Rusiya Ukrayna Ali Radasına dronla hücum edib - FOTO
Ekskluziv
1603
07 Sep 2024 | 12:54

Rusiya Ukrayna Ali Radasına dronla hücum edib - FOTO

 
"Düşmən Ukraynaya 67 "Shahed" dronları buraxıb, onlardan 57-si məhv edilib, heç bir dron hədəfə çatmayıb..."
 
Sentyabrın 7-nə keçən gecə Rusiya Kiyevdə Ukrayna Ali Radasının binasına dron hücumuna cəhd edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə xalq deputatı Maksim Bujanski məlumat verib. Məlumatı "kp.ua" nəşri yayıb. 
 
"Dronla Ali Radanın binasına hücuma cəhd edilib, lakin dron binanın astanasındaca vurulub və məhv edilib", - o qeyd edib.
 
Ali Rada Rusiyanın gecə hücumu nəticəsində parlament binasının yanında vurulan dronun qalıqlarının tapılmasını təsdiq edib. Məlumatda deyilir ki, Ali Radanın binası zərər çəkməyib. 
Sentyabrın 7-də Rusiyanın dron hücumu - Kiyevdə partlayışlar
 
Xatırladaq ki, sentyabrın 7-nə keçən gecə rusiyalı işğalçılar Ukraynaya 67 ədəd "Şahed" dronları ilə hücum edib, ukraynalı döyüşçülər onların 58-ni məhv edib.
 
Düşmən dronları Krımın Çauda burnundan və Rusiyanın Yeysk və Kursk şəhərlərindən buraxılıb. Məlumatda deyilir ki, rusiyalılar Kiyev şəhərinə zərbə dronları ilə hücum edib.
 
Kiyev şəhər hərbi administrasiyası məlumat verib ki, gecə hücumu çox güclü olub, lakin düşmən dronlarından heç biri hədəflərə çatmayıb. 
 
Şəhər hakimiyyəti vurğulayıb ki, şəhərə təhlükə törədən bütün PUA-lar məhv edilib. Xoşbəxtlikdən, qurbanlar və dağıntılar olmayıb.
Link kopyalandı!
Son xəbərlər