“Ukraynanin Kursk istiqamətində qazandığı uğurlar müttəfiqlərin Kiyevə hərbi yardımını daha da artıracaq”.
Moderator.az xəbər verir ki, bununla bağlı ABŞ hərbi nəşri çıxış edib. Amerikalı hərbi mütəxəssislər hesab edir ki, Ukraynanın Kurska uğurlu hücumla cəbhədəki təşəbbüsü ələ keçirməsi, yalnız Moskvada deyil, Kiyevin müttəfiqləri arasında da təəccüblə qarşılanıb. Hər kəs üçün gözlənilməz olan bu uğur Ukraynanın hərbi potensialının dəyərləndirildiyindən daha yüksək olduğunu ortaya qoyub.
Ukraynaya aktiv hərbi dəstək verən dövlətlərin bir çoxu baş verənlər haqqında susmağa üstünlük versə də, ukraynalı döyüşçülərin Rusiyadakı uğurları onlar tərəfindən məmnuniyyətlə qarşılannaqdadır. Ekspertlər hesab edir ki, Kursk uğuru Qərbin Ukrayanaya daha çox hərbi yardım ayırması, onu daha ciddi dəstəkləməsi ilə nəticələnəcək. Buna səbəb Ukraynanın qələbəyə qadir olduğunu döyüş meydanında isbatlaması, gələcək üçün “ümid vəd etməsidir”. Bu səbəbdən də Qərb ölkələri Ukrayanaya hərbi yardımı gücləndirməklə bu uğurda pay sahibi olmağa can atacaqlar. Məşhur məsəldə deyildiyi kimi, qələbənin min atası var, məğlubiyyətsə həmişə yetimdir”.
Seymur ƏLİYEV