“Fransada islamlaşma gedir, ona görə də ölkədə ermənilərin də sayını artırmaq istəyirlər...”
Ekskluziv
2114
13 Sep 2024 | 16:15

“Fransada islamlaşma gedir, ona görə də ölkədə ermənilərin də sayını artırmaq istəyirlər...”

“Yalnız son bir neçə il ərzində Ermənistandan Fransaya 18 mindən artıq ailə köçüb. Bu köçmənin həcmi elə, az qala, Qarabağdan köçmüş ermənilərin sayına bərabərdir. Odur ki, ermənilərin Qarabağa qayıtması qeyri-mümkündür...”
 
“Fransa Senatının üzvü, Fransa-Ermənistan  dostluğu qrupunun rəhbəri Jilber-Luk Devinaz Ermənistana səfərinə bu sözlərlə başlayıb: “Ermənistanla Azərbaycan arasında  müharibə hələ bitməmişdir”. Zənnimcə, bunu yalnız Ermənistanla-Azərbaycan arasında müharibənin qızışdırılmasına yönəldilmiş addım kimi qiymətləndirmək olar. Bu, doğrudan da müharibəyə çağırışdır, ancaq senator səviyyəsində. Bu çağırış dövlət səviyyəsində deyil.  Bu cür  çağırışlar hələ çox olacaq. Bununla  belə, Ermənistan –Azərbaycan arasında sülh müqaviləsi bağlanacaq. Hətta ABŞ da onun bağlanılmasında maraqlıdır. Bu maraq ondan irəli gəlir ki, Zəngəzur dəhlizi işləsə, İranla Ermənistanın əlaqələri kəsiləcək və İran Ermənistan vasitəsi ilə yüklərini başqa ölkələrə çatdıra  bilməyəcək”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli ifadə edib. 
 
“Əgər hadisələr belə cərəyan edəcəksə, bəs nə üçün  Fransadan bu cür çağırışlar edirlər?” sualına həmsöhbətimiz belə cavab verib:
 
“Fransanın  Ermənistanla bağlı müəyyən maraqları var. Gəlin bu mövqedən məsələyə yanaşaq. Deyəsən Fransa tərəfi də SSRİ rəhbəri M.Qorbaçov kimi, xalqlar arasında  nifaq salmaqla Rusiyanın demoqrafiya məsələlərini həll etmək istəyir. Yadınıza SSRİ-də gedən və bu günə qədər davam edən millətlərarası konfliktlərin mahiyyətini salın. Bütün konfliktlərin arxasında bir məqsəd dururdu: Rusiyanın boş qalmış  şəhər, qəsəbələrini insanla təmin etmək, işçi  çatışmamazlığını aradan qaldırmaq. Bu saat Rusiyada Qafqaz respublikalarından köçmüş on milyona qədər  əhali var. Bura başqa respublikaları da əlavə etsəniz, az olmaz... 
 
Fransanın da  demoqrafiya  problemi var. Ancaq təkcə demoqrafiya deyil,  Fransada islamlaşma  prosesi gedir. Bu çox ciddi prosesdir. Belə getsə, 10-15 ildən sonra  Fransa müsəlman dövlətinə çevriləcək. Bu prosesi dayandırmaq üçün Fransa şovinistləri erməniləri canına qorxu salıb, Fransada xristianların, o cümlədən ermənilərin sayını artırmaq istəyirlər. Yalnız son bir neçə il ərzində Ermənistandan Fransaya 18 mindən artıq ailə köçüb. Bu köçmənin həcmi elə, az qala, Qarabağdan köçmüş ermənilərin sayına bərabərdir. Odur ki, ermənilərin Qarabağa qayıtması qeyri-mümkündür, çünki, onlar üçün Vətən harda çörək var, oradır. Fransada onların yaşayış səviyyəsi digər ölkələrdəkindən üstündür”
 
“Bəs Fransa senatorunun  dediklərinə nə üçün regional  dövlətlər cavab vermirlər?”  sualını isə analitik  bu cür cavablandırıb:
 
“Çünki  senatorların müharibə  çağırışının arxasında  Fransa dövləti durmur. Fransanın Ermənistan tərəfində müharibə aparacağı haqda danışmaq da gülüncdür. Azərbaycan tərəfi bilir ki, tezliklə bağlanılacaq sülh sazişi 10 noyabr 2020-ci il tarixli üştərəfli razılaşma əsasında gözlənilir. Bu sazişin qarantı isə Rusiya dövlətidir. Fransanın və ya başqa ölkənin qarant kimi çıxış etməsi Rusiyaya qarşı zərbədir. Fərz edək ki, ABŞ bu sazişin qarantıdır. Belə olduğu halda Rusiya Qafqazdan uzaqlaşdırılmalıdır. Buna isə inanmaq mümkün deyil. Bundan əlavə, əgər qarant kimi  ABŞ çixiş etsə, Iran buna qarşı çıxacaq və Ermənistana qarşı ciddi tədbirlər görəcək... 
 
İran-Azərbaycan arasındakı Zəngəzurla bağlı məsələləri də  Rusiya həll etməlidir, çünki Zəngəzuru 10 noybar razılaşmasına görə Rusiya sərhədçiləri qorumalıdırlar. Fransanın atılıb düşməsi heç bir regional dövlətlərin vecinə deyil. Ermənistanın isə əhalisinin Fransaya  köçmə prosesi güclənəcək. Belə getsə, Ermənistanda adam qalmayacaq...”
 
Link kopyalandı!
Son xəbərlər