Ekskluziv
1566
14 Sep 2024 | 20:37

"Putin nüvə silahını tətbiq edə bilməyəcək, çünki..."

"Putin özü qorxduğu üçün nüvə silahı ilə təhdid edir..."
 
Qərb silahı ilə Rusiyanın dərinliklərinə zərbələr Rusiya rejiminin hərbi məğlubiyyətini sürətləndirəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurası yanında Dezinformasiyaya Müqavimət Mərkəzinin rəhbəri Andrey Kovalenko bəyan edib. Məlumatı "comments.ua" nəşri yayıb.
 
Putin nüvə silahını tətbiq edə bilməyəcək, çünki Rusiyanın asılı olduğu başlıca güclər olan Çin və Hindistan bunun əleyhinədir, Kovalenko qeyd edib.
"Rusiyalıların Qərbin əleyhinə istifadə etdiyi yeganə taktika nüvə silahı və birbaşa hərbi münaqişə ilə qorxutmaqdır. Qərb Putin rejiminə ciddi şəkildə mane olan uğurlu qərar həyata keçirə bildiyi zaman Rusiya həmişə belə davranır. Amma bunlar yalnız sözlərdir. Putin nüvə silahını tətbiq edə bilməyəcək, çünki Rusiyanın asılı olduğu başlıca güclər olan Çin və Hindistan bunun əleyhinədir", - o, qeyd edib.
 
Onun fikrincə, Qərb silahı ilə Rusiyanın dərinliklərinə zərbələr rejimin hərbi məğlubiyyətini sürətləndirəcək və Putini sülhə sövq edəcək.
 
"Belə qərarın olmaması NATO ölkələrində mümkün müharibəni yaxınlaşdıracaq, bir neçə ildən sonra Rusiyanın Baltikyanıda təcavüzü ehtimalını artıracaq", - Kovalenko buna əmindir.
 
O, əlavə edib ki, Putin özü qorxduğundan nüvə silahı ilə təhdid edir. "İndi həlledici məqamdır. O, nüvə silahını tətbiq etməyəcək və bunu hamı gözəl bilir. O, sadəcə, cəmiyyətə təsir etməyə cəhd göstərir".
Link kopyalandı!
Son xəbərlər