Ekskluziv
2032
12 Sep 2024 | 00:41

"Tbilisi Maydanı" : Gürcüstan çaşqınlıq içindədir" - "Financial Times"

"Seçkilər yaxınlaşdıqca, Gürcüstanda böhrandan yan keçməyin mümkün olmayacağı daha aydın olur, Qərb buna hazırlaşmalıdır..."
 
Seçkilər ərəfəsində Gürcüstanda vəziyyət gərgindir. 
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" nəşri yazıb.
 
Hökumət əleyhinə çıxışlar vüsət alır, müəllif açıq şəkildə bəyan edir ki, müxalifət hər şeyi öz nəzarətinə götürməlidir. Aydındır ki, "rəngli inqilab" ehtimalı getdikcə artır, deyəsən, böhran qaçılmazdır.
 
Gürcüstan çaşqınlıq içindədir. Gələn ay keçiriləcək seçkilər ərəfəsində hakim "Gürcü arzusu" partiyasının bir çox əleyhdarları hesab edir ki, bu partiya hakimiyyətini saxlamaq üçün hər şeyə gedəcək. Rusiya liderləri artıq seçkilərdən sonra zorən "razvyazkanı" proqnozlaşdırır. 
 
Avroatlantika strukturlarına inteqrasiyadan bir çox illərdən sonra Gürsüstanın faktiki lideri Bidzina İvanişvili hakimiyyətin onun və regionların rəhbərləri timsalında məsləkdaşlarının əlindən çıxdığını hiss edərək yolundan dönüb.
 
Hazırda Gürcüstan haradasa Qərblə Rusiya-BRIKS dünyası arasında neytral ərazidədir, lakin Qərb liderləri Gürcüstanda tammiqyaslı böhranın baş verəcəyi halda plan hazırlamalıdır.
 
Tbilisidə vəziyyət gərgindir. Bəzilərinə bu vəziyyət 2012-ci ildə Binzina İvanişvilinin Mixail Saakaşviliyə qalib gəldiyi parlament seçkilərini xatırladır. Saakaşvili hakimiyyətə 2004-cü ildə gəlib, hakimiyyətinin ilk dörd ili nikbinlik və tərəqqi ilə dolu olub. 2008-ci ildə Rusiyanın hərbi təcavüzü və dünya maliyyə böhranından sonra onun administrasiyası avtoritarizm, zorakılıq və korrupsiyanın qurbanı olub.
 
Eyni trayektoriya İvanişvili dönəmində də təkrarlanır. Bu ilin yazında on minlərlə insan "xarici agentlər" haqqında qanunun əleyhinə nümayişlərə çıxıb. Hökumət həmçinin LGBT-nin təbliğinə qarşı qanun layihəsi hazırlayır. Bütün bunlar faciədir.
 
Ukraynada müharibə Gürcüstan qarşısında tamamilə gözlənilməz imkan yaradıb, nəticədə ona Avropa İttifaqında namizədlik statusu təklif edilib. İvanişvili, mümkündür ki, gürcülərin əksəriyyətindən fərqli olaraq, heç vaxt belə gözlənilməz hədiyyəni istəməyib.
 
Blokun standartlarına qoşulmaq ölkənin idarəçilik sistemində, o cümlədən məhkəmə sistemində ciddi təmizləməni nəzərdə tutur. Lakin hökumətin bu yaxınlarda davranışı nəticəsində Avropa İttifaqına daxil olmaq prosesi dondurulub, hərçənd, İvanişvili əvvəlkitək 2030-cu ildə Avropa İttifaqında üzvlük vəd edir.
 
Fəallara qarşı təhdidlər və zorakılığa rəğmən, Tbilisidə müxalifət liderləri əmindir ki, hakimiyyəti əllərində saxlayır. İvanişvili isə, onların sözlərinə görə, hakimiyyətini itirib.
 
Analitiklər və sosioloqlar güman edir ki, "Gürcü arzusu" partiyası və müxalifətin hər birini seçicilərin təxminən üçdə bir hissəsi dəstəkləyir, qalanlar mövqeyini müəyyən etməyib. Yəni oktyabrda vəziyyət pisləşə bilər.
 
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bəyan edib ki, müxalifətin məğlub olacağı təqdirdə ABŞ  hansısa "Tbilisi Maydanı"na oxşar dövlət çevrilişi planlaşdırır. Bu, cəfəngiyyatdır.
 
Lakin əgər "Gürcü arzusu" qələbə qazana bilməsə, o, qəzəbli nümayişlərə və hətta zorakılığa təhrik edərək qələbəyə iddia edəcək.
Ədalətli qələbə qazanarsa,Tbilisi Qərbdən uzaqlaşmaqda davam edəcək. Əgər məğlub olsa, amma hakimiyyətdə qalmağa cəhd etsə, gürcülər nəzərlərini Qərbə yönəldəcək, bu halda xarici hökumətlərin hərəkətləri həlledici ola bilər.
 
Gürcüstan strateji və beynəlxalq tədqiqatlar Fondunun rəhbəri Eka Metreveli deyir ki, onun ölkəsi hazırda neytrallığa və Rusiyanın təsir sferasına doğru irəliləyir, hərçənd, gürcülərin böyük əksəriyyəti bunu istəmir.
 
Müəllif: Tim Cuda
Link kopyalandı!
Son xəbərlər