Dövlət Statistika Komitəsi maraqlı statistika ilə çıxış edib. Sözügedən dövlət qurumunun verdiyi məlumata görə, hazırda ölkəmzidə hər 10 min uşağa cəmi 13 pediatr düşür.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Adil Qeybulla, ölkəmizdə ciddi pediatr qıtlığı olduğunu bildirib:
“Təbii ki, ölkəmizlə bağlı bui göstərici beynəlxalq standartlardan aşağıdır. Hazırda ölkəmizdə pediatr qıtlığı var. Onların bir çoxu özəl xəstəxanalarda işləyir. Bu səbəbdən də dövlət xəstəxanalarında pediatr çatışmazlığı var. Məlum statistika bunu bir daha sübut edir.
Bildiyiniz kimi, Tibb Universitetində pediatriya fakültəsi ləğv olunub. Pediatriya ümumi müalicə fakültəsindən ayrılıb sonradan ixtisaslaşırdı. Əvvəllər heç olmasa, ildə 100-150, yaxud 200 pediatr hazırlanırdı. Indi bu da yoxdur.
Əlbəttə, pediatr qıtlığı səbəbindən uşaqların müayinəsi və müalicəsi məsələsində xeyli problemlər yaşanır. Analar xırda bir məsələ üçün pediatr axtarır, amma tapa bilmirlər. Çox təəssüf ki, bu, günümüzün reallıqlarından biridir”.
Seymur ƏLİYEV