Qlobal istiləşmə səbəbindən Avropa dənizlərində mirvari yetişdiriləcək
Ekskluziv
1618
12 Sep 2024 | 23:34

Qlobal istiləşmə səbəbindən Avropa dənizlərində mirvari yetişdiriləcək

"İtalyan fermerləri mirvari yetişdirməkdən qazanc əldə etməyə can atır..."
 
"Dünyada mirvari istehsalının illik dövriyyəsi 11 milyard dollar təşkil edir..."
 
Avropa dənizlərində tarixdə ilk dəfə olaraq mirvari yetişdirilə bilər, axı, dəniz ilbizləri ilə məşğul olan italyan fermerləri Aralıq dənizinin tez istiləşməsindən yaranan imkandan yararlanmaq istəyir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The İndependent" nəşri yazıb.
 
2023-cü ilin sonunda Qırmızı dənizdə olan "Pinctada radiata" mirvari dəniz iblizinin ilk nüsxələri İtaliyanın şimal-qərb sahilində, Genuyadan təxminən 100 km aralıda turist zonasında aşkar edilib.
 
Artıq bir ildən az müddətdən sonra onlar həmişə Aralıq dənizində olan ən soyuq sularda çoxalacaq, bunlar əsasən dəniz ilbizlərinin bəzək əşyaları deyil, qida üçün istifadə edilən digər növləri ilə assosiasiya edilir. 
 
"Biz burada yetişdirilən mirvarinin istehsal edilmə imkanını öyrənirik", - bunu bu regionda 2011-ci ildən qida dəniz ilbizinin yetişdirilməsi ilə məşğul olan kooperativin sədri Paolo Barrella vurğulayıb.
 
O, qeyd edib ki, qrup artıq Meksikada mirvari ilbizlərini yetişdirən fermerlərlə əlaqə saxlayıb istehsal texnologiyaları üzrə məsləhətlər alıb.
 
"Pinctada radiata" Siciliya adası ətrafında 1970-ci illərdən üzə çıxıb, lakin yalnız son onillikdə o, şimala, İtaliyanın qərb hissəsini əhatə edən soyuq Tirren və Liquriya dənizlərinə tərəf yerdəyişmə edib", - bunu Messina Universitetinin ekologiya professoru Salvatore Cakobbe deyib.
 
Nəşr qeyd edib ki, bu növ iqlim dəyişikliyi səbəbindən Aralıq dənizinə düşən bir sıra yad istisu növlərindən sonuncusudur.
 
Eyni zamanda İtaliyanın İSPRA Tədqiqatlar və Ətraf Mühit İnstitutunun alımi Manuela Falatuano deyir ki, belə meyl son onilliklərdə artmaqdadır.
 
Qeyd edilir ki, bu növlərdən bəziləri aqressivdir və kövrək ekoloji sistemləri dağıdır. Bəzi hallarda, məsələn, xallı şişkin balıq və xərçəng-balıq həmçinin insanlar üçün təhlükəlidir.
 
Falautano əmib edib ki, Cənubi Avropanı Afrika və Yaxın Şərqdən ayıran 2, 5 milyon kv. km sahəsi olan məkan dünya dənizləri üçün orta rəqəmlərdən daha tez isinir.
 
"The İndependent" dəqiqləşdirib ki, mirvari istehsalının illik dövriyyəsi 11milyard dollardır, ona görə də dəniz ilbizlərini yetişdirən italyan fermerləri bundan qazanc əldə etmək istəyir.
 
O cumlədən, 30 il ərzində mirvari idxalı ilə məşğul olan Adriano Cenizi qeyd edir ki, "Radiata" diametri 5-9 mm olan və boz, çəhrayı və yaşıl rənglərə çalan ağ rəngli "Akoya" yapon mirvarilərinə bənzəyən mirvarilər istehsal edə bilər.
 
Cenizi deyir ki, hər şey yaxşı alınarsa, təxminən bir ildən sonra ilk mirvariləri toplamaq mümkün olacaq.
Link kopyalandı!
Son xəbərlər