Dərgahındakı Lövhi-Məhfuz kitabının Allahın Kainat Miqyaslı Yaddaş Sistemi olması – Quranda düşünən insanlar üçün müvafiq işarələr (eyhamlar)
Ekskluziv
1627
08 Aug 2024 | 19:45

Dərgahındakı Lövhi-Məhfuz kitabının Allahın Kainat Miqyaslı Yaddaş Sistemi olması – Quranda düşünən insanlar üçün müvafiq işarələr (eyhamlar)

Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professor və akademiki, Almaniyada qeydiyyatdan keçmiş ikisi Quran ayələri ilə əlaqəli çoxsaylı Elmi Kəşfləri ilə ixtisası üzrə dünyada rekord göstəricilərlə uğur qazanan Rahim Abas oğlu Daşdiyevin rəhbərliyi altında son 12 il müddətində Quran ayələrinin bütün kainatın yaradıcısı-idarəedicisi və bu yaradılış-idarədə müxtəlif təbiətli və müxtəlif ölçülü hər bir yaradılış haqqında məlumatı tam təfsilatı ilə Dərgahındakı Lövhi-Məhfuz kitabında yerləşdirən və Özünün Möhtəşəm “Ol qanunu” ilə hər bir şeyə qadir olan Uca Allahın saymaqla bitməyən Özünəməxsus sifətləri, Allah vəhylərinin təbliğatçıları olan peyğəmbərlərin həyatları ilə bağlı xatırlamaları, zəruri hallarda bəzi peyğəmbərlərə vermiş olduğu möcüzələr, Allahın Muhəmməd peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) xüsusi etimadı, dəyərləri, tapşırıqları, məsləhətləri, tövsüyələri, Qurandan öncəki Səmavi Kitablar haqqında xatırlamaları, Allaha son dərəcə sadiq funklsional varlıqlar olan mələklər haqqında anlaşmalar, cənnət (4-cü və 5-ci varlıqlarla birlikdə) və cəhənnəmi bütün incəliklərinə qədər təsvir etməklə insanları (həm də cinləri) tövbəyə dəvətlə təkrar-tərar öyüd nəsihətləri, səbrlə, imtahanlarla, halal-haramla bağlı anlaşmaları, icazə-qadağanları, mükafat-cəzaları, xüsusi ilə inkarçıların Allah tərəfindən inkar edilməsi, Allahdan Qiyamət Hadisəsinə qədər möhlət verilən və fəaliyyət ssenarisi “vədlər - aldanışlar - nəfslər - xülyalar - cəhənnəm sığınacağı - xilas yolunun bağlı olması - əbədi cəhənnəm” düsturundan ibarət şeytan barədə məqamları, insanları və cinləri əməlləri və şahidləri ilə birlikdə Allah hüzuruna hesabata aparan Qiyamət Hadisəsi, Allahın düşünən insanlar üçün xüsusi işarələrlə (eyhamlarla) diqqətə gətirdiyi çoxsaylı məsələlər ilə bağlı olan mindən artıq ad altında sistemləşdirilmələri nəticəsində təqdim etdikləri “Dərgahındakı Lövhi-Məhfuz kitabının Allahın Kainat Miqyaslı Yaddaş Sistemi olması – Quranda düşünən insanlar üçün müvafiq işarələr (eyhamlar)” adlı aktual silsilədən olan növbəti yazını Moderator.az oxucularına təqdim edirik.
 
Quranda Özünün Dərgahında saxlanılan Allahın Lövhi-Məhfuz kitabı ilə bağlı bir çox ayələr aşkar edilmişdir (3.145; 6.59; 7.37; 9.51; 10.61; 11.6; 13.38, 13.39; 20.52; 21.105; 22.70; 27.40, 27.75; 33.6; 34.3; 35.11; 36.12; 37.171; 43.4; 50.4; 51.22; 56.78; 57.22; 68.1; 71.4; 78.29; 80.15; 85.22; 97.1):
 
3.145.Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən
 
6.59.Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!
 
7.37. Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (lövhi-məhfuzda) yazılmış qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: "Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?" - deyincə: "Onlar bizi qoyub qaçdılar!" - deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər.
 
9.51. De: "Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!"
 
10.61. (Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qur’andan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!
 
11.6.Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır).
 
13.38. (Ya Rəsulum!) Biz səndən əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik. Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir mö’cüzə gətirə bilməz. Hər dövrün bir kitabı (lövhi-məhfuzda yazılmış hökmü) var. (İlahi kitablardan hər birinin öz nazil olma vaxtı var. Bunlar zamanın, dövrün tələbinə və ehtiyacına görədir).
 
13.39.Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.
 
13.43. (Ya Rəsulum!) Kafirlər: “Sən peyğəmbər deyilsən!” -deyirlər. (Onlara) belə cavab ver: “Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin (Tövratı, İncili bilən mömin yəhudi və xaçpərəstlərin, yaxud Qurana bələd olan mömin müsəlmanların və ya lövhi-məhfuzdan xəbərdar olan Cəbrailin) şahid olması yetər!”
 
20.51. (Fir’on) soruşdu: "Bəs əvvəlki nəsillərin halı necədir?"
 
20.52. (Musa) belə cavab verdi: "Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim (heç bir şeydə) xəta etməz və (heç bir şeyi) unutmaz!"
 
21.105. Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına,
 
22.70. (Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!
 
27.38. (Süleyman) dedi: "Ey ə’yanlar! Onlar müt’i vəziyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?"
 
