"Uşaqlar biz böyüklərə "Bu müharibə nə zaman bitəcək?" sualını verən zaman ətraf dünya hələ də yuxudadır..."
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin gedişində uşaqlar özlərinə uyğun olmayan sınaqlara məruz qalır.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 12-də birinci xanım və centlmenlərin dördüncü sammitində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
"Ən dəhşətlisi artıq az qala üç ilə yaxın davam edən tammiqyaslı müharibə səbəbindən ailələrin ayrılması, ata və ya ananın olmamasıdır.
Fevralın 24-dən sonra doğulan uşaqlarımız artıq yeriməyi öyrənib, danışmağı öyrənib. Təssüf ki, müharibə onlara "həyəcan", "hücum", "raketlər", "atəş", "zərbələr", " təhlükə" sözlərini öyrədib. Bunlar uşaqlara aid olmayan sınaqlardır", - Zelenski deyib.
Prezident qeyd edib ki, ukraynalı uşaqlar uşaqlara xas olmayan suallar verir və onlardan bir neçəsini misal çəkib.
"Nə olub, yenə uçub gəlirlər?", "Bəs nə zaman küçəyə çıxmaq olar?", "Bu düşmən raketidir, yoxsa bizim hava hücumundan müdafiəmizdir?", "Niyə Tanrı gəlib Putini aparmır və cəzalandırmır?".
Ən vacib sual isə "Bu müharibə nə zaman bitəcək?" sualıdır. Bu, Ukraynada hər bir uşağın verdiyi sualdır. Təkrar edirəm, hər bir uşağın. Və bu sual bizim hamımıza, yer üzərində bütün böyüklərə ünvanlanıb", - o, vurğulayıb.
Zelenski bəyan edib ki, məhz Putin Ukraynaya müharibə gətirib. "Dünənki uşaqlar bu gün doğma torpağını müdafiə edən və canlarını qurban verən döyüşçülərdir. Kimsə məktəbdə olub, kimsə universitetə qəbul olunub, hər birinin uşaqlığı, həyatlarının bir hissəsi əllərindən alınıb.
Əgər şər dərhal yerində oturulmazsa, belə olur, əgər dünya illər boyunca "qırmızı xətləri" düşünürsə, diplomatik yollar axrararaq qeyri-diplomatik yolla illərlə insanlar qətlə yetirilir, yandırılır, zorlanırsa, məhz belə olur. İllərlə ilhaqlar, müharibələr törədilirsə, özlərinə lazım olan müddətdə onlar həyata keçirilirsə, belə olur, bunu bundan sonra da davam edəcəklər. Hələlik ətraf dünya yuxudadır", - o, deyib.
Zelenski həmçinin bu yaxınlardakı Bilik Gününü də xatırladıb. "Bu, yeni tədris ilinin başlanğıcıdır. Lakin mühüribə ölkəmizə və uşaqlarımıza başqa bilikləri verib. Bu biliklərə planetdə heç bir uşaq yiyələnməməlidir.
İlk dərsə həyəcan siqnalının səsləri altında getmək, təkcə dili, riyaziyyatı deyil, həm də sığınacağa aparan qısa yolu öyrənmək, yad ölkədə, yad dildə onlayn təlimə alışmaq da çox çətindir", - o, bəyan edib.
Qeyd edək ki, birinci xanım və centlmenlərin dördüncü sammiti sentyabrın 12-də baş tutub. Onun mövzusu "Uşaqların müdafiəsi: təhlükəsiz gələcəyin zəmanətləri" olub.
Birinci xanım və centlmenlərin ilk sammiti 2021-ci il avqustun 23-də keçirilib. O, postkovid dünyasından sonra yeni gerçəklikdə birinci xanım və centlmenlərin "yumşaq gücünün" roluna həsr edilib.
İkinci sammit 2022-ci il iyulun 23-də keçirilib, Rusiya təcavüzündən əzab çəkən Ukraynanın bərpasına həsr edilib.
Üçüncü sammit 2023-cü il sentyabrın 6-da keçirilib, başlıca mövzusu mental sağlamlıq olub, sammitin yekunları olaraq ölkələr arasında tibbi tərəfdaşlıq şəbəkəsinin əsası qoyulub.