"Qütb şəfəqi" kosmik missiyası insanın son 50 ildə olduğundan daha yüksəkliyə, 1400, 7 km hündürlüyə qalxaraq tarixə düşüb..."
"Space X" şirkətinin "Polaris Dawn" ("Qütb şəfəqi") kosmik gəmisinin ekipajı Yer orbitində beş günlük uçuşunu başa çatdıraraq evə dönüb.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, dörd astronavtın olduğu kapsul Florida ştatının "Dray Tortuqas" sahillərində bazar günü, sentyabrın 15-də Şərqi Avropa vaxtı ilə saat 03:37-də Yerə eniş edib.
"Qütb şəfəqi" kosmik missiyası insanın son 50 ildə olduğundan daha yüksəkliyə, 1400, 7 km hündürlüyə qalxaraq tarixə düşüb.
Sentyabrın 12-də dörd ekipaj üzvündən ikisi-Cared Ayzekman və Sara Cillis "Space X" şirkətinin işləyib hazırladığı yeni skafandrlarda açıq kosmosa çıxıb.
Lakin Yerə qayıdış istənilən kosmik missyanın ən təhlükəli mərhələlərindən biridir, CNN qeyd edir.
"Yerə uğurla eniş etmək üçün "Crew Dragon" kapsulu "orbitdən çıxaraq", Yer atmosferinin ən sıx hissəsini keçməyə hazırlaşıb. Daha sonra kosmik gəmi havaya təzyiq və sürtünmə səbəbindən fövqəladə yüksək hərarətə, Selsi üzrə 1900 dərəcəyə çatıb və saatda 27 min km sürətlə hərəkət edib.
Bu zaman ekipaj "Cerw Dragon"-un kapsulunun dərinliyində yerləşən istilik ekranı ilə müdafiə olunan komfort hərarətdə qalıb. "Crew Dragon" enişi daha da ləngidən paraşütlərini açmazdan öncə havanın müqaviməti aparatı yavaşımağa başlayıb.
Okeana düşərək, kosmik gəmi bir müddət suda yırğalanıb, bundan sonra yaxınlıqda gözləyən xiladedicilər onu xüsusi "Əjdaha yuvası" qayığına çıxarıb. Orada ekipaj kapsuldan çıxaraq quruya geri dönməzdən öncə son təhlükəsizlik yoxlaması keçirilib", - CNN astronavtların Yerə enişini belə təsvir edib.
"Polaris Dawn" ekipajının tərkibinə missiyanın komandiri, milyardçı və "Shift-4 Payments" maliyyə şirkətinin baş direktoru Cared Ayzekman, onun yaxın dostu və ABŞ Hərbi-Hava Qüvvələrinin sabiq pilotu Skott Potit, habelə "Space X"-in istismar üzrə mühəndisləri Anna Menon və Sara Cillis daxildir.
Missiya sentyabrın 10-da start görürüb. Ekipaj kosmos və radiasiyanın insan sağlamlığına təsirinə həsr edilən 36 elmi eksperiment keçirib.