“Fightbomber” telegram kanalının yaydığı məlumata görə, Ermənistan hava hücumundan müdafiə sistemlərini Ukraynaya verib. Qeyd edək ki, bura “S-300”, “Buk”, “Osa” və “TOR” zenit-raket kompleksləri daxildir.
Təbii, Ermənistanın bu addımı atmasına səbəb heç də onun işğala məruz qalan Ukrayna xalqına olan sevgisi deyil. İrəvanın bu addımına səbəb onun Rusiyaya duyduğu nifrət hissidir. Hansı ki, bu hiss onu Ukraynaya hərbi yarım göstərməyə sövq edir.
Qərbdəki ağalarının təlimatı ilə bu addımı atan İrəvanln məqsədi, həm də bu yolla böyük qazanca sahib olmaqdır. Belə ki, Qərb bir qayda olaraq rus-sovet silahlarını Ukraynaya verən ölkələrə bunun müqabilində müasir silahar verir ki, Ermənistanın da bu “kampaniyadan” yararlanacağı şübhəsizdir. Əks təqdirdə, özü sürətli silahlanma yolu tutan Ermənistanın Ukraynaya silah verrməsi absurd olardı.
Görünən odur ki, Ermənistan köhnə silahlarını Ukraynaya verməklə, əvəzində Qərbdən bahalı silahlar almaqdadır. Bu isə İrəvanın revanşizmdən əl çəkmədiyini, Qərb silahları ilə yanaşı, həm də Qərb hərbi təlimatçılarını regiona gətirdiyini göstərir. Məqsəd Cənubi Qafqazda yeni gərginlik yaratmaq, sülhü xam xəyallara qurban verməkdir.
Seymur ƏLİYEV