Ukraynanın Buça şəhərini rus hücumundan “cadugərlər” qoruyur.
Moderator.az ABŞ hərbi mənbələrinə istinadən xəbər verir ki, Buça şəhərinin müdafiəsinə getdikcə daha çox qadın cəlb edilir ki, onlar da özlərinə məhz bu adı – “Buça cadugərləri” adını seçiblər. Onların özlərinə bu adı verməsində məqsəd şəhərin müdafiəsində iştirak edən qadınların sayına diqqət çəkməklə yanaşı, həm də onun uğurlu müdafiəsində qadınların rolunu nəzərə çatdırmaqdır.
Qeyd edək ki, Buça şəhərinin müdafiəsində iştirak edən qadınların yaşı 27-51 yaş arasında dəyişir. Onlar şəhərin müdafiəsinə cəlb edilməzdən öncə Buça meşələrində təlim keçir, silah-sursatla davranmağı öyrənirlər. Buça cadugərləri əsasən dronların məhv edilməsi əməliyyatı üzrə ixtisaslaşıb.
Seymur ƏLİYEV