"Bu hücum İsrailin kəşfiyyat xidmətləri tərəfindən "Hizbullah"la gözlənilən müharibədə düşməni iflic etmək məqsədilə həyata keçirilib..."
Ərdoğan Livan rəhbərliyinə başsağlığı verib və İsrailin işğalçı rejiminin təcavüzünə müqavimət göstərilməsi üzrə səylərin davam etdiriləcəyini bəyan edib
Livanın "Hizbullah" yaraqlılarına misli görünməyən "peycer" hücumu, görsənir ki, dünyada çaxnaşmaya səbəb olub.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Hərbçilər, diplomatlar, məmurlar və jurnalistlər minlərlə rabitə qurğularının sinxron partlayışını necə və nədən məhz indi təşkil edilməsinin mümkün olduğunu anlamağa cəhd edir.
O cümlədən Amerikanın "Axios" qəzeti israilli məmura istinadən yazıb ki, İsrailin kəşfiyyat xidmətləri düşməni güman edilən tammiqyaslı müharibədə iflic etmək məqsədilə gözlənilməz ilk zərbə qismində Livanın "Hizbullah" qruplaşması sıralarına "atılan" minalanmış peycerlərdən istifadə etməyi planlaşdırıb.
Nəşrin digər həmsöhbəti, Amerikanın üç nəfər rəsmi şəxsi bəyan edib ki, günü-gündən müharibə təxirə salındığından İsrail çərşənbə axşamı, sentyabrın 17-də onun "Hizbullah" üzvlərinin partlayış təhlükəli qadjetlərlə təmin edilməsi üzrə məxfi əməliyyatının qruplaşma tərəfindən üstünün açıla biləcəyindən ehtiyat edərək peycerləri partlatmaq qərarına gəlib. "Bu, "istifadə et və ya itir" məqamı olub", - nəşrin mənbələrindən biri deyib.
Qeyd edək ki, İsrail bu hücumu şərh etmir və məsuliyyəti öz üzərinə götürmür. Qurğuya qoyulan partlayıcı maddə haqqında məlumat sübut edilən fakt kimi deyil, güman kimi yayılır. Daha bir versiya İsrail xüsusi xidmət orqanlarının peyceri sındırması və litium batareyasının qızmasını törətməsi, nəticədə onun detonasiya etməsindən ibarətdir.
Buna baxmayaraq, bu gün Misirdə səfərdə olan ABŞ Dövlət katini Entoni Blinkenin vurğuladığı kimi, ilk növbədə dünən Livanda nə baş verdiyini aydınlaşdırmaq lazımdır.
Bu arada isə peycerlərin partlayış dalğasından həlak olanların sayı 12 nəfərə çatıb. Təxminən dörd minə yaxın insanda bədənin müxtəlif hissələrinin amputasiyasına və ciddi zədələnmələrə gətirib çıxaran müxtəlif dərəcəli yaralar var.
İran Qırmızı Ayparanın könüllülər dəstəsini ölkədə terror hücumu qurbanlarına yardım göstərilməsi üçün Livana göndərib.
"Hizbullah" bu hücüma görə İsraili ittiham edib və qisas alacağını vəd edib. Ekspert və analitiklərinin fikrincə, Livanda peycer partlayışı Livan-İsrail sərhəddində münaqişənin bundan sonra eskalasiya riskini artırıb.
Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın baş naziri Nəcib Mikatiyə zəng edərək bütün Livan boyunca peycer qurğularının partlayışları ilə bağlı başsağlığı verib. Bu barədə Türkiyənin "İhlas" informasiya agentliyi yazıb.
Ərdoğan hücum nəticəsində qurbanlar və yaralılarla bağlı dərin kədərini ifadə edib. O, həmçinin həlak olanların ailələrinə başsağlığı verib və yaralılara tezliklə sağalmasını arzulayıb.
Prezident İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verir ki, Ərdoğan münaqişənin regiona yaymaq cəhdlərinin son dərəcə təhlükəli olduğunu vurğulayıb. O, əmin edib ki, bu hücuma görə məsuliyyət daşıyan İsrailin işğalçı rejiminin təcavüzünə müqavimət göstərilməsi üzrə səylər davam etdiriləcək".