Alimlər həyat və ölümün hüdudlarından kənarda
Ekskluziv
2131
18 Sep 2024 | 00:17

Alimlər həyat və ölümün hüdudlarından kənarda "üçüncü halı" aşkar edib

"Bu tədqiqat hüquqi ölümə yenidən baxmağa və həyatın fizioloji sərhədləri barədə təsəvvür yaratmağa imkan verir..."
 
Tədqiqat qrupu həmçinin heyvanların hüceyrələrini üçüncü hala gətirə biləcək "tədqiq edilməyən sərhədlərə" ehyam vurur...
 
Alimlər bəyan edib ki, həyat və ölümün hüdudlarından kənarda "üçüncü halı" aşkar edib, burada ölü orqanizmin hüceyrələri onun ölməsindən sonra da fəaliyyət göstərməkdə davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "mirror.co.uk" nəşri yazıb.
 
Sietldəki Vaşinqton Universitetindən professor Piter Noubl və Kaliforniya ştatında Duartedəki "City of Hope" Milli Tibb Mərkəzindən Aleks Pojitkovun rəhbərliyi ilə aparılan yeni tədqiqat "Physiology" jurnalında dərc edilib.
 
Müəyyən edilib ki, orqanizmin ölümündən sonra onun hüceyrələri öz həyatı tsikli ərzində olmayan yeni imkanlar əldə edir.
 
Əgər yeni eksperimentlər onların üçüncü hala keçə bildiyini göstərsələr, bu, hüquqi ölümə yenidən baxılmasına səbəb ola bilər, tədqiqatçılar hesab edir.
 
"Həyat və ölümə ənənəvi olaraq əksliklər kimi baxılır. Lakin ölü orqanizmdən həyatın çoxhüceyrəli formalarının yaranması "üçüncü hal" deməkdir və bu hal həyat və ölümün ənənəvi sərhədlərindən kənarda yerləşir. 
 
Müəyyən hüceyrələr qida maddələri, oksigen, bioelektrik və ya bioloji siqnallarla təmin edildikdə ölümdən sonra yeni funksiyaları olan çoxhüceyrəli orqanizmə çevrilmə qabiliyyətinə malikdir", - məqalədə deyilir.
 
Komanda hüceyrələrin orqanizmin ölümündən sonra yeni formalarda mövcud ola bilmək qabiliyyətini öyrənən tədqiqatların icmalını aparıb.
 
"Üçüncü halda" hüceyrələrin necə fəaliyyət göstərməsi müəmmalı olaraq qalır, lakin mümkün izahlardan biri ondan ibarətdir ki, "elektrik zəncirlərin" gizli sistemi mövcuddur və o, nəticə etibarilə hüceyrələri reanimasiya edir.
 
Komanda əlavə edib: "Hipiotezlərdən biri bundan ibarətdir ki, hüceyrələrin xarici membranlarına yeridilən xüsusiləşdirilmiş kanallar və nasoslar mürəkkəb eleltrik zənciridir.
 
Bu kanallar və nasoslar elektrik siqnalları generasiya edir, onlar da hüceyrələrə bir-birilə ünsiyyətdə olmağa və inkişaf və hərəkət kimi spesifik funksiyaları icra etməyə imkan verir, bununla da onların əmələ gətirdiyi orqanizmin strukturunu formalaşdırır".
 
Aldadıcı "üçüncü halda" hüceyrələrin necə mövcud olmasına bir neçə amil, məsələn, yaş, sağlamlıq vəziyyəti, cins və növ mənsubluğu təsir edir. Tədqiqat qrupu həmçinin öz növbəsində heyvanların hüceyrələrini "üçüncü hala" gətirə biləcək "tədqiq edilməyən sərhədlərə" eyham vurur. 
 
"Bu tədqiqat regenerativ təbabətin transformasiyası potensialına malikdir, embriogenezdə tədqiqatlara paralel olaraq hüquqi ölümə yenidən baxmağa və həyatın fizioloji sərhədləri barədə təsəvvür yaratmağa imkan verir.
Link kopyalandı!
Son xəbərlər