1733
08 Sep 2024 | 15:21

"İsrailin dövlət terrorçuluğuna müqavimət milli məsələdir" - Ərdoğan

"HƏMAS müsəlmanların adından çıxış edir, təkcə Qəzzanı deyil, həm də İslam torpaqlarını, Türkiyəni qoruyur..."
 
İsrailin dövlət terrorçuluğuna müqavimət göstərmək Türkiyə üçün həm dini və mənəvi borc, həm də milli maraqlar məsələsidir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaelidəki İmam Hətib adına təhsil müəssisələri Konqresində çıxışı zamanı bəyan edib. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
 
Türkiyə lideri yenidən İordan çayının Qərb sahilində İsrail hərbçiləri tərəfindən türk mənşəli amerikalı qadın fəal Aişənur Ezgi Eyginin xaincəsinə qətlini xatırladıb.
 
"Bu günədək İsrail Qəzzada 40 min günahsız sakini, o cümlədən 17 min uşağı qətlə yetirib. İsrailin dövlət terrorçuluğuna müqavimət göstərilməsi bizim üçün həm dini və mənəvi borc, həm də milli maraqlar məsələsidir. Əlbəttə ki, bu, milli məsələdir", - o, vurğulayıb.
 
Türkiyə prezidentinin fikrincə, İsrail Qəzzada dayanmayacaq. İsrail bu yolunu davam edərsə, Ramallahın işğalından sonra onun hədəfi digər yerlər olacaq, o, qeyd edib.
 
"Ramallahı fəth edəndən sonra İsrail Suriya və Livan torpaqlarını zəbt etmək istəyəcək. Onlar nəzərlərini həm də bizim Vətənimizə yönəldəcək. Onlar bunu hər xəritədə göstərir. Ona görə də biz deyirik: "HƏMAS müsəlmanların adından çıxış edir". Ona görə də biz deyirik: "HƏMAS təkcə Qəzzanı deyil, o, İslam torpaqlarını, Türkiyəni qoruyur", - Ərdoğan vurğulayıb.
 
O, "İsrailin təkəbbürü və dövlət terrorçuluğunu dayandıran "İslam Ölkələri İttifaqı"nın yaradılmasını təlkif edib.
 
Bundan başqa, Ərdoğan diqqəti Türkiyə və Misirin Fələstin məsələsində səylərinə yönəldib.
 
"Misirin təşəbbüsü ilə başlanan yeni proses Qəzza və Fələstinin rifahına yönəlib. Bu məqamdan etibarən biz Türkiyənin xarici siyasətində manevrlər etmək üçün məkanı genişləndirməklə hər bir addımımızı ən qətiyyətli şəkildə atacağıq", - prezident qeyd edib.
 
Bu zaman o, diqqəti bir qayda olaraq ən böyük hücumlara məruz qalan etiqad və ölkənin dəyərləri olduğuna cəlb edib.
 
"KİV-lər və sosial şəbəkələr cinayətkar niyyətləri olan və bizim etiqadımıza və ölkəmizə hədəflənənlərin əllərində işğal alətinə çevrilib. Bax, bu, təqsirsiz və əyləncəli görünən məzmun bizim etiqadımıza və gənclərimizə hədəflənib", - Türkiyə lideri deyib.
Link kopyalandı!
Son xəbərlər