Avropada koronavirusun yeni, daha yoluxucu ştammı yayılıb
Ekskluziv
2278
18 Sep 2024 | 22:23

Avropada koronavirusun yeni, daha yoluxucu ştammı yayılıb

"Bu ştamm virusun strukturlarında mutasiya edir, bu da onun insan hücüyrələrinə daxil olmaq qabuliyyətini artırır və tez bir zamanda yayılmasına gətirib çıxarır..."
 
"Omicron"-dan olan XES  variantı dominantııq edən ştamm ola bilər...
 
Avropada sürətlə yayılan koronavirusun yeni ştammı əvvəlki variantlardan daha yoluxucudur. Mütəxəssislərin fikrincə, "Omicron"un varisi olan yeni XES yarımvariantı tezliklə Avropa qitəsində dominantlıq edən ştamma çevrilə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Daily Express" nəşri yazıb.
 
"COVİD-19"-un yeni ştammı haqqında bəlli olanlar
 
XES ştammı "Omicron"un KS.1.1 (FLİRT) və KP.3.3. iki yarımvariantlarının hibrididir. Bu ştammın unikal xüsusiyyəti vurusun strukturlarında mutasiya etməsidir, bu da onun insan hüceyrələrinə daxil olmaq qabiliyyətini artırır və tez bir zamanda yayılmasına gətirib çıxarır.
 
Ekspertlərin dəyərləndirmələrinə görə, XES ştammı hələ ki, yenicə yayılır, lakin yaxın həftələr və aylarda virusun dövr edən variantları arasında aparıcı olacaq.
 
Bu variant ilk dəfı iyunun 15-də Almaniyada aşkar edilib və hazırda soyuqlar düşdükcə xəstələnənlərin sayının kəskin artacağı təhlükəsi gözlənilir.
 
Bu əlamətləri görməzdən gəlmək olmaz
 
Yeni XES ştammının əsas əlamətləri soyuqdəymə və qripin əlamətlərinə oxşayır:
 
- Təngnəfəslik
- Yüksək hərarət 
- Daimi öskürək
- Qoxu və dadbilmə hissinin itirilməsi
- Güclü yorğunluq və ya tükənmə 
 
Əksəriyyət insanların bir neçə həftə ərzində sağalmasına rəğmən, bəzilərində xəstəlik daha uzun müddət davam edə və fəsadlarla müşayiət edilə bilər.
 
"COVİD-19"-un profilaktikası üzrə məsləhətlər
 
Yoluxma riskini azaltmaq və xəsətələnməmək üçün bir neçə sadə, amma səmərəli tədbirlərə riayət etmək vacibdir:
 
- İctimai yerlərdə, xüsusilə qapalı və çox adam olan yerlərdə maska taxın;
 
- Müntəzəm olaraq əllərinizi sabunla yuyun və ya tərkibində ən azı 60 faiz spirt olan antiseptikdən istifadə edin;
 
- Xəstə insanlarla yaxın təmaslardan çəkinin və sosial distansiyanı gözləməyə çalışın;
 
- İmmunitetinizi möhkəmləndirin, bunun üçün daha çox meyvə-tərəvəz yeyin, vitaminlər qəbul edin, fəal həyat tərzi sərgiləyin;
 
- Virus hissəciklərinin havada miqdarını aşağı salmaq üçün otaqların havasını xüsusilə ilin soyuq mövsümündə dəyişin;
 
- Həkimlərin tövsiyələrinə əməl edin və fəsadları minimuma endirmək üçün zəruri olduqda "COVİD-19"-a qarşı peyvənd olunun.
 
Bundan öncə xəbər verilib ki, alimlər bəşəriyyətin yeni pandemiyaya hazırlaşmalı olduğunu bəyan edib. Çünki yeni patogenlərin meydana çıxması və yayılması labüddür.
Link kopyalandı!
Son xəbərlər