Ekskluziv
1960
13 Sep 2024 | 16:13

"Qəzza bölgəsi iqtisadi cəhətdən viran qoyulub" - UNCTAD

 
"İsrailin uzunmüddətli işğalı Fələstin Muxtariyyətinin dayanıqlı iqtisadi inkişafı yolunda başlıca maneə olaraq qalır..."
 
"Bölgə ərazisində müəssisələrin 82 faizi, kənd təsərrüfatı aktivlərinin 96 faizi məhv edilib..."
 
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) sentyabrın 12-də dərc edilən məruzəsində İsrailin işğal etdiyi Fələstin ərazilərində, o cümlədən Qəzza bölgəsində HƏMAS-la müharibə müddətində iqtisadi fəallığın misli görünməyən dərəcədə aşağı düşdüyü bəyan edilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "finance.rambler.ru" nəşri məlumat yayıb.
 
BMT Baş Assambleyasının bu orqanının məlumatına görə, müəssisələrin 82 faizi, kənd təsərrüfatı aktivlərinin 96 faizi zərər çəkib və ya məhv edilib.
 
Sənəddə deyilir ki, söhbət iqtisadi tənəzzülün və iqtisadi fəallığın misli görünməmiş səviyyədə aşağı düşməsinin heyrət doğuran miqyasından gedir, bunlar 2008, 2012, 2014 və 2021-ci illərdəki qarşıdurmaların nəticələrini geridə qoyub.
 
"2024-cü ilin əvvəlində Qəzzanın o cümlədən irriqasiya sistemləri, heyvandarlıq fermaları, bağlar, texnika və anbarlar da daxil olmaqla kənd təsərrüfatı aktivlərinin 80-96 faizi məhv edilib, bu da regionda ərzaq istehsalının potensialına ziyan vurub və onsuz da mövcud olmayan ərzaq təhlükəsizliyini daha da pisləşdirib", - sənəddə deyilir.
 
"Dağıntılar həmçinin Qəzza iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan müəssisələrin 82 faizini əhatə edib, onlar zərər çəkib və ya məhv edilib".
 
Konfrans ekspertlərinin dəyərləndirməsinə görə, İsrailin hərbi əməliyyatı "misli görünməyən şok törədərək", Fələstin iqtisadiyyatını Şərqi Qüds də daxil olmaqla bütün işğal edilən ərazilərdə sarsıdıb.
 
Qəzza bölgəsində ümümi daxili məhsul (ÜDM) 2023-cü ilin dördüncü rübündə 81 faiz azalaraq bütün il üçün 22 faiz azalmaya səbəb olub. 2024-cü ilin ortalarında Qəzza iqtisadiyyatı 2022-ci ilin səviyyəsinin altıda bir hissəsi qədər azalıb.
 
İordan çayının Qərb sahilində də iqtisadiyyat tənəzzülə uğrayıb, məruzədə deyilir. Bu, ticarət, turizm və nəqliyyatı əhatə edib. Adambaşına ÜDM 4, 5 faiz azalıb, bu da həyat səviyyəsinin və ev təsərrüfatlarının gəlirlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsini göstərir. 
 
İudeya və Samariyanın ərəb yaşayış məskənlərindəki bazarlarda əmək şəraiti xeyli pisləşib. Müəssisələrin 96 faizi fəallığın aşağı düşməsi barədə məlumat verib. Ümumilikdə 306 min iş yeri itirilib, nəticədə Qərb sahilində işsizlik səviyyəsi 12, 9 faizdən 32 faizə yüksəlib.
 
Sənədin sonunda vurğulanır ki, uzunmüddətli işğal Fələstin Muxtariyyətinin dayanıqlı iqtisadi inkişafı yolunda başlıca maneə olaraq qalır.
 
Təşkilat beynəlxalq birliyin dərhal və əhəmiyyətli müdaxiləsinə çağırış edir, bunun iqtisadi tənəzzülü dayandıracağı, humanitar böhranı aradan qaldıracağı və möhkəm sülh və inkişafın əsasını qoyacağına ümid edir.
 
Bu plan işğal edilmiş Fələstin ərazilərinin hərtərəfli bərpa planının nəzərdən keçirilməsi, beynəlxalq yardım və dəstəyin artırılması və Qəzzanın blokadadan çıxarılmasını nəzərdə tutur.
Link kopyalandı!
Son xəbərlər