Ekskluziv
2088
12 Sep 2024 | 14:13

"ABŞ-ın "şikəst" strategiyası Ukraynanı əldən salır, Rusiyanı daha da gücləndirir" - "Foreign Policy"

 
"Eskalasiyanın idarə edilməsi Rusiyanı məğlub etmək iqtidarında deyil, bunun əvəzinə təcavüzkarın hərb maşınını daha təhlükəli edir..."
 
Məhdudiyyətlərlə "əl-qolu bağlı olan" Ukrayna qan çanağında boğulduğu halda, Rusiya öz qüsurlarını aradan qaldıraraq daha səmərəli döyüşməyi öyrənir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb.
 
ABŞ prezidenti Co Bayden administrasiyası, görünür, Rusiya-Ukrayna müharibəsinin cari miqyasda maksimal olaraq saxlamaq və onun genişlənməsinə imkan verməmək yolunu tutub. Lakin bu strategiya yeni təhlükələr və risklər törədir, həmçinin Ukrayna üçün əlavə itkilərə səbəb olur, nəşr yazıb.
 
"Müharibənin Ukrayna sərhədlərindən kənara çıxmasına və ya nüvə silahının tətbiqinədək inkişaf etməsinə imkan verməmək- Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə Bayden administrasiyasının münasibəti belə olub", - nəşr yazıb və bunun aydın əlamətlərini sadalayıb.
 
Vaşinqtonon güclü ehtiyatlılığı, sadəcə, NATO-nun Rusiya ilə birbaşa toqquşmadan yan keçmək qərarından xeyli uzağa gedib. Kiyevə daha güclü düşmənlə mübarizə üçün lazım olan tam silahlar spektrini vermək əvəzinə, silah tədarükündə daimi lənğimələr baş verir ki, bunu silahın əlçatan olması və ya ukraynalılara bu silahlardan istifadə edilməsinə təlim keçilməsi kimi texniki amillərlə izah etmək mümkün deyil.
 
Maraqlıdır ki, Vaşinqton Ukraynaya təkcə öz silahına deyil, həm də müttəfiqlərinin köməyinə məhdudiyyətlər qoyub. Məsələn, London və Paris "Storm Shadow" raketlərindən Rusiya ərazisinə zərbələr endirməyə icazə versə də, sonucda ABŞ bunu qadağan edir.
 
Şərqi Avropa ölkələri Rusiyanı daha yaxşı tanıdığından Vaşinqtonu "eskalasiyanı idarə etməkdə" ardıcıl olaraq tənqid edir. Üstəlik, Ukrayna dronları ilə Rusiyaya zərbələr və Kursk vilayətinə yerüstü müdaxiıənin üçüncü dünya savaşına səbəb olmaması da göz önündədir.
 
"Vaşinqtonun "şikəst" strategiyası Ukraynanı yan keçilə biləcək təhlükələrə və itkilərə məruz qoyur ki, bunlar da müharibənin bütün nəticəsi üçün təhlükə törədir", - nəşr yazıb.
 
ABŞ diqqətini müharibənin quru qoşunlarla aparılan tərkib hissəsinə yönəldib, amma nəzərə almır ki, hava müharibəsi müharibənin gedişi və bitməsi ssenariləri üçün həlledici əhəmiyyətə malikdir. Bunu Rusiyanın hava limanlarına zərbələr endirməyə icazənin verilməməsi sübut edir.
 
Bütövlükdə, Vaşinqtonun strategiyası Ukraynaya təkcə ağrılı itkilərə məruz qoymur, həm də Rusiyaya öz qüsurlarını düzəltmək və daha səmərəli döyüşməyi öyrənmək üçün zaman verir.
 
 "Eskalasiyanın idarə edilməsi Rusiyanı məğlub etmək iqtidarında deyil, bunun əvəzinə təcacüzkarın hərb maşınını daha təhlükəli edir", - nəşr yazıb.
Link kopyalandı!
Son xəbərlər