Ukrayna savaşından sonra istənilən iri dövlətlə müharibə Rusiyanın məğlubiyyəti ilə nəticələnəcək.
Moderator.az xəbər verir ki, bu iddia Vaşinqtondakı beyin mərkəzləri tərəfindən irəli sürülüb. Hərbi mütəxəssislər hesab edir ki, buna səbəb Ukrayna-Rusiya müharibəsi sayəsində “bütün dünyanın”, xüsusilə də “ənəmnəvi rəqiblər” olan ABŞ, Çin, Almaniya, Böyük Britaniya kimi güclərin Rusiyanın zəif və güclü nöqtələrini təsbit etməsi, öyrənməsidir.
Ekspertlər hesab edir ki, Qərb Ukrayna müharibəsini yaxından izləməklə əslində Rusiya ilə döyüş ssenarisini məşq etməkdədir. Hansı ki, bu məşq onlara Rusiyanın sadəcə hərbi potensialını deyil, eyni zamanda iqtisadi gücünü, təminat və təchizat zəngirini, psixoloji portretini öyrənməyə imkan verib. Bir sözlə, Rusiya artı bütün gizlinləri de-şifrə olunan bir rəqibdir.
Bundan başqa, mütəxəssislər hesab edir ki, Rusiya müharibədən sonra öz hərbi-texniki potensialını qısa zamanda bərpa etsə də, kadr çatışmazlığını uzun illlər həll edə bilməyəcək. Insan resursunun çatışmazlığı problemi bundan sonra Rusiyada daha aydın hiss ediləcək ki, bu da potensial rəqib üçün ciddi üstünlük deməkdir.
Seymur ƏLİYEV