Rusiyalılar hərbi əsirləri orta əsrlər metodları ilə qətlə yetirir
Ekskluziv
1572
17 Sep 2024 | 21:20

Rusiyalılar hərbi əsirləri orta əsrlər metodları ilə qətlə yetirir

"Barbarlığın və qanasusamağın həddi-hüdudu yoxdur..."
 
Sosial şəbəkələrdə sinəsinə qılınc sancılaraq qətlə yetirilən ukraynalı hərbi qulluqçunun fotoşəkilləri yayılıb. Qılıncın görünən hissəsində "Kursk uğrunda" sözləri yazılıb. Qətlə yetirilənin biləklərində skoçla əllərinin bağlandığının izləri görünür.
 
Moderator.az xəbər verir ki, bu barədə "tribun.com.ua" nəşri yazıb.
 
"X" sosial şəbəkəsinin istifadəçiləri, sonradan "BBC Verify" xidməti fotoşəkillərin çəkildiyi yerin geoloji təhlilini apararaq onların bu yaxınlarda Ukraynanın Donetsk vilayətinin Pokrovka rayonunun Novoqrodovka şəhərində çəkildiyini müəyyən edib.
 
Donetsk Vilayət Prokurorluğu həlak olanın bulanıq təsvirini dərc edib və müharibə qanunları və adətlərinin pozulması və qəsdən adamöldürmə faktı ilə tədqiqata başlayıb.
 
Ukrayna Ali Radasının insan haqları üzrə müvəkkili Dmitri Lubinets  məlumat verib ki, silahsız hərbi əsirin qətli ilə bağlı  BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.
 
"Növbəti hərbi cinayət törədilib, rusiyalılar silahsız ukraynalı hərbi əsirin əllərini skoçla bağlayaraq edam edib. Barbarlığın və qanasusamağın həddi-hüdudu yoxdur", - ombudsmen qeyd edib.
 
Lubinets vurğulayıb ki, belə hərəkətlər hərbi əsirlərlə davranış haqqında Jenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.
 
"Belə nümayişkaranə edamlar Ukrayna cəmiyyətinin mənəvi cəhətdən sarsıdılmasına yönəlib. Lakin belə hərəkətlər təcavüzkara qarşı mübarizədə bizi daha da qətiyyətli olmağa sövq etməlidir", - Lubinets deyib.
 
Sentyabrın əvvəlində CNN telekanalı cəbhədə çəkilən iki videonu dərc edib, iddia edilib ki, bu videolarda rusiyalı hərbçilər Ukrayna Silahlı Qüvvələrinin əsir düşən əsgərlərini güllələyir. Videolardan biri Pokrovkada, digəri isə Zaporojye vilayətində çəkilib.
 
Avqust ayında rusiyalı hərbçilər Belqorod vilayətində USQ-nin uğursuz hücum etdiyi "Kolotilovka" nəzarət-buraxılış məntəqəsində dəhşətli videoçarx dərc edib. Orada çubuğa keçirilən ukraynalı hərbi qulluqçunun başı bədənindən ayrılıb.
 
Ukrayna Baş Prokuroru Andrey Kostin telekanala deyib ki, müharibə başlanandan 62 ukraynalı hərbçisinin həlak olduğu 28 belə insident araşdırılıb.
 
Link kopyalandı!
Son xəbərlər