Ukraynalı snayper Vyaçeslav Kovalski dünya hərb tarixində imza atdığı yeniliyi qoruyub saxlamaqdadır.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Kovalski Ukrayna-Rusiya müharibəsində rus zabitini fantastik uzaqlıqdan – 3800 metr məsafədən vurmaqla yeni dünya rekordu müəyyənləşdirib.
Ukraynalı snayperin atışını şərh edən hərbi mütəxəssislər bildirir ki, bu qədər uzaq məsafədən açılan atəş zamanı qurban nəinki onu vuran şəxsi görə bilmir, o, güllə səsini belə eşitmir. Hədəf vuruluğunu yalnız yerə yıxılandan və qan itirməyə başlayandan sonra anlayır.
Mütəxəssislər bildirir ki, uzaq məsafədən gerçəkəşdirilən bu cür dəqiq atışların atəşə məruz qalan tərəf üçün digər mənfi nəticəsi də, belə atəşlərin ordu daxilində daha çox təşviş və xaos doğurmasıdır. Təcrübə göstərir ki, belə hallarda ordu özünü kütləvi şəkildə müdafiəsiz və aciz hiss edir, hərbçilər arasında qaçmaq, gizlənmək, atəş bölgəsindən uzaqlaşmaq arzusu yaranır.
Seymur ƏLİYEV