən və onun Kursk vilayətində Ukraynanın hücumuna münasibətini nümunə çəkən analitiklər "yanlış olaraq təmkinliyi zəiflik kimi qəbul edir". Müəlliflər təcavüzkar ölkəni şablon olaraq qıcıqlandırılan ayı ilə müqayisə edib.
Analitiklərin strategiyası, guya, bundan ibarətdir ki, belə "ayını" beş dəfə qıcıqlandırandan sonra altıncı dəfə bu, təhlükəsiz ola bilər, oğul Kennedi və oğul Tramp yazıb. Lakin, onların fikrincə, "belə strategiya ayının dişləri olmasaydı ağıllı ola bilərdi". İki siyasətçi belə dişlər deyəndə nüvə silahını nəzərdə tutub.
Onlar Con Kennedinin bu sözlərindən iqtibas gətirir ki, nüvə dövlətləri qarşıdurmaya getməməlidir, çünki bunlar düşməni seçim qarşısında qoyur: "ya aşağılayıcı halda geri çəkilmək, ya da nüvə müharibəsi törətmək". Onlar ABŞ-ın 35-ci prezidentinin bu məsləhətinə ciddi yanaşmağa çağırıb.
Müəlliflər bəyan edib ki, üzdəniraq "nüvə toyuğu" oyunu "çox dərinə gedib", onun prinsipi bundan ibarətdir ki, hər bir oyunçu üçün ən yaxşı variant onun rəqibinin güzəştə getməsidir, lakin onların hər biri qürur hissinə və "cücə" olmamaq istəyinə görə bu addıma getmir, eyni zamanda, iştirakçılardan hər biri digərinə rişxənd edir. Nəhayət, kimsə güzəştə gedirsə, münaqişənin qarşısını almaq mümkün olur, oyunun özü isə bitir.
"Amerika raketlərinin Rusiya ərazisinin dərinliyinə buraxılması ilə qarşılıqlı nüvə zərbələri arasında bir addım da qalmayıb. Biz bu həddə heç vaxt indikindən yaxın olmamışıq. Nəyin naminə? Rusiyanı zəiflətmək üçün? Ukraynanın faydalı qazıntılarına nəzarət etmək üçün? Burada Amerikanın bircə həyatı vacib maraqları da dayanmayıb".
İki siyasətçi ABŞ-ın "qlobal dominantlıq etməsi haqqında" qeyri-mühafizəkar fantaziyası naminə nüvə müharibəsi riskini ağılsızlıq adlandırıb. Onlar həmçinin Rusiyanın Avropanın digər ölkələrinə soxula biləcəyi barədə fikrə skeptik yanaşıb, çünku Rusiya "Ukraynanın bir neçə vilayətini güc-bəla ilə qopara bilir", bunlar isə heç vəchlə Avropanın böyük dövlətlərinə aid deyil".
Onlar hesab edir ki, Rusiya əvvəlcədən müharibədə öz məqsədlərini dəqiq müəyyən edib, bunlar Ukraynanın neytrallığı və NATO-nun şərqə doğru genişlənməsinin qarşısının alınmasıdır". Lakin onlar bu tələblərin icra ediıəcəyi təqdirdə Rusiyanı münaqişənin yayılmasından nəyin çəkindirməli olacağını dəqiqləşdirməyib.
"Bu münaqişənin deeskalasiyasının zamanı yetişib. Bu, bizim ölkənin mübahisə etdiyi istənilən siyasi məsələdən daha vacibdir. Nüvə müharibəsi bəşəriyyətin, bəlkə də insan növünün sonu demək olacaq. ABŞ-ın sabiq prezidenti Donald Tramp bu müharibəyə son qoyacağını vəd edib, lakin o, vəzifəsinə başlayanda, çox gec ola bilər. Biz elə indi Bayden və Harrisdən özlərinin ağılsız hərbi planından imtina etməyi və Moskva ilə birbaşa danışıqlara başlamağı tələb etməliyik", - onlar əlavə edib.