Yəhudi hərbi ekspert Livanda peycerlərin partladılmasının bəzi təfərrüatlarını açıqladı...
Ekskluziv
3506
18 Sep 2024 | 08:35

Yəhudi hərbi ekspert Livanda peycerlərin partladılmasının bəzi təfərrüatlarını açıqladı...

Hərbi analitik "Hizbullah" yaraqlılarına qarşı əməliyyata kimin cavabdeh olduğunu açıqlayıb...
 
Hərbi analitik Yossi Yehoşua Livanda "Hizbullah" yaraqlılarının rabitə avadanlığına - peycerlərə hücumu və bu zaman 3 mindən çox yaraqlının yaralanmasına münasibət bildirib. O, həmçinin əməliyyata hazırlıq və onun İrana potensial təsiri ilə bağlı yeni təfərrüatları açıqlayıb.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə "I24News" məlumat yayıb
 
Yehoşua vurğulayıb ki, "Hizbullah" terrorçularına zərbə endirmək təşkilatdan əhəmiyyətli reaksiya tələb edəcək və bu situasiya hələ bitmək üzrə deyil.
 
“"Hizbullah"a bu zərbə onlardan güclü cavab tələb edir, İsrail bu fürsətdən istifadə etməli və təşkilata növbəti zərbə endirməlidir”, - deyə ekspert vurğulayıb.
 
O əlavə edib ki, ilkin məlumatlara görə, iki kəşfiyyat təşkilatı İranı istehsal sistemlərinin aşkar edilmiş zəifliyi səbəbindən çətin vəziyyətə salan əməliyyat həyata keçirib. O, İsrailin növbəti addımlar atmaq üçün bu şansdan istifadə etməli olduğunu vurğulayıb.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər