“Seçicilərim dairədə "Yenilik Zamanıdır" deyirlər”
Ekskluziv
Oxunub: 1591
29 Aug 2024 | 22:18
“Seçicilərim dairədə
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Nigar Ələsgərova ilə müsahibə
 
Redaksiya mənə deputatlığa namizədlərin birindən müsahibə götürmək tapşırığını verdikdə, dərhal anladım ki, seçim xüsusi olmalıdır. Bu, sadəcə bir namizəd deyil, səmimi maraq oyadan, enerjisi və məqsədlərinə çatmaqda sarsılmaz əzmi ilə heyrətləndirən bir şəxs olmalıdır. Sosial şəbəkələrdəki çoxsaylı seçkiqabağı reklam materallarını araşdırarkən düşündüyüm bir namizəd mənim diqqətimi çəkdi — gənc qadın, üç uşaq anası, uğurlu iş adamı, ictimai fəal və cəmiyyətimizin həyatını yaxşılaşdırmağa yönəlmiş bir çox layihələrin müəllifi və rəhbəri. Onun səmimiliyi, həyata keçirdiyi seçki kampaniyasının qeyri-adiliyi və cəsarəti ona seçicilərinin rəğbətini qazandıra bilmişdi. Qərara gəldim ki, məhz bu maraqlı insan mənim müsahibəmin qəhrəmanı olsun, oxucularımı onunla daha yaxından tanış edim, daxili dünyasını və siyasətə baxışlarını anladım. 
 
- Nigar xanım, ilk olaraq seçkiyə 3 gün qalmış, işinizin gur vaxtında, görüşlərin bir birini əvəz etdiyi bir məqamda mənim xahişimi yerə salmayıb müsahibə verməyə razı olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm. 
 
- Buyurun. Şəxsimə və kampaniyama maraq göstərdiyiniz üçün mən də Sizə təşəkkür edirəm. Bəli, seçkiyə saylı günlər qalıb, cədvəlim gərgindir, amma mətbuat nümayəndələri mənim üçün həmişə önəm kəsb edirlər.
 
- Nigar xanım, internetdəki materiallardan əmin oldum ki, seçiciləriniz Sizi tanıyır və artıq, hətta sevirlər. Dairənizdə ən çox səs toplaya biləcək namizədlərdən biri, bəlkə də birincisisiniz. Bizim mediaresursun oxucuları isə Sizi tanımaq istəyirlər. Nigar Ələsgərovanı qısa olaraq necə təqdim edərdiniz?
 
- 23 sentyabr 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Əslim Qubadlının Hal kəndindəndir, hər iki babam Qubadlıdandır. Mən də özümü Qubadlılı hesab edirəm. Gəncədəki Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Sonra Gəncə Dövlət Universitetinin tarix fakültəsinin bakalavr dərəcəsini almışam. Bundan sonra Türkiyənin qədim universitetlərindən biri olan İstanbul universitetində Biznesin təşkili və idarəolunması üzrə magistr dərəcəsinə yiyələnmişəm. Sonra Londonun İdarəetmə İnstitutunda ixtisasımı artırmışam. Ümumiyyətlə, Azərbaycanda və xaricdə çoxsaylı təlim və seminarlarda iştirak etmişəm. 2009-cu ildən etibarən biznes və ictimai fəaliyyətlə məşğulam. Ailəliyəm, 3 övladım var.
 
- Üç övladınızın olması həm şəxsi, həm də peşəkar həyatınızı necə formalaşdırır? Ana və siyasi lider kimi balansı necə saxlayırsınız?
 
