1927
12 Sep 2024 | 16:58

"İsrail Qəzza bölgəsində beynəlxalq humanitar hüququ kobud şəkildə pozur" - BMT baş katibi

 
"Ötən ilin oktyabrın əvvəlindən Qəzzada humanitar təşkilatların təxminən 300 əməkdaşı həlak olub, onların üçdə iki hissəsi BMT əməkdaşlarıdır..."
 
İsrailin Qəzza bölgəsində yerləşən və insanların sığınacağına çevrilən məktəbə endirdiyi zərbələr nəticəsində daha altı həmkarımız həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Fələstin qaçqınlarına yardım üzrə Yaxın Şərq Agentliyinin Baş komissarı Filippe Lazarini Nuseyratda təşkilatın daha altı əməkdaşının ölümünə münasibət bildirərkən məlumat verib. Məlumatı "bbc.com" nəşri yayıb.
 
Məlumatda deyilir ki, İsrailin HƏMAS-la müharibəsi başlanandan Fələstin qaçqınlarına yardım və işlərin təşkili üçün BMT-nin Yaxın Şərq agentliyinin (bundan sonra Agentlik; ingiliscə UNRWA- United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East) ən azı 200 əməkdaşı həlak olub.
 
Qeyd edilir ki, həlak olanlar "məktəbdə sığınacaq tapan insanlara dəstək göstərib" və vurğulayıb ki, "hər gün sonsuz sayda və mənasız qətllər" törədilir.
 
"Nə qədər ki, cəzasızlıq mühiti hökm sürür, beynəlxalq humanitar hüquq və Jenevrə konvensiyaları daha az əhəmiyyətli olacaq", - Lazarini bəyan edib.
 
İsrail Müdafiə ordusunun Qəzza bölgəsinin mərkəzi hissəsinə endirdiyi zərbələrə BMT baş katibi Antoniu Quterriş də kəskin münasibət bildirib. Onun sözlərinə görə, Qəzzada baş verənlər qəbulediməzdir".
 
"Bu gün 12 min insan üçün sığınacağa çevrilən məktəb İsrailin zərbələrinə məruz qalıb. Həlak olanlar arasında bizim altı nəfər həmkarımız da var. Beynəlxalq humanitar yardımın belə kobud pozuntularına dərhal son qoyulmalıdır", - Quterriş çağırış edib.
 
Bundan başqa, "Reuters" agentliiyi ilə söhbətində BMT baş katibi vurğulayıb ki, İsrail tərəfindən "beynəlxalq humanitar hüququn son dərəcə ciddi pozuntularına yol verilib və mülki əhalinin səmərəli şəkildə müdafiəsi tamamilə olmayıb".
 
Onun məlumatına görə, ötən ilin oktyabrın əvvəlindən Qəzzada humanitar təşkilatların təxminən 300 əməkdaşı həlak olub, onların üçdə iki hissəsi BMT əməkdaşlarıdır. Quterriş "səmərəli tədqiqat aparılması və günahkarların məsuliyyətə cəlb edilməsinə" çağırış edib.
Link kopyalandı!
Son xəbərlər