27.40.(Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: "Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!" (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir)...
 
27.75. Göylərdə və yerdə (heç kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın!
 
33.6. Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. ... Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır...
 
34.3. (Ayələrimizi) inkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. (Ya Peyğəmbər! Sən onlara) de: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!"
 
35.11. Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud başqa birinin) ömrünün qısaldılması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.
 
36.12. Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik.
 
37.171. And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi:
 
37.172. "Onlar mütləq qalib gələcəklər.
 
37.173. Bizim əsgərlərimiz (mö’minlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!"
 
43.3. Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur’an etdik.
 
43.4. Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir).
 
50.4. Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!
 
51.22. Göydə də ruzinin (yağış, qar) və vəd olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə vəd olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).
 
56.77.(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur’andır.
 
56.78. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır).
 
57.22. Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!
 
68.1. Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki, 2. Sən (ya Rəsulum!) Rəbbinin neməti sayəsində divanə deyilsən!
 
71.4. (Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla tə’xirə salınmaz. Kaş biləydiniz!"
 
78.29. Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).
 
80.13. (Bu Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə -
 
80.14.(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).
 
80.15.(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir).
 
85.22. O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)
 
97.1. Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik!
 
NƏTİCƏ
 
Bilavasitə Lövhi-Məhfuz adı ilə bağlı Quranın 27 surəsində aşkar edilən 29 ayəsi mövzu ilə bağlı müəyyən bir nəticəyə gəlməyə əsas verir. Bu 29 ayədən 23-ündə Rəbbimizin mövzu ilə bağlı düşünən insanlar üçün işarələri (eyhamları) diqqətə gətirilməklə yanaşı, digər 6 ayəsində isə “Dərgahındakı Lövhi-Məhfuz kitabının Allahın Kainat Miqyaslı Yaddaş Sistemi olması – Quranda düşünən insanlar üçün müvafiq işarələr (eyhamlar)”adlı mövzu birbaşa və birmənalı olaraq özünün təsdiqini tapır:
 
22.70. (Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!
 
27.75. Göylərdə və yerdə (heç kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın!
 
34.3. (Ayələrimizi) inkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. (Ya Peyğəmbər! Sən onlara) de: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!"
 
50.4. Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!
 
51.22. Göydə də ruzinin (yağış, qar) və vəd olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə vəd olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).
 
56.78. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır).
 
Əsas mənbələr:
 
1.Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi), 1992.
 
2. Muhammad, M. Kh. The Noble Quran. Translation of meanings, from Arabic / M.Kh. Muhammad, T.D.H. Muhammad, 2011. - 114
surahs. (in English)
 
Qeyd edək ki, professor R.A.Daşdiyevin Moderator.az saytnda dərc edilən digər aşağıdakı məlumatları da məhz Quran ayələri ilə bağlıdır:
 
“Azərbaycan alimlərinin Quran ayələri əsasında Elmi Hipotezi” adlı məlumat. Ilk dəfə 12.11.2023 tarixində (22:35) Moderator.az saytinda dərc edilmişdir: //moderator.az/az/cemiyyet/703915/azerbaycan-alimlerinin-quran-ayeleri-esasinda-elmi-hipotezi-foto/
 
“Əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 16.06.2024 tarixində (10:47) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/779607/quranda-eksliklerin-vehdeti-ve-mubarizesi-qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-olubmu/
 
“Quranda İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 05.07.2024 tarixində (10:45) Moderator.az saytinda dərc edilmişdir: //moderator.az/az/cemiyyet/785065/quranda-inkarcilarin-allah-terefinden-inkar-edilmesi-qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-olubmu/
 
“Quranda dialektika qanunları ilə izah oluna bilməyən Allahın Ol qanunu - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 18.07.2024 tarixində (10:57) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/789411/quranda-dialektika-qanunlari-ile-izah-oluna-bilmeyen-allahin-ol-qanunu-gresen-hegelin-xeberi-olubmu/
 
“Quranda qeyd edilən 4-cü və 5-ci varlıqların nədən yaradılması bilgiləri yalnız Allahın Qeyb Elminə bəllidir” adlı araşdırma nəticəsi 13.05.2024 tarixində (11:23) Moderator.az saytinda dərc edilmişdir Ekskluziv): //moderator.az/az/ekskluziv/768742/quranda-qeyd-edilen-4-cu-ve-5-ci-varliqlarin-neden-yaradilmasi-bilgileri-yalniz-allahin-qeyb-elmine-bellidir/
 
“Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi” adlı məlumat 07.05.2024 tarixində (17:10) Moderator.az saytinda dərc edilmişdir: //moderator.az/az/elmvetehsil/767480/zem-zem-suyunun-sirlerinin-acilmasi-istiqametinde-azerbaycanli-alimin-elmi-kesfi/
 
“Dünya təcrübəsində Quran ayələri əsasında ilk Elmi Kəşf 2024-cü ildə Almaniyada Azərbaycan alimlərinin adına qeydiyyatdan keçmişdir – lakin bu bir başlanğıcdır...” adlı məlumat 24.07.2024 tarixində (11:40) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/791321/dunya-tecrubesinde-quran-ayeleri-esasinda-ilk-elmi-kesf-2024-cu-ilde-almaniyada-azerbaycan-alimlerinin-adina-qeydiyyatdan-kecmisdir-lakin-bu-bir-baslanicdir/
 
Link kopyalandı!
Son xəbərlər