- Əlbəttə, üç övladımın olması həm şəxsi, həm də peşəkar həyatıma əhəmiyyətli dərəcədə təsir edir. Ana olmaq, mənim üçün çox böyük məsuliyyət və sevgi mənbəyidir. Uşaqlarımla keçirdiyim hər an mənim üçün dəyərlidir və bu, həyatımın ən vacib hissəsidir. Bununla belə, bu mənə daha güclü olmağa, hər bir işimdə məsuliyyətli davranmağı öyrədir. Ana və siyasi lider kimi balansı saxlamaq üçün isə zamanımı düzgün bölmək və prioritetlərimi dəqiq müəyyən etmək məcburiyyətindəyəm. Ailəmin rifahını ön planda tutmaqla yanaşı, cəmiyyətin ehtiyaclarını da diqqət mərkəzində saxlamağa çalışıram. Bu balansı saxlamaq üçün daimi dəstək hiss etmək, düzgün planlamanı bacarmaq və qərarlı olmaq vacibdir. Mən hər zaman ailəmin dəstəyini hiss edirəm, bu isə mənə öz peşəkar fəaliyyətimdə daha çox uğur qazanmağa imkan verir.
 
- Uğurdan söhbət düşmüşkən, Sizin üçün uğurun meyarları hansılardır?
 
- Uğur mənim üçün yalnız maddi və ya karyera nailiyyətlərindən ibarət deyil. Mənim üçün uğurun əsas meyarları, cəmiyyətə fayda vermək, insanlara kömək etmək və onların həyatını daha yaxşı etməkdir. Uğur həm də ailədə xoşbəxt və sağlam münasibətləri qoruyub saxlamaq, ətrafımdakı insanların hörmətini və etibarını qazanmaq deməkdir. Ən əsası, mənim üçün uğur, öz prinsiplərimə sadiq qalaraq, qarşıma qoyduğum hədəflərə çatmaqdır.
 
- Hədəflərdən biri də, yəqin ki, seçkilərdə iştirak edib deputat seçilməkdir. Aktiv ictimai xadim, uğurlu biznes xanımını siyasətə sövq edən əsas səbəblər hansılardır?
 
- Doğrudur, seçkilərdə iştirak etmək və deputat seçilmək mənim üçün əsas hədəflərdən biridir. Uğurlu biznes kariyeram və ictimai fəaliyyətim məni daim insanlara kömək etməyə, onların problemlərini həll etməyə yönəltdi. Mən siyasətə qoşularaq, daha geniş miqyasda faydalı ola biləcəyimə inanıram. Qanunvericilik sahəsində dəyişikliklər etmək, insanların səsini eşitdirmək və onların hüquqlarını müdafiə etmək üçün siyasət ən effektiv vasitədir. Əsas məqsədim, yaşadığımız cəmiyyətin inkişaf etmiş və firavan olmasına töhfə verməkdir.
 
- İnternetdə barənizdə araşdırma apararkən oxudum ki, siyasi kumiriniz var və o, Heydər Əliyev idi…
 
