“Ermənistan ordumuzun mövqelərini öz himayədarlarının sifarişi ilə atəşə tutur”.
Bunu Moderator.az a-açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Ermənistanı bu kimi təxribatlara məhz həmin qüvvələr təhrik edir:
“Məlumdur ki, Ermənistanın Azərbaycanla mübarizə aparmaq üçün nə gücü, nə də cəsarəti var. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı və onun timsalında bütün ermənipərəst qüvvələri məğlub edərək nəyə qadir olduğunu bütün dünyaya göstərdi. İndi isə bəzi qüvvələr Ermənistanı yeni təxribatlara həvəsləndirir, regionda yeni qarşıdurmanın baş verməsinə çalışırlar. Bu, həmin qüvvələrə regionla bağlı maraqlarını təmin etmək üçün lazımdır. Lakin Ermənistan da, onun himəyadarları da bilməlidirlər ki, Azərbaycan istənilən təxribatın qarşısını almağa qadirdir və heç vaxt heç bir təzyiqə boyun əyməyəcək!”
Seymur ƏLİYEV