Ekskluziv
1931
12 Sep 2024 | 12:37

"ABŞ və Böyük Britaniya Rusiyaya zərbələrə qadağanı götürmədi" - "Politico"

 
"Ukraynanın Blinkenlə Lemminin səfərinə olan ümidləri özünü doğrultmadı, lakin hər iki ölkə cəbhədə qış kampaniyası ərəfəsində Ukraynaya yeni yardım paketi barədə elan edib..."
 
ABŞ və Böyük Britaniyanın yüksək vəzifəli diplomatlarının Kiyevə səfəri zamanı Rusiya ərazisinə zərbələrə qadağanın götürüləcəyinə olan ümidlər özünü doğrultmadı.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Məlumatda deyilir ki, ABŞ Dövlət katibi və Böyük Britaniya XİN rəhbəri Kiyevə səfəri zamanı həqiqətən böyük yardım paketi gətirib və Ukraynaya dəstəyi davam etdirəcəklərini vəd edib.
 
Blinken deyib ki, "biz bu gün döyüş meydanında vəziyyəti, Ukraynanın məqsədlərini, uğur üçün ehtiyaclarını müzakirə etmişik. Mən bu müzakirələri Vaşinqtonda davam etdirəcəyəm. Bizim rəhbərlərimiz bunu cümə günü görüş zamanı
müzakirə edəcək".
 
Ağ Ev Ukraynanın Amerika və Britaniya istehsalı olan silahla Rusiyanın daxilinə zərbələr endirilə biləcək ərazilərin genişləndirilməsi imkanını nəzərdən keçirir, rəsmi şəxslər məlumat verib.
 
Ukrayna silah qadağasının aradan götürülməsinə təkid edir, çünki Rusiyanın raket, bomba və dronlarından bu silahların saxlanıldığı və buraxıldığı hava limanları və bazalarını vura bilmədiyindən müdafiə oluna bilmir. Lakin Kiyevin müttəfiqləri Kreml üçün "qırmızı xətlərin" keçiləcəyi və müharibənin eskalasyasından ehtiyat edir.
 
Qərb silahının bundan sonra da Ukraynaya tədarük edilməsi "nəzarət edilməyən eskalasiya təhlükəsi törədir", bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova xəbərdarlıq edib. Lakin Blinken qeyd edib ki, əslində eskalasiyanı Ukraynaya zərbələrini genişləndirən Rusiya lideri Vladimir Putin törədir.
 
ABŞ və Böyük Britaniya Ukraynaya hərtərəfli yardım göstərməkdə davam edəcək. Blinken səfər zamanı yeni iqtisadi və humanitar yardıma 717 milyon dollar, Lemmi isə hərbi, iqtisadi və humanitar yardıma 780 milyon dollar ayrılması barədə elan edib.
 
Qərb müttəfiqləri Rusiyanın "qırmızı xətlərinin" keçiləcəyindən ehtiyat etdiyi zaman, Kiyev müntəzəm olaraq özünün uzaqvuran silahı ilə Rusiyanı hücuma məruz qoyur.
 
Cərşənbə günü Ukraynadan şimalda iki min km məsafədə yerləşən Murmansk arktik şəhərinin Ukrayna dronlarının hücumundan sonra iki hava limanı bağlanıb. Bir gün öncə isə Ukrayna Rusiyanın daxilindəki digər hədəflərə hücum edib.
Link kopyalandı!
Son xəbərlər