- Mən həyatı, siyasəti dərk edəndən, anlayandan bu şəxsə qarşı böyük sevgim olub, ona, demək olar ki, pərəstiş etmişəm, onu dünya səviyyəli bir siyasətçi, lider kimi qəbul etmişəm. Yadımdadır, gənclik yaşlarımda gənclər təşkilatları Heydər Əliyev zirvəsinə yürüş təşkil etmişdilər, və mən, o zirvəni fəth edənlər arasında ən gənc iştirakçılardan biri idim. Sonra, ölkədə Heydər Əliyevin canlı imzasını yaratdıq. Bu layihənin müəllifi mən olmasam da, təşkilini mən həyata keçirdim. Bu layihədən sonra ölkədə canlı flashmob ənənəsi formalaşmağa başladı. Bu kimi layihəni ilk dəfə Türkiyədə Atatürkə həsr etmişdilər, mən də Gəncədə Heydər Əliyevlə bağlı təşkil etdim. Layihə çox maraqlı alınmışdı, hətta BBC onu çəkib nümayiş etmişdi. Bundan başqa Heydər Əliyevə həsr olunan çoxsaylı maarifləndirici layihələr, forumlar həyata keçirmişik, sənədli film çəkmişik. 2023-cü ilin iyul ayında İstanbulda, noyabrında Ankarada, 2024-cü ilin aprel ayında İzmirdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının 100 illiyi münasibətilə Azərbaycan və Türkiyə iş adamlarının iştirakı ilə “İş dünyası 100 ilin zirvəsi” adlı 3 silsilə biznes forum-sərgiləri keçirmişik. Heydər Əliyevin 100 illiyi ilə bağlı Albert Lixanovun “Unudulmaz” kitabını 5000 tirajla çapına və Kitab Mərkəzində təqdimatına sponsorluq etmişik və s. Sual verə bilərsiniz ki, bəs niyə məhz Heydər Əliyev? Cavabım bu olacaq ki, onun liderlik qabiliyyəti, uzaqgörənliyi və xalqına olan xidmətləri hər zaman mənə ilham verib. Heydər Əliyev təkcə Azərbaycanın müstəqilliyini bərpa etməkdə deyil, eyni zamanda ölkəmizi sabitlik və inkişaf yoluna çıxarmaqda mühüm rol oynayıb. Mənim üçün onun əsas dəyərləri – xalqın rifahı, dövlətin gücləndirilməsi və ölkənin inkişafı – siyasətdə əsas məqsədlərimdir. Onun həyat və fəaliyyəti mənim üçün bir nümunədir, və mən də eyni dəyərlərə sadiq qalaraq, ölkəmə xidmət etməyə çalışıram. Onu da qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də müasir dövrün ən uğurlu siyasətçilərindən biridir. Onun uzaqgörən siyasəti, qətiyyətli addımları və xalqın maraqlarını hər şeydən üstün tutması sayəsində Azərbaycanımızın ərazi bütövlüyü bərpa edildi. Bu tarixi nailiyyət, sadəcə olaraq bir torpaq məsələsi deyil, eyni zamanda xalqımızın qürurunun və birliyinin simvoludur. İlham Əliyevin rəhbərliyi altında əldə olunan bu zəfər, ölkəmizin müstəqil və güclü bir dövlət olaraq dünya səhnəsində daha da möhkəmlənməsinə imkan yaratdı. Bu nailiyyətlər isə onun haqqında çox mətləbləri üzə çıxarır: müasir Azərbaycanın dövlət başçısı olaraq İlham Əliyev, milli maraqları və ölkənin inkişafını prioritet olaraq görür, xalqın etimadını layiqincə doğruldur. Mən də bu dəyərlərə sadiq qalaraq, ölkəmə və xalqıma xidmət etməyi həyatımın ən vacib vəzifəsi hesab edirəm.
 
- Nigar xanım, nə zaman özünüzü deputatlığa namizədlik üçün tam hazır hiss etdiniz?
 
- Fəaliyyətimdə uğur qazanmağa başlayanda, nəticələr əldə etdiyimi və bu nəticələrin insanların həyatına müsbət təsir göstərdiyini görən an deputat kürsüsünə hazır olduğumu hiss etdim. Amma, namizədliyimi irəli sürməyə bu hiss bəlkə də kifayət etməzdi, əgər ətrafımdakı insanlar məni buna sövq etməsəydilər. Yaxınlarım, əməkdaşlıq etdiyim şəxslər, layihələrimdən fayda alan qruplar hər zaman, ələlxüsus da, Milli Məclisə növbədənkənar seçkilər elan edildikdən sonra “Onsuz da sən bu işləri görürsən, deputat seçil və daha geniş layihələr icra et, daha çox fayda ver” deməklə namizədliyimi irəli sürmək barədə qərarımı qətiləşdirdilər. Seçki kampaniyam zamanı seçicilərimlə keçirdiyim görüşlərim də onu deməyə əsas verir ki, düzgün qərar vermişəm, və seçicilərimin mənə ehtiyacları var.  
 
- Nigar xanım, seçki platformanızın əsas tezisləri nədən ibarətdir? Sizin dairənin seçicilərinin problemləri platformanızda əhatə olunurmu?
 
- Bizim dairə ən çətin dairələrdən biridir. Belə ki, seçicilərim 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı səbəbindən yaşadıqları evlərini, var-dövlətlərini, mal-qarasını atıb Azərbaycanın müxtəlif ərazilərinə pənah gətirmiş şəxslərdir. Dairəmizdə 64 məntəqə var, və bu məntəqələr Bakı, Sumqayıt, Abşeron, Zəngilan, Gəncə, Şirvan, Sabirabad və digər yaşayış məntəqələrində yerləşir. Buna baxmayaraq, onların hamısının ümumi və həlli vacib əsas problemləri mövcuddur. Mən bu problemləri mühümlük dərəcəsinə görə sistemləşdirib platformamda 5 əsas istiqamət kimi qeyd etmişəm. 
 
