Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Elariz Məmmədoğlu Moderator.az-a açıqlamasında keçmiş biznesindən danışıb.
“Biznesim var idi. Koronavirus mane oldu. O qədər də böyük zərər olmadı. Yeni biznes üçün məqam gözləyirəm. Hələ nə olacağı sirdir. Amerikada hər bir işə tələbat var. Burada sahibkar yaxud da adi işçi olmağın heç bir fərqi yoxdur. Əsas pul qazanmaqdır. Qazancım haqda soruşurlar, amma bu haqda heç bir açıqlama vermək istəmirəm” deyə müğənni bildirib.
Müğənni Amerikada dil öyrəndiyini də bildirib.
“Hər kəs inglis dilini bilməlidir. Rus dili inglis dilindən 20 dəfə çətindir. Mən də inglislərin məktəbinə gedib dili mənimsədim. Şükür ki, nəticəsi oldu” deyə o bildirib.
“Amerikada müğənni olmaq yaxşıdır yoxsa Azərbaycanda?” sualına müğənni belə cavab verib.
“Mən Azərbaycan türküyəm və Azərbaycanda oxumaq mənim üçün daha maraqlıdır. Çünki Azərbaycanı sevirəm” deyə o bildirib.