Bizi sosial şəbəkələrdən izləyin:
Estoniyanın Ermənistandakı səfiri Avropa Birliyinin müşahidəçi missiyası ilə birgə Azərbaycan Respublikasının Laçın rayonu ilə həmsərhəd ərazidəki Gorusa səfər edib.
Moderator.az xəbər verir ki, "Armenpress" bu haqda AB missiyasının "X" mikrobloquna istinadla məlumat yayıb.
Avropa Birliyinin Ermənistan Respublikasındakı müşahidə missiyasının rəhbəri Markus Ritter Ermənistan Respublikasında diplomatik fəaliyyətini başa vuran Estoniyanın fövqəladə və səlahiyyətli səfiri Rina Kalyurand ilə görüşüb. O, əlavə edib ki, Estoniyanın Ermənistandakı səfiri də Gorus ərazisində patrul dəstəsinə qoşulub.
“Misiyanın rəhbəri Markus Ritter Ermənistanda missiyasını başa vuran Estoniyanın Ermənistandakı səfiri Rina Kalyurand ilə görüşüb. Səfir həmçinin Gorus bölgəsində patrul qrupuna qoşulub”, - deyə missiya Estoniyanın əməkdaşlığına və missiyanın fəaliyyətinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.
S.Laçın