Birinci istiqamət - Dövlət qurumları ilə seçicilərim arasında etibarlı və səmərəli körpü qurmaq.
İkinci istiqamət - Zəngilan-Qubadlı seçki dairəsi hüdudları çərçivəsində seçiclərimin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət.
Üçüncü istiqamət - Şəhid ailələrinin, qazilərimizin və müharibə iştirakçılarının problemlərinin həllində yaxından iştirak.
Dördüncü istiqamət - Təhsil məsələlərinə dair təşəbbüslər.
Beşinci istiqamət - Qadın və uşaqların hüquqlarının müdafiəsi. 
 
Əsas tezislər bunlardır, hər istiqamətlə bağlı mütəxəssislərin iştirakı ilə geniş proqram hazırlanacaq, həyata keçirilməsi üçün işçi qruplar yaradılacaq.
 
- Çıxışlarınızın demək olar hamısında uşaq və qadınlara xüsusi yer ayırırsınız. Bu nə ilə bağlıdır və deputat seçildiyiniz təqdirdə bu sahədə hansı işlər görməyi planlaşdırırsınız?
 
- Uşaq və qadınlara xüsusi yer ayırmağımın səbəbi, onların cəmiyyətin ən həssas və eyni zamanda, ən güclü üzvləri olmalarıdır. Uşaqlar bizim gələcəyimizdir, qadınlar isə bu gələcəyi formalaşdıran gücdür. Onların hüquqlarının qorunması, təhsil və sağlamlıq imkanlarının artırılması, sosial və iqtisadi baxımdan dəstəklənməsi mənim üçün çox önəmlidir. Deputat seçildiyim təqdirdə, ilk növbədə uşaq və qadınların hüquqlarını daha da gücləndirən qanunların qəbuluna çalışacağam. Bundan əlavə, onların sosial müdafiəsini təmin etmək üçün daha çox resurs ayrılmasına nail olacağam. Xüsusilə də, qadınların iqtisadi müstəqilliyini artırmaq və uşaqların keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxışını təmin etmək üçün geniş proqramlar hazırlayıb həyata keçirməyi planlaşdırıram. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini də xüsusilə qeyd etmək istərdim. Onun rəhbərliyi altında qadınların və uşaqların rifahı üçün həyata keçirilən layihələr, mənim üçün böyük bir ilham mənbəyidir. Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər, ölkəmizdə humanitar sahədə əhəmiyyətli irəliləyişlərə səbəb olub. Mən də bu xeyirxah işə öz töhfəmi vermək üçün, gələcəyimiz olan uşaqlarımızın və cəmiyyətimizin dayaq nöqtəsi olan qadınlarımızın hüquqlarını və rifahını daha da gücləndirmək üçün var gücümlə çalışacağam.
 
- Seçicilərlə görüşlər keçirirsiniz. Bu görüşlərdən hansı təəssüratlarla ayrılırsınız?
 
- Seçicilərlə keçirdiyim görüşlər mənə dərin təəssüratlar bəxş edir. Bu görüşlər zamanı insanların arzuları, narahatlıqları və ümidləri ilə tanış oluram. Hər bir söhbət, hər bir sual mənim üçün böyük əhəmiyyət daşıyır, çünki bunlar mənə onların gündəlik həyatı haqqında daha çox məlumat verir və onların problemlərinə həssas yanaşmağım üçün imkan yaradır. Bu görüşlərdən ayrıldıqda, mənim üzərimə düşən məsuliyyət daha da artır, amma eyni zamanda bu, mənə daha çox motivasiya verir ki, seçicilərimin etimadını doğruldum və onların səsini layiqincə müdafiə edim. Bilirsiniz, seçicilər istəyir ki, onları dinləsinlər. Uzun illərdir onlar bu imkandan məhrum olublar. İndi isə onlara pənah gətirən namizədlərə ürəklərini açırlar, dairədə yeniliyin zamanıdır deyirlər. Hər görüşümüzdən əvvəl seçicilərimin bədbinliyi görüşün sonuna nikbinliklə əvəz olunur. Bəzən, görüşlərimə başqa dairənin seçiciləri də qoşulur və mənə səs vermək istədiklərini deyirlər. Belə hallar mənim üçün ən böyük tərif və motivasiya olur. Bu o deməkdir ki, mənim həyata keçirdiyim işlər, verdiyim vədlər və səmimiyyətim yalnız bir dairədə deyil, daha geniş miqyasda qəbul olunur və dəstəklənir. Bu görüşlər, mənə daha çox güc verir və göstərir ki, doğru yoldayam. Seçicilərimin etimadını qazanmaq və onları layiqincə təmsil etmək üçün hər şeyə hazıram. Onların dəstəyi ilə daha güclü və firavan bir cəmiyyətin qurulması yolunda addımlar atmağa davam edəcəyəm.
 
 
Oxşar xəbərlər
19:10, Bu gün
“İstisu” bu ölkəyə ixrac olunacaq - FOTO
19:03, Bu gün
Vaqif Mustafayevin qolu sınıb - FOTO
18:58, Bu gün
Azərbaycan-Gürcüstan sərhədində 350 avtomobil gözləyir
18:50, Bu gün
Siqaret çəkənlərin NƏZƏRİNƏ – Cərimələr KƏSKİN ARTIRILIR
18:43, Bu gün
Bunu edənlər 500 manat cərimələnəcək
18:35, Bu gün
Bu şəxslər 4000 manat cərimələnəcək
18:30, Bu gün
Cərimələr artırılır – 300 manatdan 7000 manatadək
18:25, Bu gün
Timsah tamaşa zamanı məşqçiyə HÜCUM etdi - VİDEO
18:24, Bu gün
“ABŞ və ədalət? – Bu ki, cəfəngiyyatdır”
18:20, Bu gün
Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər
18:15, Bu gün
Siqaret çəkənlərin NƏZƏRİNƏ - Cərimələr KƏSKİN ARTIRILIR
18:12, Bu gün
Körpələrin inkişafı üçün ən yaxşı qida
18:10, Bu gün
Sentyabrda temperatur iqlim normasından yüksək olub
18:04, Bu gün
Cəbrayılda ilk "Şəhər günü" keçirildi - FOTOLAR
17:59, Bu gün
Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO
17:54, Bu gün
“İstisu” bu ölkəyə ixrac olunacaq - FOTO
17:48, Bu gün
Zəfərə gedən yol...
17:43, Bu gün
Vidadi İsayev Bərdənin Mollagüllər kəndində səyyar qəbul-görüş keçiridi - FOTOLAR
17:38, Bu gün
Joze Mourinyo "Fənərbağça"dan ayrılır?
17:34, Bu gün
Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK
17:29, Bu gün
İnzibati Xətalar Məcəlləsinə yeni sanksiyalar əlavə ediləcək - FOTO
17:24, Bu gün
"Bu yaşda 3 uşaq anası ölməz" - Dünyasını dəyişən bacısından yazdı
17:19, Bu gün
"Bu gedişlə 2030-cu ildən sonra qəribə bir düzən peyda olacaq...”-Sabiq səfir
17:13, Bu gün
“4 Xalq artistini bir çağırır, bayağı oxuyana isə xüsusi buraxılış həsr edirlər”
17:07, Bu gün
"İt hürər, karvan keçər..."
17:01, Bu gün
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
16:56, Bu gün
Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş
16:50, Bu gün
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət veriləcək
16:44, Bu gün
2024-cü ilin Nobel Sülh Mükafatına kimlər təqdim edilib?
16:38, Bu gün
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - FOTOLAR
16:33, Bu gün
Cəbrayılda 29 şəxsin məşğulluğu təmin olunub
16:28, Bu gün
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
16:22, Bu gün
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
16:16, Bu gün
Məktəblərdə yığılan pullar kimin cibinə axır?
16:10, Bu gün
Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Bakı Təşəbbüs Qrupuna təşəkkür edib - BƏYANAT
16:04, Bu gün
Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi
15:58, Bu gün
Şahin Bayramov: "Xankəndiyə ən böyük köç Qarabağ Universiteti tələbələrinin simasında reallaşıb" - FOTO
15:52, Bu gün
Azərbaycanlı aktrisa "Mükəmməl bəy" axtarır
15:46, Bu gün
Kəlbəcərdən Cəbrayıladək döyüşən Vətən Müharibəsi Qəhrəmanı
15:40, Bu gün
Repertuarı köhnələn İrəvan - sülh, KTMT şoularına baxan azalır - TƏHLİL + FOTO
15:34, Bu gün
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı
15:28, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi çəçivəsində regional əməkdaşlığın rolundan danışılıb
15:22, Bu gün
Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalandı – FOTO
15:16, Bu gün
Balaəlinin muğam oxumasına xalq artistindən sərt reaksiya - VİDEO
15:10, Bu gün
Regional sülhə qarşı Qalstanyan PLANI – Üsyan, terror, hakimiyyət çevrilişi
15:04, Bu gün
ABŞ-ın sabiq prezidenti Cimmi Karterin 100 yaşı tamam oldu
14:58, Bu gün
Prezident: "Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür"
14:54, Bu gün
Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər - YENİLƏNİB
14:48, Bu gün
Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər
14:44, Bu gün
Xəbər qeybə çəkilmiş dənizdən gəldi - Yerin tarixi yenidən yazılacaq
14:39, Bu gün
Davranış qaydalarını pozan müəllim işdən çıxarıldı, direktora töhmət verildi
14:34, Bu gün
“Qarabağ”ın qapısına 2 qol vuran futbolçu: “Fantastik qələbə qazandıq”
14:29, Bu gün
Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO/VİDEO
14:24, Bu gün
Azərbaycanlı sənətçi itkin düşdü
14:18, Bu gün
Əhaliyə at əti satanlar tutuldu - FOTO
14:12, Bu gün
Sentyabrda qlobal ərzaq qiymətləri kəskin artıb
14:06, Bu gün
Radiatorların təmizlənməsinin üç üsulu açıqlandı: Ekspertdən vacib tövsiyə - FOTO
14:00, Bu gün
Bu tarixdə geomaqnit qasırğası baş verəcək
13:54, Bu gün
Azərbaycan Prezidenti: "Ermənistan təhlükəli oyunlara qoşulub"
13:48, Bu gün
"Sülh müqaviləsi Ermənistanı xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur" – Günay Ağamalı
13:43, Bu gün
Cəbrayıl yeni dirçəliş yollarında
