Ukraynanın ölümcül
Ekskluziv
1975
13 Sep 2024 | 07:34

Ukraynanın ölümcül "drakon" dronları Rusiya işğalçılarını gizləndikləri yerdə yandırır...-VİDEO

Yeni tip PUA işğalçıların gizləndiyi meşə sahələrinə termit qarışığı püskürür...
 
Ukrayna Silahlı Qüvvələrinin 3-cü hücum briqadası (3-cü ixtisaslaşdırılmış briqada) Xarkov vilayətində Rusiya qoşunlarına qarşı yeni ölümcül "drakon"(“əjdaha”) pilotsuz uçan aparatın necə istifadə edildiyini, düşmənin gizləndiyi bütöv ağaclıqları yandırdığını nümayiş etdirib.
 
Moderator.az xəbər verir ki, bu haqda “UNİAN” məlumat yayıb.
 
Briqadanın ruslara qarşı yeni tipli PUA-dan istifadə etməsinin ilk görüntüləri ilə yayımlanan videonun başlığında deyilir: "Bu, şər Vyetnam üslubunda nou-haudur". Qeyd olunur ki, bu yeni dron yandırıcı qarışıq püskürür və düşmən mövqelərini, döyüş sursatı yüklərini və işğalçılar tərəfindən zəbt olunmuş bütün yaşıl rəngli maskalanmış məkanları məhv etməyə qadirdir.
 
"Bu, layk- zərbə alovlu qisas və yaxşı qovrulmuş düşmən piyadası qoxusu verir", - deyə briqada əlavə edib.
 
“Defence News”un məlumatına görə, ekspertlər hesab edirlər ki, bu cür silahlardan istifadənin iki məqsədi var: onlar düşmən mövqelərini aşkar etmək və işğalçı qoşunlar arasında vahimə yaratmaq üçün ucuz vasitə rolunu oynayır...
 
Mütəxəssislərin sözlərinə görə, termit sursatının istifadəsi qadağan edilmir. Cenevrə Konvensiyalarına görə, düşmən hərbçilərin yox, mülki insanların yaşadığı ərazilərin qəsdən yandırıcı silahlarla hədəf alınması müharibə cinayətidir.

 

P.S. Ancaq Ukraynanın Rusiyanın işğalı səbəbindən öz ərazisindəki yaşıllıqları və oradakı digər canlıları, həşəratları, heyvanları, quşları da məhv etməyə məcbur olması da ürək ağrıdır...
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər