Ömürlük ipoteka ödəyək, yoxsa kirayə qalaq? - AÇIQLAMA
1870
14 Sep 2024 | 14:17

Ömürlük ipoteka ödəyək, yoxsa kirayə qalaq? - AÇIQLAMA

İnsanın ən böyük arzularından biri ev sahibi olmaqdır. Günümüzdə hər kəs çalışır ki, özünə aid bir evi olsun. Amma yüksək qiymətlərə görə bəzən hər kəsin birdəfəlik ödənişlə ev almaq imkanı olmur. Bu insanlar kirayədə yaşamaq və ipoteka ilə ev sahibi olmaq arasında seçim etməkdə çətinlik çəkirlər. Bəzən isə kredit və ipoteka ilə ev almağın məşəqqətli olduğunu deyərək ömrünün sonuna qədər kirayə yaşamağa üstünlük verirlər. Bəs görəsən kirayə qalmaqmı, yoxsa ömürlük ipotekanın ağır şərtlərinə razı olmaqmı? 
 
Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Moderator.az-a danışıb. 
 
 
“Azərbaycanda genetik olaraq hər bir şəxs maksimum çalışır ki, ev sahibi olsun. Yəni insanlara nəzər salsaq ömürlərinin sonuna qədər işləyib bir-iki ev, torpaq qeyri -yaşayış obyekti almağa çalışıb, büdcəyə uyğun olaraq bütün yatırımlarını bu sahəyə yönəldirlər. Və bu səbəbdən də hər kəs çalışır ki, kirayə qalmasın ev sahibi olsun. Biz xarici ölkələrin əmlak praktikalarına nəzər salsaq görərik ki, orada insanlar daha çox kirayə yaşayır. Çünki insanların aldıqları əməkhaqqı onların kirayə pulunu ödəməyə və daha yaxşı bir həyat yaşamağına bəs edir. 
 
Azərbaycanda isə 90-cı illərdən bu günə qədər baş verən bütün proseslərə nəzər salsaq daha doğrusu 88-ci ildən Qərbi Azərbaycandan gələnlər,  daha sonra 90-larda sovet ittifaqı dağıldı,işsizlik, zavod, fabrik kolxoz,zavxozlar bağlanıldı. Hər kəs Bakı və böyük şəhərlərə axını etdi. Daha sonra birinci Qarabağ müharibəsi səbəbindən yüz minlərlə insan paytaxt Bakıya axın etdil. Beləliklə də əsas iş yerlərinin böyük hissəsi paytaxt Bakı şəhərində formalaşdığına görə burada yaşayan insanlar maksimum çalışırlar ki, ev sahibi olsunlar. Biz əlavə olaraq mənzillərin kirayə pullarına nəzər salsaq hal-hazırda ölkədə minimal əmək haqqı üçün 345 manatdırsa amma paytaxtın mərkəzə yaxın olan ərazilərində bir otaqlı kirayə mənzillər artıq üç yüz əlli -dörd yüz manatdan başlayır.Yəni bir insan minimal əmək haqqı bir otaqlı kirayə mənzildən daha azdır. Bu baxımdan kirayə pulları ilə insanların qazancı üst-üstə düşmədiyinə görə maksimum çalışırlar ki, ev sahibi olsunlar və gələcəkdə uzun illər kredit ödəsələr də öz övladlarına bu yükü qoymasınlar. Övladları heç olmasa rahat şəkildə həmin evdə həmin əmlakda yaşaya bilsin. Təbii ki bir qisim insanlar kütləvi surətdə əmlak alırlar, bir qisim insanlar isə kirayələrdən qurtulmağa çalışırlar. Kreditlərə biz nəzər salsaq ipoteka kreditləri,güzəştli ipotekalar illik dörd faizlə, dövlət ipotekası 8 faizdir.  Amma bəzi tikinti şirkətləri daxili kreditlə mənzillər satır ki, bank daxili kreditlərdə bu təxminən 10-15% arası dəyişir.Bu da təbii ki yəni ümumən 20 illik kredit götürürsənsə,25 illik kreditlə mənzil alırsansa 15 faizli ipotekada evin pulunu artıq dəfələrlə ödəmiş olursan. Bu baxımdan ipoteka şərtləri ölkəmizdə ağırdır. İnkişaf etmiş ölkələrdə maksimum mənzillərlə bağlı ipoteka kreditlərinin faiz dərəcəsini ən minimuma salırlar ki,  insanların ev problemləri aradan qalxsın,sosial problemlər aradan qalxdıqca insanlar əlavə pullarını iqtisadiyyatın digər sahələrinə yatırırlar.Yəni az kredit ödəyir,yerdə qalan pulu hər hansısa bir belə deyək ərzağa, geyimə, sahələrə xərcləməklə bu da iqtisadiyyatın digər sahələrinin inkişafına gətirib çıxarır. Amma təəssüflər olsun ki bizdə bu tendensiya tam əksinə dövr edir”.
Link kopyalandı!
Son xəbərlər