13:38, Bu gün
"Nədən İsrailə hava hücumlarını dəf etməkdə kömək göstərilir, amma Ukraynaya göstərilmir?" - Pentaqon
13:33, Bu gün
İlham Əliyev Amerikanın anti-Azərbaycan addımlarından DANIŞDI
13:28, Bu gün
"Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır" - Dövlət başçısı
13:24, Bu gün
"Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər"
13:19, Bu gün
İlham Əliyev: "Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi"
13:15, Bu gün
Sabah bölgələrdə yağış yağacaq, dolu düşəcək - PROQNOZ
13:05, Bu gün
Bakıda "iPhone 16"ya görə növbəyə durdular - Gecə mağazaya axışdı - FOTOLAR
12:59, Bu gün
Ən yaxşı gəlinlərin doğulduğu BÜRCLƏR
12:55, Bu gün
Hikmət Hacıyev Gəncə terroru ilə bağlı paylaşım etdi
12:51, Bu gün
Müğənnilər TƏSDİQLƏDİ: Bakıda toylar qadağan olunur
12:47, Bu gün
Gədəbəy sakini atdan yıxılaraq ölüb
12:43, Bu gün
Xalq artisti qolunu sındırdı - FOTO
12:39, Bu gün
Məleykə Əsədova tanınmaz dərəcədə dəyişildi: Xalq artistinə nə olub? - FOTOLAR
12:34, Bu gün
Boliviyanın keçmiş lideri ilə bağlı qalmaqal: İnsan alveri və 15 yaşlı qıza təcavüzdə ittiham olunur
12:29, Bu gün
Həsən Nəsrullahın dəfn mərasimi ciddi şəkildə məxfi saxlanılır
12:25, Bu gün
Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:20, Bu gün
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
12:15, Bu gün
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Oruc
12:10, Bu gün
Bir qrup tələbənin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil edilib - FOTO/VİDEO
12:04, Bu gün
Azərbaycanda evlərin qapısı bağlanmayan, içki içilməyən və satılmayan kənd - VİDEO
12:00, Bu gün
Əzab-əziyyətlə qazanılan pul əslində hara xərclənəndə daha faydalı olur?- EKSPERT AÇIQLADI 
11:58, Bu gün
“Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb” - Kamaləddin Qafarov
11:56, Bu gün
32 il Moskvanın göstərişi ilə Azərbaycanda ən yüksək vəzifələrdə qəddarlıq etdi və sonunda...
11:51, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
11:47, Bu gün
Dünya Təhsil Forumunun direktoru: 70 % gənc iqlim dəyişikliyini izah edə bilmir
11:37, Bu gün
Azərbaycan millisinin baş məşqçisi: "Emin Mahmudov keyfiyyətli futbolçudur"
11:30, Bu gün
Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gün - Gözünüz aydın, cəbrayıllılar!
11:23, Bu gün
Türkiyədə zəlzələ OLDU - Dağıntı və tələfat...
11:18, Bu gün
İlham Əliyev Cəbrayılda yaşayış kompleksinin açılışında
11:09, Bu gün
Serial sektorunda yeni mərhələ: “Əlvida xoşbəxtlik” və “Vətəndaş A” 
11:03, Bu gün
Nazir müavini: Azərbaycanda təhsil proqramlarında iqlim dəyişiklikləri bağlı mövzular əksini tapacaq
10:56, Bu gün
Bakıda arvadının başqası ilə intim yazışmasını görən kişi DƏHŞƏT SAÇDI
10:43, Bu gün
Ev təmizliyində edilən səhvlər - bilmədən çirkləndiririk
10:42, Bu gün
“Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 
10:34, Bu gün
Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
10:26, Bu gün
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
10:18, Bu gün
Nazir müavini 500 manatlıq kitabı pulsuz apardı - Şahbaz Xuduoğlu
10:13, Bu gün
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
10:09, Bu gün
Kreditlə müqayisədə lizinq faizləri niyə yüksəkdir? – (Video)
GÜNLÜK
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 19:28
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO
03 Oct 2024 | 20:14
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
03 Oct 2024 | 19:40
Keçmiş məcburi köçkün şagirdlər üçün yeni imkan
03 Oct 2024 | 19:35
Bakı metrosunda FACİƏ - Daha bir sərnişin qatar yoluna düşdü
03 Oct 2024 | 20:30
Qazlı su içdi - ölümdən döndü - VİDEO
03 Oct 2024 | 20:22
40 yaşdan sonra bu qidalardan imtina etməlisiniz
03 Oct 2024 | 21:30
İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan
03 Oct 2024 | 20:54
Sarıkökün çox istifadəsi nələrə zərərlidir?
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
AYLIQ
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 19:28
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO
03 Oct 2024 | 20:14
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
03 Oct 2024 | 19:40
Keçmiş məcburi köçkün şagirdlər üçün yeni imkan
03 Oct 2024 | 19:35
Bakı metrosunda FACİƏ - Daha bir sərnişin qatar yoluna düşdü
03 Oct 2024 | 20:30
Qazlı su içdi - ölümdən döndü - VİDEO
03 Oct 2024 | 20:22
40 yaşdan sonra bu qidalardan imtina etməlisiniz
03 Oct 2024 | 21:30
İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan
03 Oct 2024 | 20:54
Sarıkökün çox istifadəsi nələrə zərərlidir?